Вәһһаби Мәзһәби



Yüklə 1,5 Mb.
səhifə59/98
tarix02.01.2022
ölçüsü1,5 Mb.
#1053
1   ...   55   56   57   58   59   60   61   62   ...   98

Ölüdən şəfaət diləmək


Bundan əvvəlki bəhsdə Allah övliyalarından şəfaət diləmək onların diri halında tamamilə caiz bir əməl olduğunu hədislər sübuta yetirdi.

Bir sıra rəvayətlərdən belə başa düşülür ki, səhabə Peyğəmbərin vəfatından sonra onun pak ruhundan şəfaət diləyirdi.

1) İbn Abbas deyir:

“Elə ki, əmirəl-möminin Əli (ə) Peyğəmbərə (s) qüsl verib kəfən tutdu, kəfəni o Həzrətn üzündən açıb dedi:

“Atam-anam sənə fəda olsun. Sən diri halında da, ölü halında da pak-pakizəsən. Allah-taalanın dərgahında bizi də yad elə” Nəhcül-Bəlağə, 230-cu xütbə/.

2) Peyğəmbər (s) vəfat edəndə Əbu Bəkr evdə onun üzünü açıb öpərək dedi:

“Atam-anam sənə fəda olsun. Sağlığında da pak idin, vəfat edəndən sonra da paksan. Allah-taalanın dərgahında bizi yad elə, bizi unutma” /Kəşfül-irtiyab, s. 265/.

Qeyd olunan rəvayətlər şəfaət diləyəndə şəfaətçinin diri və ya ölü olmasının fərqi olmadığını sübuta yetirir. Demək, bu kimi ayələrə, rəvayətlərə və bütün əsrlər boyu müsəlmanlar arasında rəvac tapmış sünnə əməllərə diqqət yetirərkən belə aydın olur ki, şəfaət mövzusu barədə gərək heç bir şəkk-şübhəyə yol verilməsin.

Bundan əlavə, Peyğəmbərin səhabəsi o Həzrətn vəfatından sonra dua etməsini diləyirdi. Əgər dua diləmək o Həzrətn vəfatından sonra səhihdirsə, bir növ dua sayılan şəfaət də səhih olacaqdır.1


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin