PRESS-RİLEYŞNZ (press-relations) –Şirkətin fəaliyyətinin mümkün qədər geniş əks etdirilməsinə nail olmaq üçün mətbuatla daimi əlaqə. «Pablik rileyşnz» sisteminə daxildir.
PRESTİJ (prestige/face/image) – Telekompaniyanın, yaxud bir proqram və ya aparıcının nüfuzu.
PREZENTASİYA (presentation) – Tanıtma. Diqqəti cəlb edən yeniliyin ictimaiyyətə təqdim olunması. Yeni təşkil olunmuş kompaniya və ya studiyanın, yaxud yeni çəkilmiş filmin, hazırlanmış verilişin, proqramın, klipin, kitabın və digər yaradıcılıq məhsullarının, bazara yeni daxil olmuş şirkətin, yeni yaranmış təşkilatın özünü təqdimetmə mərasimi. Məhsulun nümayişindən tutmuş teatr və konsert tamaşaları, furşet, auksionlar, attraksionlar və s. daxil olmaqla tədbirlər sistemi.