İLLÜZİYA (illusion) – Aldadıcı təsəvvür, yanılma; təhrif olunmuş qavrayış. Olmayan bir şeyi həqiqi kimi qəbul etmə; yanlış, səhv təsəvvür; xəyal. Məs., eyni bir cisim özündən böyük cisimlər arasında əslində olduğundan kiçik, əksinə, özündən kiçik cisimlər arasında böyük görünür. Bu qəbildən olan yanılmalar o qədər çox və müxtəlifdir ki, onları çətinliklə təsnif etmək olur.
İMİC (image) – Sifət, sima; reklamın müəyyən firma, mal və ya şəxsiyyət haqqında yaratdığı təəssürat; hər hansı ictimai-siyasi xadim, yaradıcı insan, sənət adamı, aktyor, teleaparıcı, biznesmen, müəssisə rəhbəri və s. haqqında onun özünün xarakterinin və digər komponentlərinin formalaşdırdığı ictimai rəy.