Yaşıl nədir ?


Ev təsərrüfatlarında enerji səmərəliliyi



Yüklə 51,33 Kb.
səhifə15/19
tarix18.05.2022
ölçüsü51,33 Kb.
#58481
1   ...   11   12   13   14   15   16   17   18   19
UNEC 1652696961

1.Ev təsərrüfatlarında enerji səmərəliliyi
2010-cu ildə Azərbaycanda ev təsərrüfatlarının enerji istehlakı 3409.2 min ton olmuşdur ki, bu da ümumi son enerji istehlakının 46,8%- nə bərabərdir. Başqa sözlə ifadə etsək, Ev təsərrüfatları Azərbaycanda ən çox enerji istehlak edən sektordur. Göründüyü kimi son beş il ərzində ev təsərrüfatlarının enerji istehlakı son enerji istehlakının təxminən yarısına bərabər olmuşdur. Ev təsərrüfatlarında enerji istehlakının 79,6%-ni təbii qaz, 14,9%-ni elektrik enerjisi, 5,5%-ni isə digər yanacaq növləri təşkil etmişdir.
Azərbaycanda ev təsərrüfatları enerji istehlaklarında elektrik enerjisindən tədricən təbii qaza keçirlər. Belə ki 2007-ci ildə elektrik enerjisinin ümumi istehlakda payı 22,1% olmuşdursa, 2011-ci ildə bu rəqəm 14,9%-ə qədər geriləmişdi. Bunun əksinə olaraq təbii qazın payı 71,3%-dən 79,6%-ə qədər artmışdır. Bundan başqa ev təsərrüfatlarının enerji istehlakı 2008-ci ildə 2007-ci ilə nisbətən xeyli artmış sonrakı 2009- cu il ərzində isə xeyli azalmışdır.
Son illərdə Azərbaycanda təbii qaz bazarındakı islahatları özündə əks etdirir. Belə ki, 2000-2005-ci illərdə və 2010-2011-ci illərdə qaz istehlakında artım müşahidə olunur. Bu artımların səbəbi əhalinin, yaşayış sahələrinin və yeni qazlaşdırılan mənzillərin sayının artmasıdır. 2008-ci ildə artım isə digər illərdə müqayisədə kifayət qədər böyükdür ki, təbii qazın paylanması və əhaliyə çatdırılmasına qoyulan investisiyalara baxsaq görərik ki, bu ildə investisiyanın miqdarı digər illərə nisbətən xeyli çoxdur.
Ev təsərrüfatları üçün enerji səmərəliliyinin əsas göstəricisi hər kv. m yaşayış sahəsinə görə istehlak olunan enerji miqdarıdır. Azərbaycanda 2009-cu ildə bu rəqəm təxminən 26 kne-nə bərabər olmuşdu. Bu göstəricinin Avropa ölkələrinin eyni göstəriciləri ilə müqayisə etsək, Azərbaycanda ev təsərrüfatlarının enerji səmərəliliyi göstəricisinin Avropa ölkələri ilə müqayisədə xeyli aşağı olduğu görünür. Başqa sözlə, Azərbaycan Avropa ölkələri arasında, yaşayış binalarında bir kv. m-ə düşən enerji istehlakına görə 3-cü yeri tutur. Azərbaycanın göstəricisinə yaxın göstəricisi olan ölkələr Rumuniya, Latviya, Finlandiya, Estoniya kimi iqlimi soyuq olan ölkələrdir. Azərbaycanla təxminən eyni iqlim qurşağında yerləşən İtaliya, İspaniya və Portuqaliya kimi ölkələrin göstəriciləri isə Avropa üzrə ən yüksək göstəricilərdir.
Azərbaycan ev təsərrüfatlarında enerji səmərəliliyini Azərbaycanla eyni coğrafi enlikdə yerləşən Avropa ölkələrinin səviyyəsinə çatdırsa, o zaman ev təsərrüfatlarında 50%-dən artıq, başqa sözlə ən azı 1,7 mln. ton miqdarında enerjiyə qənaət edə bilər. Bu da Azərbaycanın ümumi son enerji istehlakının təxminən 25%-nə bərabərdir.
Azərbaycanda yaşayış binalarında enerji səmərəliliyinin Avropaya nisbətən aşağı olmasının əsas səbəblərdən biri Azərbaycanın və Avropanın mövcud və yeni inşa olunan binaları arasındakı fərqlərdir. Belə ki, Avropa ölkələri enerji ehtiyacını əsasən idxal hesabına ödədiklərindən bu ölkələrdə enerji səmərəliliyi ilə bağlı ciddi standartlar tətbiq olunur. Yeni inşa olunan binalarda bu standarlara ciddi nəzarət olunur və mövcud binalar da əsaslı təmir olunaraq bu standartlara uyğunlaşdırılır. Dünya təcrübəsinə görə əhalinin əsas enerji istehlakı, ümumi istehlakın təxminən 50-60%-i yaşayış sahəsinin qızdırılmasına sərf olunur. Bu səbəbdən Avropada yaşayış binalarında istiliyin itməməsinə xüsusi əhəmiyyət verilir. Buna nail olmaq üçün binalarda xüsusi istilik keçirməyən örtükdən və qapı-pəncərə sistemlərindən istifadə olunur. Nəticədə əhali daha az enerji sərf etməklə yaşayış sahəsində istədiyi tempraturu saxlaya bilir. Azərbaycanda isə mövcud binaların böyük bir hissəsi müstəqillikdən əvvəlki dövrdə və qeyd olunan texnologiyalar tətbiq olunmamaqla inşa olunmuşdur. Bu binaların qeyri-yaşayış sahələrində pəncərə və qapıların yaxşı vəziyətdə olmaması istiliyin itməsini daha da sürətləndirir. Tikinti
şirkətlərinin yeni inşa etdikləri binalarda enerji səmərəliliyi yüksək olan texnologiyadan istifadədə maraqlı olmamaları da enerji səmərəliliyinin aşağı olma səbəblərindən biridir. Azərbaycanda ev təsərrüfatlarında enerji səmərəliliyinin aşağı olmasın digər bir səbəbi isə aşağı səmərəliliyə malik elektriklə işləyən alətlərdən istfadə edilməsidir. Azərbaycanda ev təsərrüfatlarında enerji səmərəliliyinin artırılmasının qarşısında bəzi maneələr dayanır. Əhalinin və tikinti şirkətlərinin enerjiyə qənaət potensialı barədə kifayət qədər məlumatları yoxdur. Enerji səmərəliliyi ilə əlaqəli aparılmış tədqiqatların nəticələrini yaymaq və insanları bu barədə marifləndirmək bu maneəni aradan qaldırmaq və yüksək enerji səmərəliliyinə nail olmaq üçün çox əhəmiyyətlidir. Digər tərəfdən yaşayış binalarında enerji səmərəliliyi ilə bağlı standartlara əməl olunmur. Enerji səmərəliliyini artırmaq üçün yeni inşa olunan binalarda məcburi standartları tətbiq olunmalı, eləcə də mövcud binalarda monitorinqlər keçirilərək standartlara uyğun olmayan binalar müəyyənləşdirilməli və standartlara uyğunlaşdırılmalıdır. Qeyd olunan standartlar yeni texnologiyalara uyğun hazırlanmalı və periodik olaraq yenilənməlidir. Standartlaşdırma aparıldıqdan sonra binalarda enerji səmərəliliyinə görə qiymətləndirilmələr də aparıla bilər ki, bunun nəticəsində əhali mənzil alarkən potensial enerji xərcləri barədə məlumatlana bilər. Enerji səmərəliliyinin artırılmasının qarşısındakı digər bir maneə isə maliyyə problemləridir. Belə ki, ev təsərrüfatları enerji effektiv texnologiyanı tətbiq və istifadə etmək istəsə belə, bunun üçün kifayət qədər maliyyə vəsaitinə sahib olmaya bilər. Dövlət tərəfindən bu kimi layihələrə güzəştli kreditlərin və subsidiyaların verilməsi ilə bu problem həll oluna bilər.
Azərbaycan enerji resursları ilə zəngin bir ölkə olduğundan, ölkəmizdə enerji qiymətləri Avropa ölkələri ilə müqayisədə aşağıdır. Buna görə də əhali enerji istehlak edərkən qənaət barədə çox da fikirləşmir. Bu səbəbdən əhaliyə enerjiyə qənaəti təbliğ edərkən nəticədə qənaət edə biləcəkləri maliyyə vəsaiti ilə yanaşı, enerjiyə qənaət etməklə ətraf mühiti və ekologiyanı qoruya biləcəklərini də onlara xatırlatmaq lazımdır. Bu siyasət artıq bir çox ölkədə özünü doğruldub.
Rusiyada son ilərdə aparılmış araşdırmanın nəticələrinə görə bu ölkədə ev təsərrüfatlarında 50% enerjiyə qənaət etmək mümkündür, bu potensialın 80%-dən çoxu iqtisadi, 46%-i isə maliyyə cəhətdən səmərəlidir. Gürcüstanda aparılan başqa bir araşdırmaya görə bu ölkdədə yalnız elektrik lampalarını daha səmərəli lampalarla əvəz etməklə ildə 370 GVt saata qədər enerjiyə qənaət etmək mümkündür. Bu ölkələrdəki yaşayış binalarının və istifadə olunan texnologiyanin Azərbaycandakılarla bənzərliyini nəzərə alsaq, Azərbaycanda ev təsərrüfatlarında enerji səmərəliliyinin potensialını təssəvür etmək elə də çətin deyil.


Yüklə 51,33 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin