Азярбайъан Енсиклопедийасы


XROMATİK ABERRASİYA (chromatic aberration)



Yüklə 3,99 Mb.
səhifə241/809
tarix02.01.2022
ölçüsü3,99 Mb.
#1979
1   ...   237   238   239   240   241   242   243   244   ...   809
XROMATİK ABERRASİYA (chromatic aberration) – Qeyri-monoxromatik işıqdan istifadə zamanı əmələ gələn spesifik təsvir təhrifləri. X.a. təsvirin geniş spektrli dalğa uzunluqlu işıq dəstələri vasitəsilə formalaşdırılması zamanı əmələ gəlir.

XROMATİK RƏNG (chromatic color) – Qırmızı, sarı, yaşıl, göy və bunların müxtəlif rəng çalarları. İşıq dalğalarının müxtəlif birləşmə və təsirləri bütün X.r.-ləri fərqləndirən rəng tonu, açıqlıq doyumluluq xüsusiyyətlərini şərtləndirir.

XRONİKA (news item/news reel) – 1) Baş verən hadisələrin EE-də xronoloji ardıcıllıqla əks etdirilməsi; 2) Dövri mətbuatda, TVR-də, sənədli kinoda və s. cari hadisələr haqqında qısa məlumat, informasiya; 3) Ölkədə və dünyada baş vermiş hadisələrə həsr olunmuş sənədli film.

XRONOLOGİYA (chronicle) – Tarixi hadisələrin vaxt ardıcıllığı ilə yazılışı; hadisələrin baş verdiyi, yaxud sənədlərin yazıldığı vaxtın müəyyən ardıcıllıqla izlənməsi.


Yüklə 3,99 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin