Вәһһаби Мәзһәби


On səkkizinci fəsil Məzar əhlinə nəzir etmək



Yüklə 1,5 Mb.
səhifə33/98
tarix02.01.2022
ölçüsü1,5 Mb.
#1053
1   ...   29   30   31   32   33   34   35   36   ...   98

Bu mərasimlərin qeyd olunması haqda Qurandan gətirilən dəlil-sübutlar

Birinci sübut:


Quran Peyğəmbərə hörmət edənləri tərif edir:

“Ona (O Peyğəmbərə) iman gətirən, hörmət edən, yardım göstərən və onunla (Onun peyğəmbərliyi sayəsində) endirilmiş nurun (Quranın) ardınca gedənlər − məhz onlar nicat tapanlardır” /Əraf surəsi, 157-ci ayə/.

Ayədə − 1) iman gətirən, 2) hörmət edən, 3) yardım göstərən, 4) nurun ardınca gedən − kəlmələri işlənmişdir.

Bu kəlmələrin mənası yalnız Peyğəmbərin yaşadığı zamanamı aiddir? Sözsüz ki, yox. Əgər bu üç kəlmə (iman gətirmək − kömək etmək − nurun ardınca getmək) üçün belə bir fikir irəli sürmək olmazsa, deməli “ehtiram edin” kəlməsi də təkcə Peyğəmbərin zamanına aid ola bilməz.1 Çünki bu əziz rəhbərə (Peyğəmbərə) həmişə ehtiram olunmalıdır.

Məgər, bəsət (Həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçildiyi gün) və mövlud (viladət) günlərində məclis təşkil edib nitq söyləmək və şer oxumaq ehtiram sayılmırmı? Çox təəccüblüdür! Vəhhabilərin özləri əmirlərin, rəislərin və vəzifəli adamların müqabilində təzim və ehtiram edib adi bir bəşərə o qədər yüksək qiymət verirlər ki, bu ehtiramın heç yüzdə birini Peyğəmbərə, onun minbərinə və mehrabına etmir. Hələ bu azmış kimi, bunu haram bidət və İslama zidd bir əməl kimi qələmə verirlər. Nəticədə isə İslamı bütün dünya millətlərinə quru, duyğusuz və biganə bir din kimi tanıtdırırlar. İslamı öz rəhbərlərinə ehtiram etməyən, bəşəri özünə cəlb etməyən din kimi təbliğ edirlər.

İkinci sübut:

Vəhhabilər Allah yolunda şəhid olanlar üçün əza məclisi təşkil etməklə müxalifdirlərsə, onda Həzrət Yəqubun əhvalatına nə kimi bəhanə gətirə bilərlər?

Əgər bu böyük peyğəmbər (Yəqub) vəhhabilər arasında yaşasaydı, onun haqqında necə hökm verərdilər?

O, gecə-gündüz Yusifdən ayrı düşdüyünə görə ağlayır və hər kimi görürdüsə oğlunu ondan xəbər alırdı. Qəm-qüssədən o qədər ağladı ki, gözləri kor olmuşdu.2

Yəqub xəstələnməklə və kor olmaqla oğlu Yusifi yaddan çıxarmadı. Əksinə, oğlu ilə görüşəcəyinə inandıqca qəlbi daha da şölələnir və uzaqdan-uzağa Yusifin iyini hiss edirdi.3

Nəyə görə həyatda belə bir məhəbbət və mehribanlıq düzgün və həqiqi tovhid sayılır, lakin onun ölümündən sonra insanın qəlbi daha da kədərli olmasına baxmayaraq belə müqəddəs adamları yad etmək haram və şirk sayılır? İndi əgər, bizim zəmanənin Yəqubları hər il övladları Yusiflərin il dönümünə yığışmaqla onları yad edirlərsə və belə adamların əxlaqi və pak xüsusiyyətlərindən söhbət açırlarsa, onlara ibadətmi etmiş olurlar?4


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin