HƏRƏKƏT (development) – 1) Ekranda, səhnədə hadisələrin və şəraitin vizual inkişafı; personajların öz aralarında və ətraf şəraitlə qarşılıqlı münasibəti; 2) Gerçəkliyin verilişdə doğru, düzgün inikası; həqiqilik xarakteristikası şeylərin özünə və onları dillə ifadə etməyin vasitələrinə deyil, məhz fikirlərə aiddir.
HƏRƏKƏTLƏ BÖYÜTMƏ (dollying in) – Telekameranın təsviri böyütməsi; hər hansı predmetin xırda, yaxud orta plandan iri plana gətirilməsi.
HƏRƏKƏTLİ ÇƏKİLİŞ (dollying) – Eyni çəkiliş daxilində (zamanında) kameranın müxtəlif yerdəyişmələri.
HİBRİD MONTAJ (hybrid editing)– Müxtəlif formatlara malik videomaqnitafonların bir-birinə calanması yolu ilə yaradılmış montaj komplekti. Məs., VHS və BETACAM tipli maqnitofonların bir pulta qoşularaq materialın (səs və təsvirin) birindən digərinə yazılmasını təmin edən (köçürülməsi, montajı) sistem H.m.-a nümunə ola bilər. H.m. istehsalat ehtiyaclarını ödəmək üçün yaradılır.