AVADANLIQ (equipment/arrangement/machinery) – Çəkiliş, montaj və efir aparatlarının məcmusu; hər hansı studiyanın, laboratoriyanın, səyyar stansiyanın və ya iş bölməsinin istehsal və yayım vasitələrinin cəmi.
AVANZAL (avantsalle) – Ön zal, əsas zalın qarşısında olan otaq. A. teatr termini kimi TV tənqidində də işlədilir.
AVAZ (voice) – 1) Mətnin musiqi alətlərinin müşayiəti olmadan oxunması; 2) İnsana məxsus səs, oxuma yönü; 3) Kadrarxası mətnin oxunma tərzi, mətnin intonasiya çaları.
AVTOARAYICI SİSTEM (automatic sweepturn)– TV-də istənilən kanalı avtomatik olaraq tapan və ona qoşulan sistem. Pultdakı arama düyməsini basmaqla A.s.-i işə salmaq olar.
AVTOFİKSATOR (auto-lock) – Videokameralarda çəkilişdən öncə "A" düyməsini işə salmaqla gerçəkləşdirilən nizamlama üsulu. A. olduqda başqa (mexaniki) nizamlama üsuluna ehtiyac qalmır.