Aztu “Sənaye ekologiyası və hft” kafedrası FÖVQƏladə hallarda idarəetmə giriş FÖVQƏladə hallarin aradan qaldirilmasinin


Təcrübədə yanğının söndürülməsi üçün aşağıdakı üsullardan istifadə olunur



Yüklə 310,32 Kb.
səhifə78/79
tarix02.01.2022
ölçüsü310,32 Kb.
#36308
1   ...   71   72   73   74   75   76   77   78   79
ders

Təcrübədə yanğının söndürülməsi üçün aşağıdakı üsullardan istifadə olunur.
1. Aşağı yanğının ətrafına torpağın tökülməsi.

2. Alovun yayıldığı sahələrə və yollara minerallaşdırılmış çəpərlərin çəkilməsi.

3. Yanğını su və yanğın söndürücü maddələr ilə söndürülməsi.

Torpağın tökülməsi və yanğının kənarlarına kimyəvi məhlulların tökülməsi ilə yanğının məhdudlaşdırılması işin yalnız birinci mərhələsidir. Məhdudlaşdırılmış yanğınlar o yanğınlardan hesab olunur ki, ətrafında yanğının qarşısını almaq məqsədi ilə hansı ki, minerallaşdırılmış çəpərlər çəkilir. Sonrakı mərhələdə fasiləsiz və dövri olraq gizlənmiş sahələrdən yanğının yenidən başlanmasının qarşısını almaq məqsədi ilə yoxlanış aparılmalıdır. Yanğının söndürülməsinin rəhbəri bütün hallarda qısa müddətdə sərəncamında olan qüvvələrin köməyi ilə və daha səmərəli üsullar tətbiq etməklə yanğının yayılmasının qarşısını almalıdır.

Meşə yanğınları zamanı ümümi rəhbərlik meşə müdirinin üzərinə düşür. Belə ki, yanğının söndürülməsi haqqında ilkin qərarın verilməsi və bu məqsədlə bütün güc və qüvvələrin səfərbərliyi onunu üzərinə düşür. Meşə yanğınları üzrə rəhbərlik kəşfiyyat nəticəsində alınan məlumatlardan və meşə yanğını ləğvetmə üzrə operativ plan sənədlərindən istifadə edərək yanğının müükün istiqamətlərdə inkişafını qiymətləndirməlidir. Bu o deməkdir ki, əhalini, obyektlərin təhlükə dərəcəsi, hansı yolların olamsı, su mənbələrindən istifadə, tələb olunan güc və qüvvələrin hesabı və s. haqqında məlumat olmalıdır.

Yanğının məhdudlaşdırılması və ləğvetməsi zamanı yanğın söndürülmənin rəhbəri iş icraçıları qarşısında məsələlər qoyur, yanğın söndürmə qrupları arasında əlaqə məsələlərini həll edir. Meşə yanğınlarının müxtəlif növlərinin ləğvedilməsi üzrə üsulların seçilməsi meşə yanğınlarının söndürülməsi üzrə verilən qərarlara əsasən seçilir. Ən mürəkkəb yanğınlar aşağı təbəqəli yanğınlardır. Yanğının gücü, ətrafa yayılma sürəti və digər göstəricilər relyefə, yanan materialların fərqinə görə təyin edilir. Yanğın ola bilər ki, yarpaq tökümü olan sahələrdə zəifləsin, ancaq digər sahələrdə, məsələn, küknar meşələrində güclənsin. Belə hallarda yanğın söndürmənin rəhbəri yanğının müxtəlif sahələrə yayılmasını nəzərə almaqla güc və qüvvələrdən istifadə etməklə müxtəlif üsullar

tətbiq etməlidir. Nəzərə almaq lazımdır ki, tələb olunana səviyyədə nəqliyyatın və suyun olduğu hallarda yanğının demək olar ki, bütün növlərinin qarşısını almaq olur. Ancaq minerallaşdırılmış sərhədlər qoymaqla, mexanikləşdirmə və partladıcı üsulladan istifadə etməklə çox geniş sahəli yanğınların qarşısını almaq olar. Bu zaman yanğının ətrafına müxtəlif minerallaşdırılmış sərhədlər qoyaraq, bunlar olmadıqda isə xüsusi torpaq emaledici silahlardan və partaldıcı materialladan və ya kimyəvi maddələrin məhlullarından istifadə etməklə sərhədlər qoyma üsulundan istifadə edilir. Sərhədlərin eni 0,3-0,5 m olur. Eyni zamanda yanğının qarşısını almaq üçün alov buraxma üsulundan da istifadə edilir. Bunun üçün xüsusi aparatlardan istifadə olunur. Alovun buraxılması yanğına qarşı o şəkildə aparılmalıdır ki, qarşıdan gələn alov aşağıdakı yanğının kənarları ilə görüşənə qədər zolağı keçsin. Yeni yanğının yaranma probleminin qarşısını almaq üçün bu işi ancaq üzrə təcrübəli yanğın söndürənlər aparsalar daha yaxşı olar. Yüksək səviyyəli yanğının qarşısı avtosistemlərdən su şırnağı vasitəsi ilə suyun vurulması yolu ilə alınır. Yanğın sahəsinin sərhədlərinə alov buraxmaqla yanğını söndürülməsi zamanı ola bilər ki, alov ağacların çətirlərinə keçib yüksəkdən gedən yanğın növünü əmələ gətirə bilər. Ona görə də bu sərhədlər cığırlar üzrə iynə yarpaqlı sahələr az olan sahədə və ya yüksək səviyyəli yanğının kənarında ağırlığın yaranmasını təmin edən məsafə qədər çəkilməlidir. Qaçan yüksək səviyyəli yanğının məhdudlaşdırılması yalnız yanğın sahəsində əlavə alovun verilməsi üsulu ilə əldə oluna bilər. Əlavə alovun verilməsi elə getməlidir ki, yanmış sərhədlər sıçrayış yanğınların uzunluğundan və sıçrama uzaqlığından kiçik olmasın, təxminən 100-200 m. Qaçan yüksək səviyyəli və sıçrayış şəkilli yanğın zamanı işçilərin təhlükəsizliyinə xüsusi diqqət etmək lazımdır. 6 m/s külək zamanı sıçrayışın uzunluğu 80/120 metrə qədər, bəzən daha çox ola bilər. Meşədə işləyən insanlar üçün yüksək səviyyəli yanğın zamanı bərk külək olarsa çox böyük təhlükə yarana bilər. Belə ki, bu zaman hava selinin yanana budaqların, meşənin digər elementlərinin təsiri ilə xal-xal şəkilli yanğın yaranır. Fırtına küləyi zamanı xal-xal yanğınların yayılma sürəti saatda bir neçə sot kilometrə qədər çata bilər. Bu halda işçilərin yanğının çevrəsinə düşmə təhlükəsi yaranır. Xal-xal şəkilli yanğınların qarşısını yalnız su və yanğının sərhədlərinə əlavə alovun verilməsi ilə almaq olar. Yanğının gündüz külək zamanı dayandırılması çətinlik yaradır, belə yanğının söndürülməsi işçilərin hıəyatı üçün çox təhlükəlidir. Bu yanğınlar zamanı meşə məişəti orqanalrına və yerli özüidarəetmə orqanlarına xəbərdarlıq edilməli, qəsəbələr və obyektlər təcili köçürülməlidir. xal-xal yanğının qarşısını almaq üçün plan hazırlanır. Külək zəifləyərsə yanğın zəifləyə bilər. bu zaman yanğının qarşısını almaq üçün yüksək səviyyəli yanğının söndürülməsi üsulundan istifadə etmək olar.

Dağlarda baş verən yanğının söndürülməsi xüsusi çətinlik yaradır. Belə ki, suyun 90-100 metr yüksəkliyə vurulması çətinlik yaradır. Bu yanğınların qarşısını almaq üçün kimyəvi məhlullardan partlayıcı kimi istifadə etmə üsulundan və yanğın sərhədlərinə alovun buraxılması üsularından istifadə etməklə almaq olar.

Bəzi hallarda əl alətlərindən (bel, toxa, dırmıq və s.) istifadə edilir. Yanğının üfüqi

xətt üzrə yayılma sürəti dik dönüşlərdə 5-10 dəfə arta bilər, bu isə işçilər üçün çox təhlükəlidir. Bu yanğınları döngələrdə 15 bucaq altında su şırnağı vasitəsi ilə söndürülür. Mamır bataqlıqlarında və tundrada yanğının qarşısını almaq üçün kimyəvi məhlullar ilə partlatma üsulundan və kolluqların ətrafına hissə-hissə alov vermə üsulundan istifadə edirlər. Çəmənlərdə. otlaqlarda. tundrada çox güclü yanğınların qarşısı xüsusi ləvazimatlardan və alətlərdən istifadə etməklə. hissə-hissə alov vermə üsulunu tətbiq etməklə alınır. Ən çətin yanğın söndürmə halları torf yanğınaları ilə düzəldilmiş torf yataqları qarışır. Bu yanğın zamanı həmin sahələrə su vurulur, sonra həmin sahənin üzərindəki ağac kökləri və kolluqlar balta və ya bel ilə təmizlənir. Bunu partladıcı maddələrdən və su ilə islatma üsulunda istifadə etməklə də əldə edirlər. Torf yanğınları çox böyük sahəni tutarsa və torf torpaqlarında yanğın olarsa bu yanğınların qarşısını yol açma və partladıcı maddələrdən istifadə və həmin hissələrə yerli su mənbələrindən su buraxmaqla almaq olar. Torf sahələrinə sərhədlərin qoyulması üçün xüsusi aqreqatlardan eyni zamanda yol açıcı qurğular, ekskavatoralrdan istifadə edilir.

Torf yanğınlarını söndürmək üçün eyni zamanda müxtəlif yanğın nasos stansiyalar yaratmaqla qarşısını almaq olar. Həmin stansiyalar suyu açıq su mənbələrindən magistral yolu ilə 2-4 avtomobili su ilə təmin etməklə, xüsusi açılmış yollarla verə bilərlər. Torf yanğınlarına söndürmək üçün su səpici maşınlardan, kənd təsərüfatı nasos stansiyalarından və s. istifadə olunur. Əksər hallada yanğınlar çox gec məlum olur, bu zaman artıq onun söndürülməli üçün çoxlu güc və qüvvələr məlum olur.


Yüklə 310,32 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin