ƏSAS İŞIQLANMA (main lighting) – Kameranın normal fəaliyyəti üçün zəruri olan işıq minimumu.
ƏSAS NÖQTƏLƏR (primary points) – Əsas optik oxun əsas müstəvilərlə kəsişmə nöqtələri.
ƏSAS RƏNGLƏR (primary/principle/primitive colors) – Göy, yaşıl və qırmızı. Rəngli təsvirlər alınmasının additiv (toplayıcı) qaydası zamanı elementar tərkib hissələridir.
ƏSAS RƏNG SİQNALI (solor-separation siqnal) – Rəngbölüşdürücü təsvir siqnalı.
ƏSAS SPONSOR (rarticipating sponsor) – Hər hansı proqramı, yaxud konkret studiyanın fəaliyyətini maliyyələşdirən, yaxud reklam məqsədi ilə teleproqram sifariş edən sponsor.
ƏYANİLİK (visuality) – Gerçəkliyin incəsənətdə müxtəlif təsviri-ifadə vasitələrinin köməyi ilə, təsvir olunan əşyanın və yaxud hadisənin real, konkret-hissi obrazının yaradılmasından ibarət olan və gözlə asanlıqla görünməsi mümkün olan bədii inikasının xüsusiyyəti.