Азярбайъан Енсиклопедийасы


ƏLAVƏ MƏLUMAT (additional/extra/supplementary)



Yüklə 3,99 Mb.
səhifə184/809
tarix02.01.2022
ölçüsü3,99 Mb.
#1979
1   ...   180   181   182   183   184   185   186   187   ...   809
ƏLAVƏ MƏLUMAT (additional/extra/supplementary) – Məzmunca TV və ya radio yayımı siqnalının tərkibində ötürülən əsas teleradio proqramlarının məzmunu ilə birbaşa, yaxud ümumiyyətlə, bağlı olmayan hərfli, rəqəmli, qrafik, səsli və digər məlumat.

ƏLAVƏ RƏNGLƏR (complementary colors/complementaries) – Əsas rənglər – göy, yaşıl və qırmızı - ağ rəngədək əlavə: sarı, al qırmızı və mavi rənglərə malikdirlər.

ƏLDƏN ÇƏKİLİŞ (manual shooting) – TV çəkilişinin ştativsiz aparılması. Bu halda operator görüntüləri çiyninə qoyduğu kameradan qeydə alır. Ə.ç. üsulu operativ informasiya (hadisə) süjetlərinin çəkilişi zamanı tətbiq olunur.

ƏLDƏ SAXLANILMAQLA ÇƏKİLİŞ APARILAN KİNOAPARATLAR (minicam/hand held camera) – Sənədli, xronikal və elmi-kütləvi, son illər isə həm də TV filmlərinin istehsalında geniş istifadə edilən aparatlar. Bu növ aparatların ayrı-ayrı modelləri reportaj xassəli sinxron kinoçəkilişlərində də tətbiq olunur.


Yüklə 3,99 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin