Universitetin adı: Azərbaycan Dövlət Aqrar Universiteti Fakültə: İformasiya texnologiyaları



Yüklə 184,37 Kb.
səhifə1/6
tarix21.09.2023
ölçüsü184,37 Kb.
#146371
növüMühazirə
  1   2   3   4   5   6
MÜHAZİRƏ1--ƏS


Universitetin adı: Azərbaycan Dövlət Aqrar Universiteti
Fakültə: İformasiya texnologiyaları
Kafedra: İnformasiya texnologiyaları
Fənn: Əməliyyat siustemləri
Mühazirəçi: Babayeva Şəhla Rüfət qızı
Mövzu 1. Əməliyyat sistemlərinin inkişaf tarixi.Təsnifatı.


Sistem proqram təminatı (SPT) kompüterdə informasiyanın emalı prosesinin təşkili ilə yanaşı, tətbiqi proqramlar üçün normal mühiti təmin edir. SPT kompüterin aparat vasitələri ilə sıx əlaqədə olduğundan, bəzən onu kompüterin bir hissəsi də hesab edirlər. Əməliyyat sistemləri SPT-nın əsas tərkib hissəsidir.
Əməliyyat sistemi (ƏS) kompüter resurslarını idarə edən, tətbiqi proqramların işə salınmasını, onların xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsini, həmçinin, istifadəçi ilə kompüter arasındakı dialoqu təmin edən proqram vasitələrinin məcmusudur. Resurs dedikdə kompüterin istənilən komponenti- mərkəzi prosessor, əməli və ya xarici yaddaş, xarici qurğu, proqram və s. başa düşülür.
Əməliyyat sistemləri informasiya emalının idarə olunmasını və aparat vasitələri ilə istifa­də­çinin qarşılıqlı əlaqəsini təmin edir. ƏS-nin əsas funksiyalarından biri informasiyanın daxiletmə-xaricetmə prosesinin avtomatlaşdırılması, istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi proqramın idarə edilməsidir. ƏS lazım olan proqramı kompüterin yaddaşına yükləyir və onun yerinə yetirlməsinə nəzarət edir.
Əməliyyat sistemləri yerinə yetirdiyi funksiyalara görə üç qrupa bölünür:
- birməsələli (biristifadəçili);
- çoxməsələli (çoxistifadəçili);
- şəbəkə.
Birməsələli ƏS - müəyyən bir anda konkret bir məsələ ilə bir istifadəçinin işi üçün nəzərdə tutulmuşdur. Bu tip ƏS-nin nümayəndəsi Microsoft firması tərəfindən yaradılan MS DOS-dur.
Çoxməsələli ƏS kompüterdən, multiproqram rejimdə vaxt bölgüsü ilə kollektiv istifadəni təmin edir. Bu tip ƏS-nə UNIX, OS/2, Windows 7 və s. misal göstərmək olar.
Şəbəkə ƏS lokal və qlobal şəbəkələrin meydana gəlməsi ilə əlaqədardır və şəbəkənin bütün resurslarına istifadəçinin müraciətini təmin edir. Bu ƏS-nə Novell Net Ware, Windows NT, Banyan Vines, IBM LAN, UNIX, Solaris və s. misal göstərmək olar.


ƏS kompüterin qoşulması ilə yüklənir və istifadəçi ilə hesablama sistemi arasında rahat və əlverişli ünsiyyət üsulu (interfeys) təqdim edir. Funksiyalarına görə interfeysin aşağıdakı növləri var.

Yüklə 184,37 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin