Azrəbaycan Respublikasının Prezidenti yanında Dövlət Idarəcilik Akademiyası


Ehtiyatların idarə edilməsinin modelləri



Yüklə 81,35 Kb.
səhifə4/6
tarix02.01.2022
ölçüsü81,35 Kb.
#34730
1   2   3   4   5   6
İstehsal menecmenti Veliyev Kamran

4. Ehtiyatların idarə edilməsinin modelləri

Qabaqcıl firmalarda əməliyyat menecerləri ehtiyatların idarə edilməsi üçün müəyyən sistemlər yaratmışlar. Aşağıda iki sistemin təşkilediciləri göstərilir: 1) ehtiyat vahidləri ilə ölçülən ehtiyatların təsnifatı (ABS – təhlili) 2) ehtiyatlar haqqında dəqiq qeydləri aparmaq bacarığı. ABS təhlili. ABS― təhlil sistemi ehtiyatları “zadellər” şəklində üç təsnifləşdirilmiş qrupa bölürlər. Bu bölgü illik dəyər əsasında aparılır ve onlar pul vahidi ilə (dollar, manat, rubl) ifadə edilir.



Ehtiyat modelləri. Asılı tələbin qeyri-asılı variantı. Ehtiyatların idarəedilməsi modeli müəyyən məmulata olan tələbin qeyri asılılığını və ya başqa məmulata olan tələbdən asılılığını nəzərdə tutur. Ehtiyatların çoxlu problemləri qarşılıqlı əlaqəlidir: bir məmulata başqa tələb başqa məmulata olan tələbdən asılıdır. Adətən müxtəlif məmulatlara olan tələblərdən asılıdırlarsa, bu məmulatlar arasında nisbət məhduddur və sabitdir. Bu halda istehsalın planlaşdırılması son məmulata olan tələbə əsaslanır və onun təşkilediciləri kompüter vasitəsi ilə hesablanır. Biz burada iki suala cavab axtarmalıyıq:

1) məmulata görə sifarişi nə vaxt və nə qədər etmək

2) ehtiyatları tamamlamaq üçün nə qədər çox sifariş vermək lazımdır. Biz burada tələbdən asılı olmayan maddələrə baxacağıq.

1. İqtisadi (kəmiyyətə görə) sifariş modeli (EOQ).

2. İstehlak (kəmiyyətə görə) sifariş modeli.

3. Rezerv ehtiyatı ilə sifariş modeli.

4. Diskont olunmuş kəmiyyətlə modellər.

Iqtisadi sifarişin əsas modeli (EOQ). Bu model ən köhnə və daha çox istifadə edilən modeldir. Bu modeldən istifadə asandır və çoxlu təşkilatlar tərəfindən istifadə olunur, lakin o bir çox ehtimalları tələb edir.

Ən əhəmiyyətli ehtimallar (fərziyyələr) aşağıdakılardır:

1. Tələb məlumdur və yerdəyişməzdir.

2. Sifariş verilməsinin cari vaxtı, sifarişin yerbəyer olunması və sifarişn alınması arasında vaxt məlumdur və dəyişməzdir.

3. Sifariş yubanmadan alınmalıdır, yəni, sifariş olunmuş ehtiyatlar bir partiya ilə bir vaxtda daxil olur.

4. Miqdarın azaldılması (diskont) qeyri-mümkündür.

5. Yalnız xərclər (sifarişçilərin yerləşdirilməsi xərcləri, saxlanılması və vaxta görə anbarlaşdırılması xərcləri) dəyişəndir.

6. Əgər sifariş vaxtında yerləşdiriılirsə defisit (çatışmamazlıq) qeyri-mümkündür.



Ehtiyatların xərcləri. Ehtiyatların idarə edilməsi modellərinin çoxunun məqsədi ümumi xərcləri minimumlaşdırmaqdır. Bu baxımdan vacib xərclərə sifarişləri qaydaya salma xərcləri, saxlama xərcləri aid edilir. Qalan xərclərə ehtiyatlar üçün xüsusi xərclər aid edilir. Sonuncu xərclər daimi xərclərdir. Beləliklə, əgər biz yenidən qaydaya salma və saxlama xərclərini minimumlaşdırırıqsa, onda biz ümumi xərcləri minimumlaşdırırıq. Sifarişin ölçüsü artdıqca il ərzində yerləşdirilən sifarişlərin miqdarı azalacaqdır. Beləliklə, sifarişin ölçüsü artımı yenidən qaydayasalmanın illik xərclərinin və sifarişlə əlaqədar (onların sayı azaldıqca, onlar üçün xərclər də azalır) xərclərin özlərinin azalması ilə müşayiət olunur. Bununla belə, sifarişin ölçüsü artır, saxlanma xərcləri də artır.


Yüklə 81,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin