Азярбайъан Енсиклопедийасы


ÇOXKAMERALI VİDEOÇƏKİLİŞ (multicamera production)



Yüklə 3,99 Mb.
səhifə95/809
tarix02.01.2022
ölçüsü3,99 Mb.
#1979
1   ...   91   92   93   94   95   96   97   98   ...   809
ÇOXKAMERALI VİDEOÇƏKİLİŞ (multicamera production) – Çəkiliş məkanından asılı olmayaraq bir neçə kamera ilə gerçəkləşdirilən videoistehsalat.

ÇOXPLANLI FONLARIN ÇƏKİLİŞ MASASI (multiplan backgraound shot desk) –Multiplikasiyaların, titrlərin, fotomontajların çəkilişi üçün istifadə olunan qurğu. Aşağıda qurulan gündüz lampalarının üstündə müəyyən məsafədən süd kimi ağımtıl, yaxud tutqun şüşə və iki şəffaf şüşə təbəqəsi yerləşdirilir.

ÇOXSİQNALLI VİDİKON (multisignal vidicon) – Fotoelektrik dəyişdirici. Cihazın bilavasitə işığahəssas səthində işıq axınının məkana görə bölünməsini təsbit edən qurğu. Bu cür dəyişdiricilərin işləmə prinsipi təsvirin optik-elektron kodlaşdırılmasından istifadəyə əsaslanır. Bu zaman təsvir səthindəki işıq axınının spektral xassələri formalaşmaqda olan təsvir siqnalının spektral xarakteristikaları ilə zaman (yaxud tezlik) parametrləri arasında funksional əlaqəyə uyğun olaraq potensial relyefin məkanca paylaşdırılmasında əks olunur. Ç.v.-dan rəngli TV-nin tətbiqi sistemlərində, videojurnalistika sistemlərində, məişət videotexnikasında istifadə edilir.


Yüklə 3,99 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin