İCTİMAİ BAXIŞ (public hearing) – Hər hansı ekran əsərinə kütləvi – mütəxəssislərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə baxış.
İCTİMAİ JURNALİSTİKA (publis journalism) – Ölkə vətəndaşları ilə birlikdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən problemlərin aşkarlanması və bu problemlərin həlli yollarını birgə axtarıb tapmaq. Bu məqsədlə qəzet, radiostansiya və TV kanalları müzakirələr və təkliflər üçün geniş meydan açır. Əsasən Qərbdə yayılmış İ.j.-ya münasibət birmənalı deyil. Çünki İ.j. jurnalistikanın cəmiyyətdəki rolu barədə mövcud təsəvvürlərdən kənara çıxır.