Азярбайъан Енсиклопедийасы


DİNLƏMƏ MÖVQEYİ (listening position)



Yüklə 3,99 Mb.
səhifə123/809
tarix02.01.2022
ölçüsü3,99 Mb.
#1979
1   ...   119   120   121   122   123   124   125   126   ...   809
DİNLƏMƏ MÖVQEYİ (listening position) – Bəzi televizorlarda ətraf (surround) kanala daxil edilən ləngitmə funksiyasının yerinə yetirilməsi.

DİPLOM (diploma) – Hər hansı verilişə, filmə, klipə, ümumiyyətlə, yaradıcılıq nailiyyətinə, uğura görə təqdim olunan mükafat, sənəd.

DİREKSİYA (management/board (of directors)) – Direktor başda olmaqla, müəssisədə, qurumda yayım və istehsalat bölümünün rəhbərliyi.

DİREKTİV (instructions/directives) – Yuxarı orqanın sərəncamı, rəhbər göstərişi, tapşırığı.

DİRİJOR (conductor/band master)Orkestri, xoru, opera və ya balet tamaşasının musiqi hissəsini idarə edən şəxs.

DİSHARMONİYA (disharmony/discordance) – Musiqi əsərində, yaxud verilişdə harmoniyanın pozulması, ahəngsizlik, uyumsuzluq, uyarsızlıq. Dağınıqlıq, yayğınlıq.

DİSK (disc) – İnformasiyanı yazmağa və canlandırmağa qabil olan materiallar təbəqəsi ilə örtülmüş dairəvi val formasında informasiya daşıyıcısı; yastı, girdə lövhə. Örtük tipindən asılı olaraq D.-lər lazer şüasının köməyi ilə informasiyanın yazılışı və hesablanması üçün nəzərdə tutulan maqnit, optik və səthin müvafiq sahələrini qızdırmaq yolu ilə məlumatları poza bilən, həmçinin yazılış və hesablama funksiyalarını yerinə yetirən maqnit-optik növlərə təsnif olunur. TV və radioda tamaşaların, kliplərin, musiqi nömrələrinin, yaxud çıxışların rəqəmli texnologiya ilə yazıldığı xüsusi vasitə.


Yüklə 3,99 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin