Азярбайъан Енсиклопедийасы


AUDİOMƏHDUDLAŞDIRICI (audio limiter)



Yüklə 3,99 Mb.
səhifə54/809
tarix02.01.2022
ölçüsü3,99 Mb.
#1979
1   ...   50   51   52   53   54   55   56   57   ...   809
AUDİOMƏHDUDLAŞDIRICI (audio limiter) – Səs səviyyəsinin avtomatik tənzimlənməsi sistemlərindən biri; səs siqnalının maksimum səviyyəsini məhdudlaşdırır. Səsin səviyyəsinə operativ nəzarət mümkün olmadıqda videomaqnitofonlara və videokameralara səsin yazılışı zamanı tətbiq edilir.

AUDİOSİTUASİYA (audio situation) EE-də musiqinin, küylərin və nitqin vəhdətindən yaranan və müəyyən semantikaya malik olan situasiya.

AUDİOREKLAM (audio advertisement) – Radio ilə yayımlanması nəzərdə tutulan reklam.

AUDİOVİDEOTREKİNQ (audio video tracking) – Fırlanan video və audio başlığın hərəkətinin dəqiqliyini izləyən və mikroprosessorların əsasında işləyən avtotrekinq sistemi. A. müxtəlif markadan (əsasən Hi-Fi-Stereo) olan cihazlarda tətbiq edilir.

AUDİOVİZUAL (audiovisual) – Eyni zamanda bir şeyi göz və qulaqla hiss etmə, qavrama; vizual və səsli informasiyadan birgə istifadə; A. vasitələr klassik nümunə səsli filmlər, video, yaxud TV ola bilər. A. vasitələrdən çox vaxt təlim-tədris məqsədi ilə də istifadə olunur.


Yüklə 3,99 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin