Вәһһаби Мәзһәби


On yeddinci fəsil Allahdan başqasına and içmək



Yüklə 1,5 Mb.
səhifə32/98
tarix02.01.2022
ölçüsü1,5 Mb.
#1053
1   ...   28   29   30   31   32   33   34   35   ...   98

Səkkizinci fəsil

Övliyaların matəm və mövludlarını qeyd etmək bidət sayılırmı?


Vəhhabilər ilahi övliyaların matəm və mövludlarını qeyd etməyi haram sayırlar. Sanki dini rəhbərlər və ilahi övliyalarla düşmən olduqlarına görə onların mövlud və matəm məclislərini qeyd etməyi qadağan etmişlər. “Ənsarüs-sünnətil-Məhəmmədiyyə” cəmiyyətinin sədri Məhəmməd Hamid Fəqi “əl-Fəthul-Məcid” kitabının haşiyəsində yazır:

“Övliyaların matəm və mövludlarını məclis kimi qeyd etmək onlara ibadət sayılır.”1

Vəhhabilərin əsas səhvləri budur ki, “şirk”, “tovhid” və xüsusi ilə “ibadət” kimi kəlmələr üçün ölçü və qanun təyin etməyiblər. Elə buna görə də bu kimi məclisləri qeyd etməyi ibadət sayırlar.

Müşahidə etdiyiniz kimi, o, (Məhəmməd Hamid Fəqi) ibadət və ehtiramın bir əməl olduğunu təsəvvür edir.

Biz gələn bəhslərdə ibadətin mənası haqqında bəhs edəcəyik və İlahi övliyalara ehtiram etməyin ibadət olmadığını da sübuta yetirəcəyik. Hamıya məlum olduğu kimi, Quran bir qrup peyğəmbər və övliya haqqında gözəl ibarələrlə və fəsahətlə söz açır:

“Onlar (peyğəmbərlər) xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) bizə ibadət edərdilər. Onlar bizə müti idilər.”

İndi bu kimi peyğəmbər və övliyaların adına təşkil olunmuş məclislərdə birinin bu ayənin məzmunu ilə onları yad etməsi günahmı sayılır? Və yaxud, bu əməllə Quran ayəsinin ziddinəmi hərəkət edir? Allah-taala Əhli-beyt haqqında belə buyurur:

“Onlar öz iştahları çəkdiyi (özləri yemək istədikdəri) halda (və ya Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər” /İnsan surəsi, 8-ci ayə/.

Əmirəlmöminin Əli (ə)-ın yolunu davam edənlər onun mövlud günündə cəm olaraq həzrət Əlini tərif edib −”Əli Allah rizası üçün öz yeməyini miskinə, yetimə və əsirə verərdi” −deməklə məgər ona ibadətmi olunurdu?

Əgər Peyğəmbərin mövlud günündə onun şəninə nazil olmuş ayələr oxunursa, şerlər və qəsidələr deyilirsə, bu iş harammı sayılır?

Onlar (vəhhabilər) peyğəmbərlərin və ilahi övliyaların düşmənləri sayılır. Bidət qoymaqla bu əməllərin qarşısını alırlar.

Vəhhabilər dad-fəryad edərək bu əməli ibadət hesab edirlər:

“Bu məclislər “məzhəb” adı ilə qurulduğuna və İslama aid edildiyinə görə görək, bunu İslam dini təsdiq edirmi? Əgər İslam bu əməli təsdiq etməsə, bidət və haram sayılır.”

Bu şübhənin cavabı Quranda açıq-aşkar bəlli olur. Çünki Quranda bizlərə Peyğəmbərə hörmət etmək əmr olunub. Bu ayələrə əsasən belə məclislər ancaq və ancaq ehtiram və tarixi əsərləri qoruyub saxlamaq üçün təşkil olunur.

Quranın və Peyğəmbərin təsdiq etmədikləri ümumi və xüsusi əməllər bidət adlanır. Dünyada bütün millətlər arasında bu mərasimlər yalnız ehtiram üçün təşkil olunur. Quru əqidəli vəhhabilərdən başqa, bütün müsəlmanlar belə mərasimləri qeyd edirlər. Əgər bu əməl bidət sayılırsa və İslam qayda-qanunları ilə uyğunlaşmırsa, sözsüz ki, İslam biliciləri buna etiraz edərdilər. Lakin alimlər İslam peyğəmbərinin mövludunda ayələr, hədislər və şerlər oxumaqla belə məclisləri daha da əzəmətli edirlər.


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin