Xlviii musiqi üzrə fənn proqramı Ümumi hissə a Giriş


Mus.VIII.4. Şagird tədris layihəsində iştirak edə bilər



Yüklə 388,71 Kb.
səhifə85/95
tarix28.12.2021
ölçüsü388,71 Kb.
#13196
1   ...   81   82   83   84   85   86   87   88   ...   95
Mus.VIII.4. Şagird tədris layihəsində iştirak edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • layihənin məqsədinin müəyyənləşdirilməsində və planlaşdırılmasında iştirak edirsə;

  • nəzəri material axtarırsa, resurs yaradırsa;

  • konsertin, tamaşanın, tele/radio verilişinin hazırlanmasında, jurnalın tərtibatında iştirak edirsə;

  • layihənin təqdimatında və qiymətləndirilməsində iştirak edirsə.

İstiqamət: kommunikasiya, şərh

Mus.VIII.5. Şagird musiqi əsərlərinin təhlilində iştirak edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • musiqi əsərlərinin dinlənilməsi ilə yaranmış təəssüratlar barədə söhbət edirsə;

  • musiqi əsərlərinin janrlarını (opera, balet, simfoniya, instrumental konsert...),üslubunu (klassik, xalq , müasir) müəyyənləşdirə bilirsə;

  • dinləmə zamanı musiqinin təsviredici vasitələrini xarakterizə edirsə;

  • ifaçıların tərkibini: instrumental (böyük və kamera orkestri, kamera ansamblı), vokal, vokal-instrumental (böyük və kamera tərkibli) xarakterizə edə bilirsə;

  • dinlənilmə zamanı incəsənət-musiqi terminologiyasından istifadə etməklə danışırsa;

  • dinləyərkən musiqi əsərlərini tanıya bilirsə.

Mus.VIII.6. Şagird musiqi incəsənətinin nümunələrini və ya musiqi yaradıcılığını sinif yoldaşlarına tanış edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • onun üçün maraqlı olan musiqi əsərlərini/ifaçıları/bəstəkarı seçə bilirsə;

  • musiqi əsərlərinin, bəstəkarın, ifaçının barəsində informasiya toplaya və işləyib hazırlaya bilirsə;

  • axtarılıb tapılmış informasiyanı, musiqi əsərləri barədə, bu və ya digər musiqi barədə öz təəssüratlarını sinif yoldaşlarına tanış edirsə;

  • musiqili (audio- video)materialı, lazımi aparaturanı seçə və ondan təqdimat zamanı istifadə edirsə.


Yüklə 388,71 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin