Virtual yaddaş. Assosiativ yaddaş. Virtual yaddaş idarəsinin aparat-müstəqil səviyyəsi


DRAM: Dynamic Random Access Memory (Dinamik RAM) Ən populyar yaddaş növüdür. SRAM



Yüklə 331,32 Kb.
səhifə2/3
tarix03.12.2023
ölçüsü331,32 Kb.
#171709
1   2   3
Əməliyyat sistemləri

DRAM: Dynamic Random Access Memory (Dinamik RAM)
Ən populyar yaddaş növüdür. SRAM: Statik RAM Daha yüksək sürət ilə, daha bahalı yaddaş növüdür. SRAM-ın periodik olaraq yenilənmə ehtiyacı olmadıgı halda, DRAM üçün periodiki yenilənmə vacibdir!
Bəzi RAM xüsusiyyətləri:
Access Time
“Access Time” prosessorun yaddaşdan məlumatı oxumaq üçün lazım olan minimum zamandır. Nanosaniyə ilə ifadə edilir.
Latency/Gecikmə
RAM-ın nə qədər yavaş ola biləcəyinin ölçüsüdür. Aşağı gecikməli RAM-lar yüksək gecikməli RAM-lardan daha sürətlidir, çünki prosessora daha tez cavab verə bilirlər. CL “Low Latency/Aşağı gecikmə” səviyyəsini ifadə edir.

RAM Paketləri:
SIMM – Single İnline Memory Module: Tək sıralı yaddaş moduludur.
DIMM – Dual İnline Memory Module: İki sıralı yaddaş moduludur. SDRAM-ların başlanğıcı DIMM modulu olmuşdur. Notebook-lar üçün So-DIMM (Small Outline DIMM) adlandırılan növləri istifadə olunur.
DIMM RAM çipləri PCB üzərində tək bir üzdə olarsa bu modul “Single Sided” olaraq adlanır. PCB-nin hər iki üzündə də RAM çipləri varsa bu DIMM modulu “Double Sided” RAM olaraq ifadə edilir. “Double Sided” RAM modulları digərlərinə nisbətən daha qalındır və bəzi anakartlarda digər slotlara da RAM yerləşdirilə bilməsinə mane ola bilər! Bəzi anakartlar “Double Sided” bir DIMM modulunu qəbul etməyə bilir. Anakartların hansı RAM modullarını dəstəklədiyi anakart kitablarında və rəsmi internet səhifələrində yazılmış olur!
RAM növləri:
RDRAM: Rambus DRAM
Rambus firması tərəfindən istehsal olunmuş RAM növüdür. SDRAM-lardan daha sürətlidir və bir zamanlar INTEL firması tərəfindən dəstəklənmişdir. Ancaq yüksək maliyyə və alternatif modellər səbəbiylə standartlaşmamışdır.
DDR: Double Data Rate
DDR SDRAM, SDRAM-ın transfer sürətini iki dəfə artırmışdır. 184 pin DIMM, 200 pin SO-DIMM və 172 pin Micro-DIMM paketləri istifadə olunur. Bu RAM-larla bərabər fərqli bir adlandırma da istifadə olunmuşdur (DDR400, 200 MHz saat tezliyi ilə işləyən 400 MHz DDR SDRAm-dır).

Yüklə 331,32 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin