Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Təcrübi Hibrid



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə78/155
tarix02.01.2022
ölçüsü7,28 Mb.
#1179
1   ...   74   75   76   77   78   79   80   81   ...   155
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Təcrübi Hibrid 
Poliqonunda dispetçer mərkəzinə baxış keçirir (Mənbə: ABEMDA)
Həmçinin, Tədris Mərkəzində “1ev-1 elektrostansiya” prinsipi əsasında 
işləyən 10 kotec tipli elektrik stansiyası və “ağıllı şəbəkə” sistemi qurulmuş 
və idarəetməyə verilmişdir.Bu stansiyanın məqsədi gələcəkdə bütün Qo-
bustan rayonunu tam alternativ və bərpa olunan enerji mənbələri hesabına 
istehsal olunan enerji ilə təmin etməkdir. Poliqonda yaradılmış Dispetçer 
Mərkəzi regionlarda quraşdırılan elektrik stansiyalarının müasir texnologi-
yalar vasitəsilə “ağıllı şəbəkə” sistemi ilə idarə olunmasına imkan verir. 
2012-ci ildə Dövlət Agentliyinin dəstəyi ilə MDB ölkələri arasında ana-
loqu olmayan günəş panelləri və LED lampaları istehsal edən “Azgüntex”  


- 72 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
MMC fəaliyyətə başlamışdır. Avropa ölkələrinin aparıcı şirkətlərinin ən mü-
asir texnologiyaları əsasında yaradılmış zavod ildə 30 MVt gücündə günəş 
panelləri istehsal etmək potensialına malikdir. Hazırda ikinci 30 MVt-lik 
xəttin qurulması istiqamətində işlər görülür. 2012-ci il ərzində həmçinin 
Dövlət Agentliyi tərəfindən dünyada ilk dəfə Samux rayonunun ərazisində 
yerləşəcək “Aqro-Enerji Kompleksi” layihəsi üzrə işlərə də başlanılmışdır. 
Layihənin əsas məqsədi kənd təsərrüfatı və bu sahə üzrə emal sahələrinin
habelə yaşayış, sosial və digər binaların enerji təminatını alternativ və bərpa 
olunan enerji mənbələri hesabına, eləcə də kənd təsərrüfatı və məişət tul-
lantılarından bioenerji istehsal etməklə daha dayanıqlı etməkdən ibarətdir. 
Gələcəkdə bu tipli qəsəbələr digər rayonlarda da tətbiq olunacaqdır.

Yüklə 7,28 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin