14 avqust 2014
36
DR. CAVAD HEYƏT – MƏHDUD
FÜRSƏTLƏR DAHĠSĠ
Prof. Rza Bərahəni, yazıçı (Kanada)
Doktor Cavad Heyəti tanımaq və tanıtmaq ilk baxıĢdan
çox asan görünür. Maraqlananlar tanıĢlıq üçün bir neçə
ümumi və xüsusi sayta müraciət edə bilərlər. Bu saytlar
həm tibbə, həm də ədəbiyyata aid ola bilər; həm Ġranın,
həm Azərbaycanın məĢhur Ģəxsiyyətləri haqqında ola
bilər. Onun adının daima bu mərkəzlərdə çəkilməsi bizim
gözlərimiz önündə bir həyatın xırdalıqlarına varmadan
ümumi bir mənzərəsini canlandırır:
1304-cü ildə Təbrizdə doğulmuĢ, Təbriz, Türkiyə və
Fransada təhsil almıĢ, məĢhur ürək cərrahı, məĢhur həkim
Kristian Barnardın yaxın dostu və həmkarı, Paris Cərrahlar
Akademiyasının üzvü, 50 il bundan əvvəl, Ġranda ilk dəfə,
özü də 29 yaĢında yeni üsulla ürək əməliyyatı həyata
keçirən bir Ģəxsiyyət. Açıq ürəkdə ilk əməliyyat 1341-ci
ildə, ilk dəfə böyrək transplantasiyası elə həmin onillikdə
Tehranda insan üzərində və ilk dəfə ürək transplantasiyası
it üzərində... Aydındır ki, bilik və savad Ģücaətlə bir-
ləĢməzsə, elmin, mədəniyyətin və insanın iĢi irəli getməz.
Heyət, məhdud fürsətlərin dahisidir. Elmin və mədə-
niyyətin məhdud imkanları ilə, elm və mədəniyyət əhlinin
onlarla dağıdıcı bəlalarla üzləĢdiyi bir Ģəraitdə ancaq iĢlə
məĢğul olub, gücü çatan nəticələr əldə edib, ya da giley-
lənərək, bu gileylə öz sıxıntı və qorxusunu gizlədib.
37
Amma məhdud fürsətlər dahisi öz zati istedad və qüdrətini
elə bir iĢin vicdanına buraxır ki, sonunun nə olacağı
əvvəldən bəlli deyil. Yalnız illər keçdikdən sonra anlamaq
olur ki, uzaqdan Ģəhərin çıraqlarını görən səhv etməmiĢ,
Ģəhərə daxil olmuĢ və bir-bir evimizin qapılarını
döymüĢdür. Nima YuĢicin təbirincə desək:
Sübhədək bu isti gecədə
Çıraq yandırdım, çünki
Ġstəyirəm daha da yaxĢı yerdə tikəm
Korlar evində bir divar.
Tikdiyimə bir kor qoydu
Barmağını ki, onun üzərində eyiblər vardır...
Məhdud fürsətlər dahisi korlar evində divar tikir. Hətta
əgər bu korlar bilmədən və anlamadan ittiham barmağını
bu insana doğru uzadırlarsa belə, o, gecə qaranlığında
kərpiç üstə kərpiç qoyur ki, sabah günəĢ çıxdıqda insanlar
üzərində kölgəlik yaransın. Tibbə dair Ġran və dünya
mətbuatında nəĢr olunmuĢ 100 məqalə müəllifi, «DaneĢi-
pezeĢki» aylıq jurnalının baĢ redaktoru, neçə xəstəxananın
cərrahı, Cavid xəstəxanasının müdiri, bu və ya digər
universitetin cərrahiyyə bölümünün rəisi, Ġran və dünya
türklərinin soy, dil və ədəbiyyatı haqqında 7 əsaslı kitabın
yazarı, Azərbaycan Respublikası Tibb Akademiyasının
fəxri müəllimi, Azərbaycan-Ermənistan müharibəsində
100 iranlı həkimi yaralıların müalicəsi üçün Azərbaycana
aparan Ģəxs, tibbə 50 illik xidmətinə görə Ġstanbul
Universitetinin Tibb Qızıl Medalı laureatı, 26 il mərhum
prof. Zehtabi və Dr. Həmid Nitqidən baĢlayaraq, baĢında
görkəmli dilçi və ədəbiyyatçı, Dr.Heyətin özü kimi
məhdud fürsətlər dahisi olan prof. Fərzanə kimi bir
Ģəxsiyyətin durduğu müasirlərimizədək Azərbaycanın çox
sayda farsdilli və türkdilli yazarlarının ümid yeri olan
«Varlıq» jurnalının baĢ redaktoru və müdiri. Heyət öz
38
həkimlik fəaliyyətindən qazandıqlarını və atadan qalma
miras payını bu məhdud fürsətlərə xidmətə xərcləmiĢdir.
Nə üçün «Heyət» adı bu qədər hörmət oyadır? Bəlkə
bunun səbəblərindən biri onun yerli xalqa xidmətdə olan
vicdanlılığı və yüksək ruhudur ki, biz bu xüsusiyyəti bu
məntəqələrin çox az xadimində görmüĢük. Frans Fanon və
Eme Sezer kimi, lakin səviyyə və mövzu fərqi ilə.
Barmağı diqqətlə xəstə üzərinə qoymaq, külliyyatı
düĢünməyərək, bir sahə və civara xas xəstəliyi təyin etmək
və onunla mübarizə aparmaq. Məhdud fürsətlər dahisi
baĢına tac qoyulmasına, bu universitetdən o universitetə
dəvət olunmasına və nazının çəkilməsinə çalıĢmır.
Məhdud fürsətlər dahisinin əsas özəlliyi doğma yurdunda
hamının üzləĢdiyi problemləri xırdalıqlarına qədər
düĢünməsindədir. Müstəmləkəçiliklə mübarizənin əsl
pəhləvanları külliyyatdan baĢlamamıĢlar, xırdalıqlara üz
tutmuĢlar ki, bu xırdalıqlar bir yerə yığılsa, onunla
uzaqdan əlaqədar olmaq mümkün deyil. Camaat müalicə
olunmalıdır, ya yox? Ġnsanların bir ölkənin dilləri ilə
bərabər, öz ana dillərinin öyrənilməsinə ehtiyacları var, ya
yox? Uzaqdan baxdıqda, hər kəs külliyyatla razılaĢır.
Xüsusilə də biz, Kanadada yaĢayanlar bilirik ki, Kebekdə
yaĢayan birisinə «Sən yalnız ingilis dilini öyrənməlisən!
Bir dil, hətta əgər bu dil hər kəs üçün ögey dil olsa da».
Kebekli adamın atasını yandırar, vətəndaĢ müharibəsi
baĢlanar. Bunu «Hüquq inqilabı»nı yazan Maykl Ġqnatyev
çox yaxĢı bilir. Bunları biz də bilirik, lakin bu vəziyyəti öz
ölkəmizdə öz gözlərimizlə gördükdə, mövcud yerli
həqiqətlərə diqqət yetirməkdənsə, «bir millət – bir dil!»
xürafatı ilə üzləĢirik və müxtəlif milliyyətlərin dili ilə
qərəzi olan Dr. Cəlal Mətini kimi insanları separatizmə
doğru sürükləyirik, yəni Dr. Heyətin iĢlərinin əksini görü-
rük. Heyətin yerli yaralara barmaq qoyması səbəbindən
39
biz irqçilik və millətçiliyi sınaqdan keçirir, tarixi təhrif
edirik və öz insanlarımızı həmkarlıq və yardıma dəvət
etmək yerinə daim Aryayi qövmünün Demokles qılıncını
ərəb, türk və türkmən üzərində saxlayırıq. Ġranın müxtəlif
dil və mədəniyyət sahiblərinə deyirik: «Ya qəbul et, ya
öl»!
Məhdud fürsətlər dahisi Heyət bərabərlik və demokra-
tiyaya, tarixin obyektivliyinə və müasir tarixin demokratik
dərkinə təkid edir. Biz köhnə və çürük əqidələrə xidmət
edən bir xalq istəmirik, biz keçmiĢin, bu günün və
bugünkü xalqın, müasir insanların və müasir dünyanın
parlaq mədəniyyət və demokratiyasının xidmətində
olmasını istəyirik. Bizə «Ġran əhalisinin 67%-dən çoxu öz
ana dilini unutmalıdır», deyən kəs orta əsrlər adamıdır,
çağdaĢ dünyanın müasiri deyil, hətta əgər dünyanın hər
hansı bir yerində kütləvi informasiya vasitələrinə malik
olsa belə. Məhdud fürsətlər dahisinin iĢi kağız-qələmlə və
3 otaqlı klinikadadır. Bu klinikanın 2 otağı xəstələrin, bir
otağı isə əzilmiĢ bir dil və mədəniyyətin ixtiyarındadır.
Biz bu növ iĢə ürək bağladıq, çünki burada bütün
məhrumlar və ölkənin bütün məhrum körpələrinin ümumi
təhsilinin yolunu görürük. Sadə, lakin çətin, doğru, lakin
«dünya telekanalları»ndan özünü nümayiĢ etdirmədən və
bu gün birinə, sabah digərinə xidmətdə saqqal ağartmadan
və utanmadan keçmiĢin və bu günümüzün məhdud für-
sətlər dahilərinə papuĢ tikmədən qeyri-mümkün olan bir
iĢ. ĠĢ, iĢ və iĢ! Bu iĢ ananın və ana dilinin övlad üzərində
olan haqqına sədaqətli olanların məĢğuliyyətidir. Bu in-
sanlar baĢqa bir möhtərəm övladın anasının dilinin onlara
məcburi olaraq əsl ana dil kimi qəbul etdirilməsini istə-
mirlər. Sonrakı dil gərək həmin övlad tərəfindən ölkədə və
yerli Ģəraitdə seçilsin. Biz bütün xalqın öz xeyrinə bilirik
ki, məntəqənin bir neçə dilini yaxĢı öyrənsinlər. Fars, türk
40
və ərəb dilləri bu bölgənin ən böyük 3 dilidir. Biz bölgənin
bu 3 böyük dilinin hər birinin müəllim və öyrəncilərinə
hörmət edirik və fars dilinin ana dili və rəsmi dil olaraq
bütün Ġran üçün zorla qəbul etdirilməsini rədd edirik. Bi-
zim əsas təkidimiz insanların zehninin yenidən forma-
laĢmasında yaxından xidmətləri olan, özlərindən və öz
canlarından keçmiĢ insanların iĢlərinədir. Biz bu gün Ġraq,
Əbu Qüreyb zindanı və Quantanamo faciəsini təsdiqləyən
və dilənçi kimi əlmuzdu qarĢılığında bəndəlik edən köhnə
dostlarımızı bir qələmlə silirik. Onlar sanki bilmirlər ki:
BaĢını qırxan hər kəs qələndərlikdən anlamaz,
Üzü qızaran və parlayan hər kəs dilbərlikdən anlamaz,
Güzgü yaradan hər kəs Ġskəndərlikdən anlamaz.
Bu gün mələk üsullarını bilən Adəm övladı Ġran xalqı
və Ġran övladlarının öz ana dilində danıĢmasını, təhsil
almasını, universitet görməsini istəyən birisidir. Bunları
istəməyən kəs isə Ġranı tikə-tikə görmək istəyəndir. Səttar-
xan rus bayrağını aĢağı endirdi, PiĢəvərini də Stalinlə Ba-
ğırov ekshumasiya etdilər (qəbirdən çıxartdılar) və bütün
bunlar onların xalqın xalq üzərində hökumətinə sadiq ol-
malarından qaynaqlanırdı.
Bəli, Səttarxan, əslində, Tehrana getməsəydi, elə fa-
ciəli Ģəkildə qətlə yetirilməzdi. PiĢəvəri də Sovetlər ölkə-
sinə getməsəydi, o cür faciəli Ģəkildə öldürülməzdi. Sət-
tarxanı öldürənlər yad niĢançılar idilər ki, onu öldürə
bildilər. PiĢəvərinin də düĢmənləri belə idi.
O dövr artıq keçmiĢdir. Biz məhdud fürsətlər dahilərini
istəyirik. 6x4 olan otaq, cah-cəlaldan uzaq bir klinika və
bir tərəfdən insanların yaralarına və digər tərəfdən xalqın
övladlarının ana dilinin nəbzinə əl qoyan 80 yaĢlı cavan
bir qoca. Bir yandan insanların yaralarını sağaldır, digər
tərəfdən xalqın övladlarının ana dilinin keĢiyində durur və
bununla fərqli bir ziyalı tablosunu canlandırır. Bu ziyalı –
41
özümüzünkü və bütün məntəqənin ziyalısıdır, yerlidir və
yerli hisləri bütün xırdalıqlarınadək diqqətində saxlayan
bir dahidir. Ġndi isə aramızada olan bir neçə əhvalatı nəql
etmək istəyirəm:
– 1348, (1349, ya 1350)-ci ildə biri mənə zəng etdi,
səsi tutqun idi. Məndən istədi ki, bacardığım qədər tez
Cavid xəstəxanasına gedim. Nə üçün? Çünki, Qulam
oradadır və səni görmək istəyir. Nə olub ki? Heç bir Ģey
olmayıb, sən hələ bir gəl. Mən getdim. Otağa daxil
olduqda Saidi taxtın üstündə, ĢiĢmiĢ və yaralı üzlə, ağzı-
dodağı bintlənmiĢ Ģəkildə uzanmıĢdı. Nə olub? Əsgər
libasında olan bir qoluzorlu küncdə dayanmıĢ və bu
səhnəni müĢahidə edirdi. Birincidən hündür olan baĢqa bir
əsgər digər küncdə dayanmıĢdı. O duruĢu və görkəmiylə
sanki bildirmək istəyirdi ki, pis bir iĢ görməmiĢdir və əgər
nə isə olmuĢsa, onun günahı deyil. Qəziyyəni Dr.Heyətin
özü və ya Saidinin qardaĢı və özü də həkim olan Dr.Əkbər
belə tərif etdi. Xəstəxananın rəisi olan Dr.Heyət Qulam-
hüseynin baĢı, üzü və ağız-dodağını bintlə bağlamıĢdır.
Qulamhüseyn sakitdir, çünki danıĢa bilmir və bəzən
gözlərini o qoluzorluya və sonra bizə tərəf döndərir, bizə
nəyisə anlatmağa çalıĢırdı. Dr.Heyətə izah edir ki, ötən
gecə doktor açarla qapını açıb içəri girmək istəyir. Bu iki
nəfər qarĢısında peyda olurlar, onlardan biri onu pis
söyüĢlə təhqir edir. Saidinin reaksiyasını gözləmədən onu
döyməyə baĢlayırlar və daha çox ağzının üstündən
yumruqla vururlar. Küçədə yaranmıĢ səs-küydən Əkbər,
ev əhli və ətraf evlərin camaatı çölə çıxırlar. Saidini yum-
ruqlayan kəs iddia edir ki, Saidi məst idi və söyüĢ söydü.
BaĢqa birisi gəldi və doktoru döyərək aradan çıxdı. Biz
ikimiz isə gəldik ki, doktorun halını soruĢaq. Biz də
soruĢduq ki, əgər birisi doktoru vurub qaçdısa, niyə onu
tutub saxlamadınız? Yalnız qoluzorlu danıĢırdı ki, qaranlıq
42
idi, bundan baĢqa ağa yaralı idi, gərək bir Ģey edəydik. Ev
əhli Saidini xəstəxanaya çatdırmıĢlar. Sonralar Saidi
bığlarını bir qədər geniĢ saxlayırdı ki, üzündəki tikiĢ izləri
görsənməsin. Sonra bir nəfər komendant gəlir və o iki
nəfəri aparır və danıĢa bilməyən Qulam öz böyük gözləri
ilə mat-məbhut boĢ havaya tamaĢa edir. Heyət deyir:
«ġərəfsizlər!». Saidi Əkbərə iĢarə edir ki, onu aparsın və
Heyət deyir: «Yox, hələ yox». Sonra isə Saidinin xəstə-
xanadan çıxmasına razılıq verir. Bu nə macəranın baĢlan-
ğıcıdır, nə də sonu. Çünki neçə il sonra Saidinin qarnı və
ayaqlarını bıçaqla tikə-tikə edirlər!
– Ġnqilabın ilk illərində «Əncüməni-Azərbaycan»ı öz
zənnimizcə bərpa etdik. Bu hal bir neçə ay davam edir.
Belə fikir oyanırdı ki, bir neçə Azərbaycanlı əncümən yolu
ilə Azərbaycan dili və mədəniyyətini nizama salmaq
istəyirlər. «Əncüməni-Azərbaycan» qaranlığa tərəf atılmıĢ
bir oxdur. Dr.Heyət, Dr.Katibi, Dr.Nitqi, ustad Fərzanə,
Gəncəli Səbahi və onların hamısından kiçik və cavan olan
mən. Müxtəlif iclaslar təĢkil olunur, mənim yaxĢı
tanımadığım digər 3-4 nəfərlə birgə bir neçə nəfəri katiblər
heyəti seçirik. Sonra təsadüfən, bir-birimizlə məĢvərət
etmədən görürük ki, iĢlər ya irəli getmir və ya bəziləri
onun müəyyən bir səmtə getməsini istəyirlər. Nəyahət, bir-
bir istefa veririk. Nüfuzlu Ģəxslər (solçular) istəyirlər ki,
əncüməni öz partiyalarının xeyrinə müsadirə etsinlər.
Onların iĢ tərzini bilirik. Hamımız bir-bir anlamağa baĢla-
yırıq. Əncüməndən çıxan birinci Ģəxs Dr.Nitqi, sonra ustad
Fərzanə, sonra mən, sonra Heyət oldu. Qoy, karvanın
dostu və oğrusunun Ģəriki tənha qalsın. Bunu Yazarlar
Birliyinin də baĢına gətirmək istəyirlər. Orada bu dostlar
azərbaycanlı deyillər. Yeri gəlmiĢkən, bu əhvalatın səsi
çox tez çıxır və Yazarlar Birliyi hamını ixrac edir, çünki
bu birlik məhdud fürsətlərin dərki yolu ilə Ģəxsi, ictimai və
43
maarif iĢlərinə nizam bəxĢ edən insanlardan təĢkil
olunmuĢdur. Maarif iĢi nə yeraltı, gizli, nə də partiyaların
iĢi deyil, insanların iĢi – gündəlik iĢdir. Bir millətin
demokratiyası və mədəniyyətinin təlimi – həmin millətin
və ictimaiyyətin hər bir üzvünün daxili və xarici aləmi ilə
gündəlik təlimdir və bu iĢi yuxarıdan və ya xaricdən gələn
bir fərmanla yerinə yetirmək olmaz. Hal-hazırda da zülmə
məruz qalmıĢ milliyyətlər arasında açıq-aĢkar görürük ki,
Dr. Mahmud ƏfĢarın, iki Pəhləvinin və onların Ġnayətullah
Rza, Dr.Vərcavənd və Dr.Cəlal Mətini kimi ardıcıllarının
bütün «zəhmətləri» hədər getmiĢdir. Bu məsələni açıq-
aĢkar dərk etmək üçün dahi olmaq lazım deyil. Sağlam
ağıl buyurur ki, camaatın dilini kəsmək olmaz. Ana dili bir
haqq və hüquqdur və hər bir haqq-hüquqdan da üstün və
mühümdür. Ona xəyanət - ən pis xəyanətdir. Yeri gəl-
miĢkən, çox rahatca yuxarı vəzifədə əyləĢib, aĢırı hörmət
əldə edə biləcək bir sıra Dr.Heyət kimi Ģəxsiyyətlər, ana
dilinin hər bir insanın doğal haqqı olması təfəkkürünü
yalnız «taxta oturtmaq» üçün deyil, daha çox onu Ġran
xalqının ehtiyacının əsas hissəsi kimi və ölkə əhalisinin
70%-nin dilsizlik, mədəniyyətsizlik və Ģəxsiyyətsizlikdən
nicatı üçün bir ölkədə təbii Ģəkildə əsas müzakirə
mövzularından birinə çevirmək, bu problemin xarici və
məntəqədən kənar qüvvələrin fitnə-fəsadla öz mənafelərini
qorumaq üçün öz xeyirləri və Ġran xalqının zərərinə «həll
etmədən» əvvəl ölkənin öz daxilində həlli üçün hər növ
məzəmmət və qınaq yükünün altına girməyə hazırdırlar.
Məhdud fürsətlər dahisi – xəyali məsələlər dahisi deyil,
həftəbəhəftə, aybaay, ilbəil faydalı bir iĢin dahisidir, belə
ki, insanlar hər bir Ģeyi tədriclə, yavaĢ-yavaĢ anlayırlar və
heç bir Ģey bu iĢin həllini səbirli və inadkar izahdan daha
yaxĢı sürətləndirə bilməz. Bu fikir məni artıq xülasə
Ģəklindən çıxmıĢ bu qısa yazının son nöqtəsinə çatdırır.
44
– Dr.Heyət bu 26 il ərzində özünün dilçilik,
Azərbaycanın dil və ədəbiyyatı, dünya və Ġran türklərinin
tarixi sahəsində qiymətli kitablarını çap etdirməklə yanaĢı,
«Varlıq» jurnalını da nəĢr etmiĢdir. Bu jurnal bütün bu
illər ərzində ülgücün iti ağzı üstündə hərəkət etmiĢdir.
Azərbaycanın dili və mədəniyyəti, yəni Ġran əhalisinin
37%-dən çoxunun dil və ədəbiyyatı məsələsi çox həssas
bir məsələdir. Millətçilər hər gün öz təzyiqlərini daha da
artırırlar ki, dövlət «Varlıq» jurnalını bağlasın. Digər bir
tərəfdən, Dr.Heyətin diqqətli və çox düĢüncəli olma
xüsusiyyəti bu jurnala hər hansı bir Ģübhə və nöqsanın
daxil olmasına mane olmuĢdur. Mətləblərin və insanların
diqqətlə seçilməsi, jurnalın təqdimi üsulu Dr.Heyəti bu
təlatümlü dövr ərzində ayaqda saxlamıĢdır. Dr.Heyət nə
solçudur, nə sağçı, nə bitərəf, o, mühüm bir əsasa və
mənĢəyə etiqad edir və bu da, Ġran Azərbaycanının dil və
mədəniyyətinin Ġran kimi çoxmillətli bir ölkənin dil və
mədəniyyətinin bir hissəsi olmasıdır. Yalnız etiqad etdiyin
bu əsasa tam bələd olmaqla, onu yaymaqla və ölkə
mədəniyyətinin ən mühüm iĢi etməklə Ġran qövmləri və
milliyyətləri arasında hüquqi və mədəni bərabərliklə
yanaĢı anlaĢma bərqərar etmək olar. Ġran xalqının bu
anlaĢma saatı və anı üçün fürsəti çox qısadır. Mənim
fikrimcə, Heyət – bu məhdud fürsətlər dahisi bərabərliklə
birləĢən anlaĢma axtarıĢındadır. Bu anlaĢmaya doğru
addım atmaq bəĢəri vəzifədir. Heyətin addımının qədrini
bilək!
***
Xalqının dili qarĢısındakı vicadı, ana yurdu Azǝr-
baycana, özǝlliklǝ dǝ doğulduğu Ģǝhǝr Tǝbrizǝ vǝ ǝhalisinǝ
olan eĢqi ilǝ hamının dilinin ǝzbǝri olan Dr. Cavad Heyǝt,
ǝrmiĢ bir insan vǝ mǝharǝtli bir hǝkim idi. O, baĢdan
45
etibarǝn çiyinlǝrinǝ aldığı vǝzifǝni, esaslı vǝ sǝmavi bir
fǝrizǝ olaraq görürdü vǝ bir an belǝ vaxtını, maddi vǝ
mǝnǝvi imkanlarını ona bağıĢlamaqdan ǝsirgǝmǝdi. Ġranda
Azərbaycan bölgǝsi onun üçün sadǝcǝ doğum yeri deyildi.
O, baĢlanğıcdan bǝri bütün iradǝsini toplamıĢdı ki,
xalqının mǝdǝniyyǝti vǝ dilinin taleyindǝn bir an belǝ qafil
olmasın. Bu hǝyǝcan verici fǝdakarlıqda o qǝdǝr irǝli getdi
ki, sanki qeybdǝn gǝlǝn bir fǝrman, onu tǝk baĢına vǝ Ġran
Azǝrbaycan aydın vǝ yazıçılarını bir araya gǝtirib, Azǝr-
baycan Cumhuriyyǝti ilǝ mǝdǝni körpülǝr quraraq, ana
dilini imkanları vǝ hǝyatı ǝl verdiyi qǝdǝr canlandırmaq vǝ
yaymaq üçün mǝmur etmiĢdir. O, bu iĢ üçün ǝn ibtidayi
imkanlardan ǝn yüksǝk imkanlara qǝdǝr sǝfǝrbǝr etdi.
Hǝm özü böyük ǝmǝk sǝrf etdi, hǝm dǝ digǝr Azǝrbaycan
alim vǝ Ģairlǝrini yardıma çağırdı ki, Azǝrbaycanın mǝz-
lum dili vǝ mǝdǝniyyǝti yenidǝn nǝfǝs almağa baĢlasın,
dirilsin. Azǝrbaycan xalqı da dǝrk etsin ki, ana dili, hǝr bir
fǝrdin kimliyi vǝ hüviyyǝtinin bir parçasıdır.
Dr. Heyǝt, baĢqalarını tǝĢviq etmǝk gücüylǝ onları vǝ
iĢlǝrini dǝstǝklǝmǝk gücünü birlǝĢdirmiĢdi. Deyǝ bilǝrik
ki, o, yarım ǝsrdǝn çox bir müddǝtdǝ öz verimli hǝyatını
maddi vǝ mǝnǝvi olaraq bu böyük haqq, yǝni ana dili, Ġran
Azǝrbaycan Türkcǝsinǝ sǝrf etdi vǝ heç bir zaman da
Azǝrbaycan Cumhuriyyǝt vǝ Ġran Azǝrbaycanı arasında
sağlam irtibat yollarının qurulması yolunda qafil olmadı.
Ġnsanlar bǝzǝn haqq vǝ hǝqiqǝt yolunda hǝrǝkǝt etmǝk
vǝzifǝsini öz vicdanlarından bir ilham olaraq alırlar.
Rǝhmǝtlik Dr. Heyǝt dǝ bu milli vǝ hǝyati vǝzifǝni sevgi
vǝ heyranlıqla öhdǝsinǝ aldı vǝ onu ilahi vǝ dini bir fǝrizǝ
kimi gördü. Ona görǝ dǝ, onun lǝhni vǝ bǝyanı; baĢ-
qalarını, özǝlliklǝ dǝ gǝnc nǝsli öz ana dillǝrini öyrǝnmǝ
vǝzifǝsinǝ yönlǝndirmǝkdǝki silahı sayılırdı. Elǝ ki, Azǝr-
46
baycanda öz ata-baba mǝdǝniyyǝtinǝ sevgi bǝslǝyǝn gǝnc
nǝsillǝr, özlǝrini Ona borçlu bilirlǝr.
Bu vǝfalı övlad, iĢindǝ elǝ bir müqavimǝt vǝ dayanıĢ
göstǝrdi ki, Azǝrbaycan Türkcǝsinin heysiyyǝti yenidǝn
azǝrbaycanlılara qaytarıldı.
Rǝhmǝtli Dr. Heyǝtin öz nǝsli vǝ sonrakı nǝsillǝr, ana
dillǝrinin tapdalanması nǝticǝsindǝ uğradıqları hǝqarǝtlǝr-
dǝn bir dǝfǝlik qurtuldular vǝ gördülǝr ki, bu hǝqiqi
sǝrmayǝ onlara ana damarlarından belǝ yaxındı vǝ bu
sǝrmayǝni iĢǝ salmaq üçün ciddi bir zǝrbǝyǝ ehtiyac vardı.
Dr. Cavad Heyǝtin böyük ruhuna salam olsun. Öz
anaları vǝ ana dillǝrinin xatirǝsini Dr. Heyǝtin insane-
severliyi ilǝ xatırlayanlara da salam olsun.
Ġndi Dr. Heyǝt, Azǝrbaycan xalqının kollektiv yad-
daĢının bir parçasıdır. Bu igit övladın, Azǝrbaycanın gǝnc
nǝsli vǝ sonrakı nǝsillǝrinin mǝnǝvi atası Dr. Cavad He-
yǝtin ruhuna salamlar olsun.
Dostları ilə paylaş: |