İMPULS TELEVİZİYA SİSTEMLƏRİ (pulse TV systems) – Sürətlə hərəkət edən və uçan obyektlərin təsvirlərinin hərəkətsiz kimi görünən ardıcıllığının dəyişdirilməsini həyata keçirir, hərəkətin ayrı-ayrı fazalarını tutub çəkir və arxayınlıqla (diqqətlə) baxmaq üçün müşahidəçiyə təqdim edir, ya da avtomatik sistemdə xüsusi vaxt rejimi tələb edən EHM-ə salır.
İNCƏSƏNƏT (art) – İctimai şüurun və insan fəaliyyətinin spesifik forması, gerçəkliyin bədii obrazlarda əks olunması, inikası, aləmin mənimsənilməsinin mühüm üsullarından biri.
İNDEKS (index) – Kompakt diskdə bir xətt içində müxtəlif bölümlərə ayrılmış mahnıların arasındakı bölmələri göstərən yer.