Азярбайъан Енсиклопедийасы


ÇEVRİLMİŞ PİRAMİDA (inverted pyramid)



Yüklə 3,99 Mb.
səhifə93/809
tarix02.01.2022
ölçüsü3,99 Mb.
#1979
1   ...   89   90   91   92   93   94   95   96   ...   809
ÇEVRİLMİŞ PİRAMİDA (inverted pyramid) – Amerika TVR jurnalistikası üçün xəbərin əvvəlində qısa, sonunda isə daha müfəssəl informasiyadan ibarət xəbərlərin strukturunun, yaxud "formulunun" ənənəvi ifadəsi. Ç.p. obrazı nəhəng zirvəli və nöqtəli dəyanətsiz, bünövrəli müvazinətsiz monoliti xatırlatdığına görə bu termin uğurlu sayılmır.

ÇƏKİLİŞ ÖLÇÜSÜ (shooting size) – Adamların və əşyaların görüntü çərçivəsinə görə böyüklük nisbətindən yaranan ölçülər.

ÇƏKİLİŞ TAXTASI (camerawork board/shooting board) – Hər hansı çəkilişin əvvəlində kadrları bir-birindən asanlıqla ayırmağı təmin etmək üçün üstündə nömrələr yazılmış xüsusi taxta lövhə.

ÇƏPİK (clapticks) – Kino və TV-də işlənən vizual işarə; sinxron çəkiliş (səslə təsvirin eyni vaxtda yazılması) zamanı başlanğıc nöqtəni tapmaq və danışanın artikulyasiyasını dəqiq müəyyənləşdirmək üçün kadrda istifadə olunan işarə növü. Sinxron montaj prosesi məhz Ç. səsi tapıldıqdan sonra başlanır. Səsli işarə kimi Ç.-dən epizodlar arasında keçid kimi də istifadə olunur.


Yüklə 3,99 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin