Virtual yaddaş. Assosiativ yaddaş. Virtual yaddaş idarəsinin aparat-müstəqil səviyyəsi



Yüklə 331,32 Kb.
səhifə1/3
tarix03.12.2023
ölçüsü331,32 Kb.
#171709
  1   2   3
Əməliyyat sistemləri


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ

İXTİSAS: İnformasiya texnologiyaları
FAKÜLTƏ : SABAH
KURS: II
QRUP: 682s1
FƏNN: Əməliyyat sistemləri
MÜƏLLİM: Sərdarov Yaqub
TƏLƏBƏ: Baxşıyev Murad

Virtual yaddaş.Assosiativ yaddaş.Virtual yaddaş idarəsinin aparat-müstəqil səviyyəsi.
Əməli yaddaş (ƏYQ, RAM) – emal edilən verilənlərin saxlanması üçün istifadə olunan mikrosxemlər toplusudur. Əməli yaddaşın daimi yaddaşdan fərqi ondan ibarətdir ki, burada informasiya daimi yox, müvəqqəti yadda saxlanılır. Kompyuteri şəbəkədən çıxaran kimi əməli yaddaşdakı informasiya itir.
Əməli yaddaş fiziki iş prinsipinə görə dinamik (DRAM)statik (SRAM) yaddaşa bölünür. Ən cəld
işləyən yaddaş – statik yaddaş olub, ondan prosessorda keşyaddaş kimi istifadə edilir. Statiki yaddaş informasiyanı, qida mənbəyi xarab olana qədər və ya xanaya yeni informasiya yazılana qədər saxlaya bilir. Lakin statik yaddaş defisit və baha olduğundan, yaddaşın digər tipindən – dinamiki DRAM-dan istifadə olunur. Bu yaddaş xanada saxlanan informasiyanın daima yenilənməsini tələb edir.


Əməlı yaddaşın növləri:




RAM necə işləyir:
RAM bir “Excell” cədvəli kimi hazırlanmışdır. Yaddaş bölümləri adreslənərək adresə yazma və adresdən oxuma əməliyyatları həyata keçirir. İstifadə olunmayan proqram və verilənlər daimi yaddaşda (HDD-Sərt disk, USB yaddaş və s.) saxlanılır. Tələb olunduğunda bu proqram və ya verilənlər RAM-a kopyalanır və işlənir!
CPU (Central Processing Unit – Mərkəzi Prosessor) RAM-a digər yaddaş növlərindən daha tez müraciət edə bilir, bunun üçün də proqramların və verilənlərin RAM-a kopyalanması ehtiyacı duyulur! Əgər işlədilən proqram RAM-dan böyükdürsə bu proqram RAM-a müəyyən zaman aralıqlarında hissə-hissə kopyalanır!
RAM-ların quruluşu:
Yaddaş çipləri kiçik bir PCB üzərində yerləşdirilir. Bu PCB-lər istifadə sahələrinə görə müxtəlif ölçülərdə ola bilərlər.


SPD (Serial Presence Detect): PCB üzərində yerləşən bu çip sistem BIOS-una RAM haqqında məlumat verər. RAMın dəstəklədiyi işləmə sürətləri, gecikmələr və digər xüsusiyyətlər burada profillər halında qeyd olunur. Bundan başqa istehsalçı, istehsal tarixi və seriya nömrəsi kimi məlumatları da bu çip özündə saxlayır.
Module key (yuva) RAM-ın anakarta sehf qoşulmamasını təmin edir. PIN-lər hər RAM növünə görə müxtəlif saylarda ola bilər.

Yüklə 331,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin