EKSPROMT (impromptu/off hand/extempore) – 1) Xüsusi hazırlıq olmadan; hazırlıqsız, deyildiyi, ifa olunduğu anda yaradılan əsər (müsahibə, şer, musiqi əsəri); improvizasiyaya əsaslanan iti, tez, hazırlıqsız danışıq, yaxud hərəkət; 2) Bədahətən, yaxud qabaqcadan düşünülmədən yazılan epiqram, madriqal, zarafat xarakterli kiçik şer; 3) Sərbəst formalı, iti templi, çox da böyük olmayan (adətən, instrumental) lirik əhvali-ruhiyyəli musiqi pyesi.
EKSTRAVAQANT (extravagant/eccentric) – Qeyri-adi, ümumi qəbul olunmuş adətlərə, normalara uyğun olmayan bir nüans. Yeni və orijinal olan fərqli estetik çalar.