VİZUAL PUBLİSİSTİKA (visual publicism) – Bax: T e l e v i z i y a p u b l i s i s t i k a s ı.
VİZUAL SİTUASİYA (visual situation) – Ekranda kadrın məzmununun, montaj, kompozisiya və təsvirin dinamikasının yaratdığı situasiya; görüntünün yaratdığı gözlənilməz, qeyri-adi situasiya.
VOKAL (vocal music) – İfaçının oxuması üçün yazılmış musiqi; oxu sənəti.
VOKALİZ (vocalise) – Vokal musiqidə etüd növü, mətnsiz pyes; hər hansı bir saitdə (adətən, «a» saitində) oxunaraq səsin təsirliliyini və müğənninin texnikasını inkişaf etdirmək məqsədi daşıyır.
VOKAL SƏNƏTİ (vocal art)– Müğənninin oxuma ustalığına əsaslanan ifaçılıq növü. Vokal əsərlər solo, ansambl və xorla ifa edilir. V.s.-ndə xalq musiqisinin intonasiya, məqam və ritmik xüsusiyyətləri əksini tapmışdır. Milli V.s.-nin formalaşmasına dilin fonetik xüsusiyyətləri də bilavasitə təsir göstərir.