TONFİLM (sound film) – Yalnız monofonik səsyazmadan ibarət kinolent.
TOPOLOGİYA (topology) – EHM-də elementlərin şəbəkəyə qoşulma konfiqurasiyası. T. şəbəkənin bir sıra vacib xarakteristikalarını, o cümlədən etibarlı işləməsini, məhsuldarlığını, dəyərini, mühafizə olunma qabiliyyətini və s. müəyyənləşdirir. Təsnifata görə, geniş yayılmış və ardıcıl tipli T. mövcuddur.