İslam səNƏTİ



Yüklə 11,59 Mb.
səhifə26/50
tarix26.12.2016
ölçüsü11,59 Mb.
#3530
1   ...   22   23   24   25   26   27   28   29   ...   50
( “Protokollar” kitabdan bir parça)
KİMDİR ANTİSEMİT?
Bir gün gələcək ki, “antisemit” (“ziddi-yəhudi” -- A.M.) sözü təhrif edilmiş siyasi söhbətin bir nümunəsi kimi tədqiq olunacaq. Qərbdə, hal-hazırda, əgər biri ürək edib yəhudilərin qeyri-adı nüfuzu haqqında danışsa o, dərhal, ictimaiyyət tərəfindən lənətlənəcək və adı bədnam olunacaq.

Bu aydın bir məsələdir ki, yəhudi ziyalılar yəhudi nüfuzu barəsində tənqidi fikirlər söyləməyi sevmirlər. Fransalı müəllifin, Erve Rissenin, yazdığı kimi, “beynəlxalq şöhrətə malik yəhudi müəlliflər həqiqi və ya xəyali antisemitizm qarabasmalarından qorxaraq vahimə içindədirlər. Onlar, bunu bir xəstəlik kimi qiymətləndirərək, özlərini daxili çək-çevirdən uzaq tuturlar”.

Ağ irqə mənsub Avropa və Amerikalılar arasında ərəblər, meksikalılar, afrikalılar haqqında tənqidi şəkildə danışmaq adi bir hal kimi qəbul olunur. Onların, hətta, özləri kimilərini, ağ vətəndaşlarını təhqir etməsi təəccüb doğurmur. Fəqət yəhudi nüfuzu haqqında söz açmaq, hər-hansı tənqidi bir söz demək, lap həqiqət olsa belə, bu, yəhudilərə qarşı olan bir təhqir kimi qiymətləndiriləcəkdir. Əgər ciddi bir Avropa və Amerika alimi və ya siyasətçisi bu təhlükəli əraziyə cürət edib girsə, onun bu əməli özünə nekroloq (vəfat etmiş adam haqqında məqalə -- A.M.) yazma kimi qiymətləndiriləcəkdir.

Qərbin bu cür xoflu abu-havası, ehtiyatla, qorxa-qorxa danışmaq adətləri gec-tez həm yəhudi, həm də qeyriləri üçün bir faciə ilə nəticələnəcək. Hər iki tərəf bir-biri ilə üz-üzə oturub mehribancasına söhbət etməsə bu, uzun illər çəkəcək, halbuki bu müsahiblərin, qarşı tərəflərin bu cür, qeyri-səmimi davranışı daimi, əbədi də ola bilməz. Yalanın ömrü uzun olmur. Və belə vəziyyət axırda vətəndaş qarşıdurmasına gətirib çıxaracaq.

Qərbin əksər müəllifləri üstün zəka nümayiş edərək, çəkinmədən müasir zaman əsatirlərini, bütlərini sındırdıqları halda, XX əsrin ən həssas nöqtəsi – yəhudi nüfuzu məsələsi – onlar tərəfindən toxunulmayıb yan keçilir.

Avropa və Amerikanın hər hansı bir ictimai müzakirəsində yəhudi mövzusundan bəhs olunsa, bu, adəti üzrə təriflənmə şəklini alır ki, bu da, ağ hakim təbəqənin, ifrat dərəcədə, yaltaqlanaraq yəhudilərin rəğbətini qazanmaq arzusunun göstəricisidir.

Habelə Amerika və Avropanın zəkalı ağ irqçiləri milli televiziya kanalları tərəfindən məqbul sayılmaq üçün özlərini yəhudilərin dostu kimi göstərirlər. Halbuki, bu davranışla, bununla, onlar, özlərinin qeyri-avropalıların mühacirətinə və başqa çoxmillətlilik fikirlərinə qarşı olmalarını ört-basdır etməyə çalışırlar. Çox güman ki, əgər külək səmtini dəyişsə və yəhudi nüfuzunun tənqidi dəbə düşsə onda bu fərdlər dərhal özlərini antisemit e’lan edəcəklər.

Yəhudi nüfuzu haqqında açıq söhbətin aparılmaması özü-özlüyündə təsdiq edir ki, yəhudilərin Qərb cəmiyyətinin əfkari-ümumiyyəsinə həlledici bir təs’iri var. Həqiqi qüdrət özünü onda göstərir ki, o, açıq söhbət hədəfi ola bilməz. Yəhudilər özləri bütün ictimaiyyəti inandırmağa çalışırlar ki, guya onlar Amerika və Avropada əhəmiyyətsiz bir yer tuturlar. Fərz etsək ki, bir möcüzə hesabına bu həqiqət oldu, onda məntiqə müvafiq olaraq, onlar başqa dəstələrin qüdrətindən bəhs olunduğu kimi özlərinin də təhlil olunmasına və ya ələ salınmasına e’tiraz etməməli olardılar. Halbuki Amerikalılar, çox güman, xaçpərəst mühafizəçilərin və ya “ağ irqçilərin” şişirdilmiş qüdrəti haqqında kitablar oxuyacaqlar, nəyinki həqiqi qüdrət sahibləri olan, təşkilatlanmış yəhudi birliyindən bir şey eşidəcəklər.

Əqli köləlik liberal (azadfikirli – A.M.) ağ adamların əksəriyyəti arasında ümumi bir cəhətdir. Yə’ni ki, onlar yəhudilərə, qeyri-adi bir zəka və səlim əxlaq sahiblərinə baxan kimi baxırlar. Hal-hazırda, XXI əsrin əvvəlində ağ irqinə məxsus ziyalını və ya siyasətçini “antisemit” adlandırmaqdan pis bir təhqir, pis bir damğa yoxdur.

Qərb ürəfasının və siyasətçilərinin yəhudi icmasına qarşı olan əqli köləliyi axırda ona gətirib çıxardır ki, yəhudilərin bu cür, sonu görünməyən, həqiqi və ya xəyali, yəhudi əleyhdarları axtarışları qanuni bir şey kimi qəbul edilir. ADL (“Böhtan Əleyhinə Birlik”) kimi yəhudi təşkilatları hətta kiçik və səfeh antisemit hadisəsinə görə zurna çalıb, aləmə car çəkirlər, onu yeni bir “Holokustun” (“Faciə”nin; Hitler Almaniyasında 6 milyon yəhudinin öldürülməsi nəzəriyyəsinin rəsmi adı – A.M.) müjdəsi kimi qiymətləndirmək istəyirlər.

Antisemitizm”, bu mürəkkəb sözün varlığı yəhudilər üçün əlavə bir dəlil verir ki, onlar özlərini, mənfi, səhv bir rə’ydən zərər çəkən məzlum bir dəstə kimi göstərsinlər. Antisemitizm mövcud olmasaydı, o, icad olunmalı idi. Antisemitizm, bu dəbdəbəli ifadə yəhudilərə imkan verir ki, onlar ağ avropalı və amerikalılar üçün və onların vasitəsi ilə, nəhayətdə həm də bütün dünya üçün. əql və vicdan əhəmiyyətini daşısınlar.



Amerika və Avropa ürəfası, kamal sahibləri “düşüncə azadlığını”tə’rif edib dururlar, halbuki onların bu cür qorxmuş, hoflanmış halətlərini yəhudilərə qarşı etdikləri divanə rəftarlarında yaxşı müşahidə etmək olar. Bu, hələ bundan çox qabaq Vilmot Robertson tərəfindən onun “Tərk olunmuş əksəriyyət” əsərində qeyd olunub: “semit (sami) tərəfdarı olan adam... özü, bir növ, antisemitin güzgüdəki əksinə çevrilmişdir”.


Yüklə 11,59 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin