BETAKAM SX (Betacam SX) – Rəqəmli videoyazı formatı; SONY. İnformasiya daşıyıcısı kimi ½ dyümlü metal tozlu lentlərdən istifadə olunur. Videosiqnalı sıxma metodu – 10:1 təzyiq əmsallı 4:2:2 Studio Profile cihazı. Bu formatın avadanlığı materialı yerindəcə montaj etməyə və yüksək sürətlə, keyfiyyətə xələl gətirmədən ötürməyə imkan verir. B. SX avadanlığı Betacam və Betacam SP aparatlarına oxşardır. Birbaşa kameranın arxa panelində rəngi əks etdirmək qabiliyyəti B. SX formatının əsas üstünlüklərindən biridir.
BETAKAM SP (Betacam SP) – Metallaşdırılmış oksid lentindən istifadə imkanı olan videoyazılışın analoqlu komponent formatı; tərkibində zaman kodu, yoxlama cığırları və dörd səs kanalı olur. B. formatının daha təkmilləşmiş tipidir. SP abbreviaturasını (superior perfomance) hərfi mənada "əla xarakteristika" kimi tərcümə etmək olar. B. və B. SP formatlarının avadanlığı öz aralarındakı videosiqnallara görə tamamilə bir-birinə uyğundur. Hər ikisində eyni maqnit lentləri tipindən istifadə etmək olar. Lakin B. SP-də əldə olunan müsbət keyfiyyətləri adi B.-da almaq mümkün deyil. B.-a yazılmış təsvirləri B. SP-yə köçürdükdə keyfiyyət yaxşılaşmır. Bundan başqa, B. SP üçün iki ölçü tipində videokasetlərdən istifadə nəzərdə tutulur.