QARALTMA (blacken) – Effekt yaratmaq məqsədi ilə qaranlıq ekrandan görüntüyə və ya görüntüdən qaranlıq ekrana rəvan keçid üsulu. Q. üsulundan daha çox proqramın əvvəlində və axırında istifadə edilir – qaraltmadan işarmaq və qaraltmaya baş vurmaq kimi terminlər də buradan irəli gəlir. Q.-dan proqramın ortasında da istifadə edilə bilər. Bütün hallarda Q. vizual məlumatın fasiləsiz ardıcıllığının kəsilməsini xəbər verir. Materialı reklam fasiləsindən fərqləndirmək, hadisənin və ya epizodun sona çatdığını, hadisələr arasındakı zaman fasiləsini seyrçiyə bildirmək və s. üçün Q. üsulundan istifadə edilir.