Meşə və torf yanğınlarının qarşısının alınma yolları.
Meşə yanğını – meşə sahəsində bəzi hallarda əhalidən asılı olan və ya olmayan hallarda baş verən təbii fəlakətdir.
Torf yanğını - torf bataqlıqlarının səthinin həddindən artıq qızması nəticəsində baş
verən təbii fəlakətdir.
Meşə yanğınının əsas səbəbi aşağıdakılardır:
Turistlərin. balıqçıların və s. insanların məşədə olarkən laqeydlik göstərməsi nətiçəsində (ocaq qalama, söndürülməmiş kibrit, avtomobillər
2. Yaz və payız fəslində otun və otlaqların biçilmiş tarlalarda quruması (15-20%).
3. Meşə yanğın təhlükəsizliyinin nəzərə alınmaması.
4. İldırımın təsiri ilə.
Meşə yanğınlarının paylanması təsadüfi xarakter daşıyır. Yanğınların sayını isə atmosfer prosesinin dövriliyi, yanğın təhlükəli dövrün müddətindən və quruluğun təkrarlanmasından asılıdır. Meşə və torf yanğınları əhali üçün təbiət və iqtiusadi nöqteyi nəzərdən çox təhlükəlidir. Meşə yanğınları əhalinin sağlamlığının pozulmasına. Onların əmlakının qəsəbələrin müəssələrin yanmasına bir çox ərazilərin tüstü ilə tutulmasına və nəqliyyatın hərəkətinin çətinliyinə gətirib çıxarır.
Meşənin hansı elementlərində yanğının yayılmasına görə meşə yanğınıarı aşağıdakı qruplara bölünür:
Dərin aşağıdan yanğınlar meşənin aşağı qatları 0,5 metr/dəq. sürətlə gedir əsasən torpağın aşağı qatları yerə tökülmüş quru ağacların, ağaclar gövdədən yanır.
Aşağıdan gedən yayılan yanğınlarda torpağın aşağı qatları yerə tökülmüş quru ağacları, öz-özünə bitən taxıllar iynə yarpaqlı bitkilər yanır. Küləkli hava olarsa bu yanğın daha da sürətlə 0,5-1 metr-dəq sürətlə yayılır. Aşağıdan gedən yanğın zamanı duman açıq boz rəngdə olur, yayılma sürəti küləyin sürətindən 6 dəfə az olur. Gecə vaxtı yanğının yayılma sürəti gündüzə nisbətən az olur. Əgər küləyin sürəti dəyişirsə yanğının formasını təyin etmək çətin olur. Belə halda ola bilər ki, yanğın meşədə olan insanların ətarfını bürüsün.
İri miqyaslı yanğınlar zamanı istiqamətlənmə ancaq aviasiya kəşfiyyatı ilə mümkündür. Aşağı səviyyəli yanğın zamanı ağacların çətirləri yarpaqları, xırda və iri budaqları yanır. Güclü külək zamanı aşağı səviyyəli yanğın pərdə şəkilli yanğına və sonra isə yüksək səviyyəli yanğına keçir.
Yüksək səviyyəli yanğından sonra ağaclıq demək olar ki, tamami ilə yanır, ancaq gövdələrin qalıqları qalır. Yüksək səviyyədə yayılan yanğın güclü külək zamanı əmələ gəlir, alov ağacların çətirlərındə sıçrayışla aşağı səviyyəli yanğına keçərək yayılır. Külək zamanı yanğın yanan budaqları, yanana digər xırda obyektləri apararaq əsas yanğından 100 metr kənarda yeni aşağı səviyyəli yanğınlar əmələ gətirir. Bəzən bu üsulla yanğını çaya tərəf ötürürlər ki, yanğının qarşısı alınsın. Alovun sıçraması zamanı alov çətirlər üzrə 15-20 km/saat sürətlə yayılır. Yüksək səviyyəli yanğını orta yayılma sürəti həmişə kiçik olur. Yüksək səviyyəli aşağı səviyyəli yanğının sıçraması və istiliyinin təsiri ilə baş verir. Alov külək istiqamətində qalxaraq bir neçə metr mıəsafədə ağacların çətirlərini qızdırır. Alovlanma zamanı bir çətir ani olaraq alovlanır, digər çətirlər ani olaraq alovlanır. Yüksək səviyyəli yanğın zamanı böyük istilik ayrılması baş verir, meyvələrin yanması və isti havanın yaranması ilə bir neçə metr diametri olan konvektiv kolonkalar əmələ gəlir. Onların giriş istiqaməti yanğının yaranma istiqaməti ilə üst-üstə düşür. Kolonkanın mərkəzində alovun 100-120 metr hündürlüyə qədər qalxa bilər. Yüksək səviyyəli yanğının tüstüsünü rəngi tünd olur.
Yeraltı yanğınlar torf torpaqlarının və ya 20 sm ölçüdə meşə döşəməsinin quruması nəticəsində baş verir. Torfun qalınlığına görə yanğın sutkada 1 neçə metrə qədər yayılır.Torf və meşə döşəmənin torpağın mineral təbəqəsinə qədər yanır. Torpaq meşə yanğınları aşağı səviyyəli yanğınların yaranmasını növbəti mərhələsidir. Yanğının 1-ci mərhələsində daha quru torf qatı ağacları yanır.
Sonra isə torf qatının qıfşəkilli yanması başlayır. Külək zamanı torfun və meşə döşəməsi yanmış hissəcikləri qonşu səhələrə düşür. Nəticədə torf torpaqlı sahənin aşağı səviyyədə yanmasına gətirib çıxarır.
Dostları ilə paylaş: |