Yaşıl nədir ?


Nəqliyyat və ya yol vergisi (yığım)



Yüklə 51,33 Kb.
səhifə12/19
tarix18.05.2022
ölçüsü51,33 Kb.
#58481
1   ...   8   9   10   11   12   13   14   15   ...   19
UNEC 1652696961

6. Nəqliyyat və ya yol vergisi (yığım). Bir çox ölkələrdə (Sinqapur, Danimarka, Finlandiya, Norveç, Birləşmiş Krallıq və s.) yollarda yaranan tıxacların aradan qaldırılması məqsədilə nəqliyyat və ya yol vergisi tətbiq edilir. Ən populyar təcrübə Sinqapur nümunəsidir. 1975-ci ildən Sinqapurda şəhərin mərkəzi hissəsinə səhər pik saatlarında daxil olan 4 və daha artıq sayda sərnişini olan avtomobillər üçün yığımlar (1 avro 1 gün və ya 20 avro aylıq) tətbiq edilir. 1998-ci ildən bu sistem bir qədər də modernizasiya edildi. Avtomobillərdə smart kartlar qoyuldu. Şəhərin mərkəzi hissəsinə daxil olan avtomobillər vaxtdan asılı olaraq smart kartlardan istifadə etməklə ödəniş edirdilər. Həmçinin avtomobillərin alınması üçün Sinqapur hökuməti böyük nisbətdə vergilər tətbiq etdi. Həmçinin, büdcə sektorunda çalışan işçilər üçün yolda tıxac yaranmaması məqsədilə hökumət müxtəlif iş rejimləri tətbiq etdi. Bu sistemin tətbiqi ilə yollarda müşahidə edilən intensivlik (xüsusilədə, pik saatlarında 45%) azaldı. Eyni təcrübə Londonda da tətbiq edilir. 2003-cü ildən səhər 7:00-dan axşam 18:30-dək şəhərin mərkəzinə daxil olan avtomobillər 5 (2008-ci ildən 8) funt sterlinq ödəməlidir. Sistemin tətbiqinə hökumət 200 milyon funt sterlinq sərf etsə də artıq birinci il bu məbləğin 80 milyonu geriyə qayıtdı (özünü ödəmə birinci il 40%). Nəticədə yollardakı tıxacların həcmi 30% azaldı, avtobuslardan istifadə dərəcəsi 14%, metrodan istifadə 1% artdı. AFR-də ictimai nəqliyyatdan istifadə edənlərin sayında əhəmiyyətli artım müşahidə edilmişdir. Eyni zamanda, hibrid avtomobilləri alan sürücülərin nəqliyyat vergisindən, həmçinin avtomobillərin park edilməsi xərcindən (ABŞ, Rusiya Federasiyası və s.) azad edilir.
7. Dövlətin əsaslı vəsait qoyuluşu. Dövlət sektoru tərəfindən enerji səmərəliliyinin artırılması məqsədilə əsaslı vəsait qoyuluşu iki formada həyata keçirilir.
I. Cari xərclər üzrə “enerji səmərəliliyi”nin maliyyələşməsi. Cari xərclərin strukturunda yer alan enerji səmərəliliyi xərclərinə nümunə kimi enerji səmərəliliyinə xidmət edən malların alınması, büdcə sektorunda yer alan binaların enerji qənaəti normalarına uyğunlaşdırılması.

Yüklə 51,33 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin