Mus.VIII.4. Şagird tədris layihəsində iştirak edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
layihənin məqsədinin müəyyənləşdirilməsində və planlaşdırılmasında iştirak edirsə;
-
nəzəri material axtarırsa, resurs yaradırsa;
-
konsertin, tamaşanın, tele/radio verilişinin hazırlanmasında, jurnalın tərtibatında iştirak edirsə;
-
layihənin təqdimatında və qiymətləndirilməsində iştirak edirsə.
İstiqamət: kommunikasiya, şərh
Mus.VIII.5. Şagird musiqi əsərlərinin təhlilində iştirak edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
musiqi əsərlərinin dinlənilməsi ilə yaranmış təəssüratlar barədə söhbət edirsə;
-
musiqi əsərlərinin janrlarını (opera, balet, simfoniya, instrumental konsert...),üslubunu (klassik, xalq , müasir) müəyyənləşdirə bilirsə;
-
dinləmə zamanı musiqinin təsviredici vasitələrini xarakterizə edirsə;
-
ifaçıların tərkibini: instrumental (böyük və kamera orkestri, kamera ansamblı), vokal, vokal-instrumental (böyük və kamera tərkibli) xarakterizə edə bilirsə;
-
dinlənilmə zamanı incəsənət-musiqi terminologiyasından istifadə etməklə danışırsa;
-
dinləyərkən musiqi əsərlərini tanıya bilirsə.
Mus.VIII.6. Şagird musiqi incəsənətinin nümunələrini və ya musiqi yaradıcılığını sinif yoldaşlarına tanış edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
onun üçün maraqlı olan musiqi əsərlərini/ifaçıları/bəstəkarı seçə bilirsə;
-
musiqi əsərlərinin, bəstəkarın, ifaçının barəsində informasiya toplaya və işləyib hazırlaya bilirsə;
-
axtarılıb tapılmış informasiyanı, musiqi əsərləri barədə, bu və ya digər musiqi barədə öz təəssüratlarını sinif yoldaşlarına tanış edirsə;
-
musiqili (audio- video)materialı, lazımi aparaturanı seçə və ondan təqdimat zamanı istifadə edirsə.
Dostları ilə paylaş: |