KADRLAŞDIRMA (framing) – Filmin kadrının daha mənalı həlli üçün seçilən təsvir kəsiyi, rakurs, plan. K.-nı çəkilişə hazırlıq prosesində, yaxud çəkiliş zamanı operator həyata keçirir. Operator K. vasitəsilə tamaşaçının diqqətini hadisənin inkişafının müəyyən mərhələsindəki mühüm detallara və predmetlərə yönəldir. Buna görə də K. prosesində əvvəlki və sonrakı kadrlar mütləq nəzərə alınır.
KADR PƏNCƏRƏSİ (picture aperture) – Kinoproyektorun film kanalında kinolentə düşən işıq axınını məhdudlaşdıran müəyyən ölçülərə malik düzbucaqlı kəsik.