Azrəbaycan Respublikasının Prezidenti yanında Dövlət Idarəcilik Akademiyası
Fakültə: İnzibati idarəetmə
İxtisas: Menecment
Qrup: M171
Fənn: İstehsal menecmenti
Müəllim: Pərviz Qurbanov
Mövzu: İstehsal ehtiyyatlarının idarə olunması
Tələbə: Kamran Vəliyev
İstehsal ehtiyyatlarının idarə edilməsi
1.Giriş
Bazar iqtisadiyyatının vüsət aldığı müasir dünyada sənaye müəssisələrində material ehtiyatlarının idarə edilməsi problemi onunla əlaqədardır ki, müəssisənin dövriyyə vəsaitinin müəyyən hissəsi ehtiyat halında dondurulmalıdır. Məlumdur ki, ehtiyatlar – müəssisələrin (firmaların) ən bahalı aktivlərindən biri olub, ümumi investisiyalaşdırılan kapitalın 40%-nə qədərini təşkil edir. Əməliyyat menecerləri çoxdan dərk etmişlər ki, ehtiyatların səmərəli idarə edilməsi çox zəruri məsələdir. Material ehtiyatlarının saxlanılması müəssisədən əhəmiyyətli dərəcədə xərc çəkməsini tələb edir:
ehtiyatların korlanması ilə bağlı xərclər (fiziki və mənəvi aşınma)
anbar təsərrüfatına xərclər
ehtiyatların sığortalanması və s.
Deməli, müəssisədə bütün xərclər minimuma endirilməli, daha doğrusu dondurulmuş pul vəsaitinin həcminin ehtiyat formasında dondurulmasının nə üçün onların strukturunu öyrənmək lazımdır. Onların tərkibində hazır məhsulun, başa çatmamış istehsalın, xammal və sair ehtiyatın ayrılıqda paylarını üzə çıxarmaq, daha çox çəkisi olanı ayırmaq və uyğun olaraq “problem” maddələri tapmaq lazımdır.
Dostları ilə paylaş: |