AUDİOMƏHDUDLAŞDIRICI (audio limiter) – Səs səviyyəsinin avtomatik tənzimlənməsi sistemlərindən biri; səs siqnalının maksimum səviyyəsini məhdudlaşdırır. Səsin səviyyəsinə operativ nəzarət mümkün olmadıqda videomaqnitofonlara və videokameralara səsin yazılışı zamanı tətbiq edilir.
AUDİOSİTUASİYA (audio situation)– EE-də musiqinin, küylərin və nitqin vəhdətindən yaranan və müəyyən semantikaya malik olan situasiya.
AUDİOREKLAM (audio advertisement) – Radio ilə yayımlanması nəzərdə tutulan reklam.
AUDİOVİDEOTREKİNQ (audio video tracking) – Fırlanan video və audio başlığın hərəkətinin dəqiqliyini izləyən və mikroprosessorların əsasında işləyən avtotrekinq sistemi. A. müxtəlif markadan (əsasən Hi-Fi-Stereo) olan cihazlarda tətbiq edilir.