TƏXƏYYÜL (imagination) – Xəyal gücü. Gerçəklikdən alınmış təəssüratın yenidən dəyişdirilməsi əsasında insan şüurunun yeni obrazlar yaratmaq qabiliyyəti
TƏXƏYYÜL (imagination) – Xəyal gücü. Gerçəklikdən alınmış təəssüratın yenidən dəyişdirilməsi əsasında insan şüurunun yeni obrazlar yaratmaq qabiliyyəti.
TƏDRİS FİLMİ (educational film) – Bax: T ə d r i s k i n o s u.
TƏDRİS KİNOSU (training/educational picture) – Elmi kinonövlərindən biri; tədris və təlim prosesində köməkçi vasitə kimi istifadə olunur. T.k.-na, adətən, məşğələ şəraitində tədris materialının qavranılması çətin olduqda müraciət edilir. Kinematoqrafiya sürətlə gedən prosesləri yavaşıdılmış üsulla nümayiş etdirməyə imkan verdiyi üçün T.k.-nda dəqiq izahı tələb olunan hadisələri yerli-yerində göstərmək, gözlə görünməyən prosesləri böyütmək, onların daxilinə nüfuz etmək, həmçinin ümumiləşdirmə və mücərrədlikləri multiplikasiya vasitəsilə əyaniləşdirmək olur.