Xəbər bülleteni №11


Kənd təsərrüfatında istehsalçı qiymətləri indeksi enib, sənayedə qalxıb



Yüklə 5,79 Mb.
səhifə51/87
tarix02.01.2022
ölçüsü5,79 Mb.
#2231
1   ...   47   48   49   50   51   52   53   54   ...   87

Kənd təsərrüfatında istehsalçı qiymətləri indeksi enib, sənayedə qalxıb


15.10.2015

Sentyabrda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi enib, sənaye məhsullarında isə bahalaşma olub. Transparency.az Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsaslanaraq bildirir ki, sentyabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 4,4 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,4 faiz artıb. Ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalı avqust ayı ilə müqayisədə 2 faiz ucuzlaşıb.

Birillik bitkilərdən buğdanın, payızlıq arpa dəninin, lobyanın, baş kələmin, qarpız və yemişin, bibərin, pomidorun, xiyarın istehsalçı qiymətləri düşüb, kartofun, badımcanın, baş sarımsağın, quru otun, baş soğanın istehsalçı qiymətləri artıb.

Ay ərzində çoxillik bitkilərdən üzümün, almanın, zoğalın, fındığın, nanə yarpaqlarının istehsalı ucuzlaşıb.

Heyvandarlıq məhsullarından mal ətinin istehsalçı qiyməti enib, südün, yumurtanın, quş və qoyun ətinin istehsalçı qiymətləri isə yüksəlib.

Ay ərzində mədən sənayesi üzrə istehsalçı qiymətləri 2,1 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələri üzrə 7,5 faiz artıb. Emal sənayesində istehsal 0,5 faiz ucuzlaşıb. Ümumilikdə sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,7 faiz artıb.

Mədən sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 2,1 faiz yüksəlib, metal filizlərinin hasilatı üzrə 1,6 faiz düşüb.

Ay ərzində emal sənayesində istehsal metallurgiya sənayesi üzrə 3,2 faiz, kimya sənayesi üzrə 2 faiz, neft məhsullarının istehsalı üzrə 0,6 faiz, tikinti materiallarının istehsalı üzrə 0,3 faiz ucuzlaşıb. İçki istehsalı üzrə 0,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,8 faiz, qida məhsullarının istehsalı üzrə 0,7 faiz qiymət artımı olub.



Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin