VUAL (NİQAB) (fog/foggant) – Kinolentin bütün səthini, yaxud təsvirin bir hissəsini dartan boz və ya bərabərölçülü rəngli təbəqə.
VURĞU (stress/accent) – Sözlərdəki hecalardan və cümlələrdəki sözlərdən birinin daha güclü və daha ucadan tələffüz edilməsi; TV və radioda mətn oxunuşu zamanı mənanı qüvvətləndirmək və fikri (informasiyanı) daha dəqiq çatdırmaq üçün istifadə olunan fonetik vasitə.
Y
YADDAŞ (memory) – 1) Elektron montaj prosesində istənilən təsviri müəyyən effekt almaq (yaxud işləmək) məqsədi ilə özündə saxlayan qurğu; 2) İşlənən informasiyaları, verilənləri və icra olunan proqramı kompüterdə yerləşdirən qurğu. Bu materiallar Y.-a daxiletmə qurğuları (DQ) vasitəsilə verilir. Y.-ın tutumu isə baytlarla (kilobayt, meqabayt, qiqabayt, terabayt) ölçülür. Mürəkkəb quruluşa malik olan kompüterin Y.-ı iyerarxik prinsiplə qurulur və müxtəlif tipli yaddaş qurğularından (YQ) ibarət olur. Funksional baxımdan yaddaş iki hissəyə bölünür: daxili və xarici. İşləmə sürəti çox, lakin tutumu az olan daxili Y. özü də iki hissədən – əməli yaddaş (ƏY) və daxili yaddaşdan (DY) ibarətdir. Daha böyük həcmdə informasiya saxlayan xarici Y.-ın (XY)əsas xüsusiyyəti budur ki, o, enerjidən asılı olmayan daşıyıcılarda (maqnit diskində, lentdə, kartda, optik diskdə və s.) qurulur. Xarici Y. işləmə prinsipinə görə iki cür olur: birbaşa müraciətli və ardıcıl müraciətli. Xarici Y.-ın işləmə sürəti aşağı olsa da, informasiya tutumu, demək olar ki, qeyri-məhduddur.