Азярбайъан Енсиклопедийасы


LİNZANIN OPTİK QÜVVƏSİ (lens optic force)



Yüklə 3,99 Mb.
səhifə411/809
tarix02.01.2022
ölçüsü3,99 Mb.
#1979
1   ...   407   408   409   410   411   412   413   414   ...   809
LİNZANIN OPTİK QÜVVƏSİ (lens optic force) – Linzadan keçən şüaların yayınma həddini müəyyən edən göstərici. Şüalar ilkin istiqamətindən nə qədər çox yayınarsa, optik qüvvə də bir o qədər böyük olar. Toplayıcı L.o.q. müsbət, yayıcı linzanınkı isə mənfi sayılır.

LİNZANIN YÜKSƏK NÖQTƏSİ (lens high point) – Linzanın səthinin baş optik oxla kəsişdiyi yer. Hər bir linza iki – ön və arxa zirvəyə malikdir. Zirvələr arasındakı məsafə linzanın qalınlığını müəyyən edir.

LİSENZİYA (licence)Xüsusi icazə, icra orqanlarının hər hansı fəaliyyətə verdiyi razılıq. 1) TV və radio yayımı üçün müvafiq icra strukturundan alınan rəsmi icazə; 2) Dövlət orqanlarının mal aparmaq və gətirmək üçün verdikləri icazə; həmin icazəni təsdiq edən sənəd; 3) Bir şeydən güzəştli və pulsuz istifadə etmə icazəsi; 4) İxtiradan istifadə üçün icazə.

LOQOTİP (logotype) – Şirkət, studiya, veriliş, proqram yazılışı. Bəzən L.-lər konkret simvola çevrilərək əmtəə nişanı kimi istifadə olunur.

LOKAL (local)Məhdud əraziyə, müəyyən yerə xas; qəbul olunmuş həddən kənara çıxmayan.


Yüklə 3,99 Mb.

Dostları ilə paylaş:
1   ...   407   408   409   410   411   412   413   414   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin