Вәһһаби Мәзһәби


Müşriklər bütlərdən şəfaət istədiklərinə görə şirk sayılır



Yüklə 1,5 Mb.
səhifə61/98
tarix02.01.2022
ölçüsü1,5 Mb.
#1053
1   ...   57   58   59   60   61   62   63   64   ...   98

2. Müşriklər bütlərdən şəfaət istədiklərinə görə şirk sayılır


Vəhhabilərin “Allah övliyalarından şəfaət istəməyin” haram olması haqda ikinci sübutları budur ki, Hicaz bütpərəstləri bütlərdən şəfaət istədikdərinə, bütlərin müqabilində ah-nalə edib, onlardan kömək dilədiklərinə görə müşrik oldular. Aşağıdakı ayə də buna şəhadət verir:

“Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: “Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!” − deyirlər.”3

Buna görə də Allahdan başqasından şəfaət istəmək şirk və şəfaət edənə sitayiş etmək sayılır.

Cavab:


1) Bu ayə vəhhabilərin söylədikləri fikrə və nəzəriyyəyə heç bir sübut və əsas ola bilməz. Quran onları bütlərdən şəfaət istədiklərinə görə yox, əksinə, şəfaət olunmaqlarına xatir bütə ibadət etdiklərinə görə müşrik adlandırıb. Əgər bütlərdən şəfaət istəmək həqiqətdə ibadət sayılırsa, onda bu kəlməni “Bunlar bizdən ötrü şəfaət edənlərdir” kimi gətirməklə “ibadət edirlər” kimi gətirməyə heç bir ehtiyac olmazdı.

Ayədə iki həmcins cümlənin ardıcıl gəlməsi, bütlərə sitayiş etməyin şəfaət istəməyə aid olmadığını açıqlayır. Bütlərə sitayiş etmək şirk və iki məbuda ibadət etmək, bütlərdən, daşdan, çubuqdan şəfaət istəmək isə məntiqdən uzaq olan axmaq bir əməl sayılır. Bu ayə bütlərdən şəfaət istəməyin sitayiş olmasına heç vaxt sübut və əsas ola bilməz. Yəni bütlərdən şəfaət istəmək onlara həmd və sitayiş etmək demək deyil. Belə olan halda təbiidir ki, övliyalardan da şəfaət istəmək onlara sitayiş etmək demək deyil. Bundan əlavə, övliyaların məqamı ilə bütlərin məqamı heç də müqayisə oluna bilməz.

2) Tutaq ki, onların (bütpərəstlərin) əməllərinin şirk olmasının səbəbi bütlərdən şəfaət istəmək olmuşdur. Lakin bütpərəstlərin şəfaət istəməklərilə müsəlmanların şəfaət diləməkləri arasında çox böyük fərq var. Onlar “şəfaət” və “bağışlanmaq” kimi məsələlərdə bütləri şəfaətin yiyəsi və Allah dərgahında ixtiyar sahibi hesab edirlər. Sanki Allah bütün bunlardan əl çəkib həmin işləri bütlərə tapşırmışdır. Sözsüz ki, belə bir şəfaət istəmək bütlərə sitayiş və ibadət sayılacaq. Çünki onlar bütlərdən “Rəbb”, “İlah” və “İlahi işlərin başlanğıcı” əqidəsi ilə şəfaət istəyirlər. Amma müsəlmanlar isə Allahın ən yaxın və abırlı bəndəsindən (şəfaət məsələsində Allahın izn verdiyi bəndədən) şəfaət və dua diləyirlər. Bunları bir-birinə bağlı edib fərq qoymamaq həqiqətdən və insafdan uzaqdır.


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin