Universitetin adı: Azərbaycan Dövlət Aqrar Universiteti Fakültə: İformasiya texnologiyaları



Yüklə 184,37 Kb.
səhifə5/6
tarix21.09.2023
ölçüsü184,37 Kb.
#146371
növüMühazirə
1   2   3   4   5   6
MÜHAZİRƏ1--ƏS

Windows -Maykrosoft şirkətinin personal komputerlər və server sistemləri üçün Windows NT-nin kernel sistemi üzərində qurulmuş olan 6-cı əsas distributividir. Windows XP 25 oktyabr 2001-ci il tarixində satışa təqdim edilmişdir. Windows XP əvvəlki distributivlərindən fərqli olaraq tamamilə 32 bitlik Windows NT və Windows 2000 kernel sistemi üzərində qurulmuşdur. Onu da qeyd etmək lazımdır ki, Windows əməliyyat sisteminin əvvəlki versiyaları aşağıdakılardır:

  • Windows 1. 0

  • Windows 2. 0

  • Windows 3. 0

  • Windows 95

  • Windows 98

  • Windows NT

Bu kernel system 16 və 32 bitlik tətbiqləri işlədə bilir və göy ekran səhvlərini azaldır. Windows əməliyyat sistemi ailəsinin Cairo, Nashville, Neptune, Odyssey kimi versiyaları satışa çıxarılmayaraq ləğv edilmişdir. Maykrosoft şirkəti Windows XP-in satışını 30 iyun 2008-ci il tarixindən etibarən dayandırmışdır:amma bəzi mini noutbuklarda hələ də qurulu olaraq XP gəlməkdədir. Windows XP Service Pack 2-nin də satışı 2010-cu ildə bitmişdir. Windows XP Service Pack 3 isə 2014-cü ilə qədər satılacaqdır.
Macintosh - qısaca Mac olaraq tanınır və adını Macintosh alma növündən alır. Mac personal komputerlər istehsal edən Apple Computer İnc. şirkətinin bir məhsulu olan əməliyyat sistemidir. Macintosh-un istehsalına 1984-cü ildə başlanılmışdır. Onu da qeyd edək ki, Apple şirkəti siçan və qrafik interfeysdən ilk dəfə istifadə edən şirkətlərdəndir. Macintosh-dan əvvəl Apple şirkətinin Lisa, Apple II, Apple III kimi sistemləri olsa da 1986-cı ildə onların fəaliyyəti dayandırılmışdır və bütün məhsullar Macintosh adı altında toplanmışdır. Macintosh-un Power PC arxitekturasını istifadə etdiyi 1994-2005-ci illəri arası onu x86 sinifli komputerlərdən ayıran ən məşhur xüsusiyyəti RİSC (Reduced İnstruction Set Computer) olmuşdur. Macintosh seriyalı komputerlər Apple şirkətinin öz məhsulu olan Mac OS əməliyyat sistemindən istifadə edirlər . Mac OS əməliyyat sistemi öz aralarında Mac OS Classic və Mac OS X deyə iki qrupa ayrılırlar. İki əməliyyat sistemi də bir-birindən tamamilə ayrı işləyirlər. Onu da qeyd edək ki, 2009-cu ilin avqust ayında Mac OS X əməliyyat sisteminin ən son versiyası olan Snow Leopard satışa təqdim edilmişdir. Bununla da Apple şirkətinin istehsalı olan komputerlərdə sürət və performans dəfələrlə artmışdır. Apple şirkətinin istehsalı olan personal komputerlərə Maykrosoft və İntel şirkətinin istehsalı olan avadanlıqlar və ya proqram sistemləri yükləmək mümkün deyildir.
UNİX - 1969-cu ildə Ken Tompson və Denis Riçi tərəfindən Bell laboratoriyalarında yaradılmış olan çox istifadəçili və çox vəzifəli quruluşu dəstəkləyən bir əməliyyat sistemidir. UNİX törəməli əməliyyat sistemləri çox prosessorlu bahalı komputerlərdən bir prosessorlu sadə ev komputerlərinə qədər bir çox cihaz üzərində işləyə bilən test edilmiş sistemlərdir. Lakin, xüsusilə strukturu ilə çox prosessorlu serverlərdə adətən standart halına gəlmişdir. UNİX-in əsası 1965-ci ildə MİTAT&T Bell Labs və GE-nin birlikdə yaratdıqları MULTİCS (Multiplexed Operating and Computing System) layihəsi ilə atılmışdır. MULTİCS layihəsinin əsas hədəfi çox istifadəçili komputer sistemlərinə icazə verərək eyni vaxtlı məlumat paylaşmasını təmin edə bilməkdi. 1969-c ildə layihə qarışıq bir şəkil almağa başlamış və AT&T Bell Labs layihədən çəkilmişdir. Bell şirkətində araşdırmaçı olaraq işləyən Ken Tompson MULTİCS proqramını stimulyasiya edən bir fayl sistemini kodlamaqla UNİX-in ilk distributivi olan UNİCS-i (Uniplexed Operating and Computing) meydana çıxardı. Bu versiya Assembler ilə yazılmışdı. 1973-cü ildə Ken Tompson C dilinin yaradıcısı olan Denis Riçi ilə birlikdə əməliyyat sisteminin kernel sistemini C dili ilə təkrar kodlayaraq UNİX 5. 0 versiyasını yaratdılar. Beləliklə də, UNİX C dilinin sayəsində müxtəlif avadanlıqlara uyğun olaraq təkrar dəyişdirilə bilən kodlardan ibarət bir əməliyyat sisteminə çevrilmişdir.

Yüklə 184,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin