Азярбайъан Енсиклопедийасы


ELEKTRİK QAYTANI (electric wire/fuse)



Yüklə 3,99 Mb.
səhifə158/809
tarix02.01.2022
ölçüsü3,99 Mb.
#1979
1   ...   154   155   156   157   158   159   160   161   ...   809
ELEKTRİK QAYTANI (electric wire/fuse) – Adi şəraitdə 220 V-a qədər gərginlikli məişət elektrik cihazlarını, həmçinin TV və radio aparatlarını şəbəkəyə qoşmaq üçün izolə edilmiş elastik məftil. E.q. 2 və ya 3 damarlı olur.

ELEKTRİK MÜHƏRRİKİ (electric engine) – Kinoçəkiliş aparatının lentötürmə mexanizmi və obtyuratoru hərəkətə gətirən, dəyişən, yaxud sabit cərəyan ilə işləyən qurğu. Bəzi kinoçəkiliş aparatlarında elektrik mühərrikinin əvəzinə yayımı qurulan mexanizm istifadə olunur.

ELEKTRİK RABİTƏSİ (electric wiring communication) – 1) Elektrik cərəyanı vasitəsilə informasiyanın müəyyən məsafəyə ötürülməsi; 2) Bu sahə ilə bağlı məsələləri öyrənməklə məşğul olan elm və texnika sahəsi. E.r.-nin əsas növləri teleqrafiya, fototeleqrafiya, telefon rabitəsi, radiorabitəTV-dir. E.r.-ndə məlumat bilavasitə naqillərlə yayılan elektrik siqnalları, yaxud radiosiqnallar vasitəsilə ötürülür.


Yüklə 3,99 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin