Sel zamanı qəza-xilasetmə dəstələri və digər təxirə salınmaz işlərə
aşağıdakılar aiddir:
1. Su basan sahələrin qısa müddətdə yoxlanılması, zərərçəkənlərin xilas edilməsi, maddi itkilərin azaldılması.
2. Zərərçəkənlərin xilas olunmsı üçün bir çox üsülların tətbiqi.
3. Xilasedici güc və qüvvələrdən tam və səmərəli istifadə, xilasedicilərin və zərərçəkənlərin təhlükəsizliyi.
Sel zamanı fövqəladə hallarda qəza-xilasetmə və digər təxirə salınmaz
işlərin düzgün aparılması aşağıdakı hallarda əldə edilir.
1. Vaxtından qabaq planlı şəkildə idarəetmə orqanlarının, mülki müdafiə dəstələrinin, axtarış xilasetmə dəstələrinin sel zamanı qəza-xilasetmə işlərinə hazırlığı.
2. Təbii fəlakətlərə dərhal reaksiya, güc və qüvvələrin hazırlanması, kəşfiyyatın səmərəli təşkili və idarəetmə sistemlərinin yayılması.
3.Vəziyyəti qiymətləndirməklə əsas qərarın qəbul edilməsi və yerinə yetirilməsinin təşkili.
4. Güc və qüvvələrin lazımi qruplaşması, onların təbii fəlakət sahələrinə çatdırılması, kəşfiyyat orqanları, tibbi yardım, qəza-xilasetmə işlərinin iştirakının təşkili, fasiləsiz, tam şəkildə aparılması.
5. Zərərçəkənlərin xilas olunmamsı və məişət obyektlərinin qorunması üçün səmərəli texnologiyanın və üsulların tətbiqi.
6. Qəza-xilasetmə işlərinin təşkili üçün təminatın mövcudluğu.
Dostları ilə paylaş: |