In this article it was tried to research of phonetics of Azerbaijan Language in
confrontation with the work "Divani Lugat-it-Turk" ("Divan of Turkish
language")
of Mahmud Kashgari. The reflection of vowel and consonant phonems
of our contemporary language in "Divani Lugat-it-Turk" were compared. So the
issues of existing phonemes and existing of long vowels in Azerbaijan language and
Filologiya məsələləri – №3, 2014
67
in "Divani Lugat-it-Turk" are highlighted. However, it is discovered that, the sound
of “e” existed in "Divani Lugat-it-Turk" and long vowels were not used. While
comparing consonants, it was clear that the sound of “dh” does not exist in
contemporary language, also, phonemes of “c” and “q” do not exist in "Divani
Lugat-it-Turk", also it was clear that the sound of “nq” (sagir nun) used as
independent phoneme in "Divani Lugat-it-Turk" used in only in western dialects.
Also, it was clear that in "Divani Lugat-it-Turk" sound replacements widespreaded
and strictly followed of vowel harmony in the result of reviewing some phonetic
laws and cases that were used in "Divani Lugat-it-Turk". Apart from this, it is
confirmed that some words that were used in "Divani Lugat-it-Turk" are changed
phonetically and used in our contemporary language.
Т.Мустафаева
Произведение Махмуда Кашкари «Дивани лугат ит тюрк» и фонетика
современного Азербайджанского языка
Резюме
В статье показана попытка исследования в сравнительной форме
фонетики современного Азербайджанского языка и фонетики произведения
Махмуда Кашгари «Дивани лугат ит тюрк». Здесь проводилось сравнение
отражения гласных и согласных фонем нашего современного языка в «Дивани
лугат ит тюрке». Так, наличие фонем, как в современном Азербайджанском
языке, так и в «Дивани лугат ит тюрке» коснулось вопроса существования
долгих гласных. Таким образом, стало известно о существовании в «Дивани
лугат ит тюрке» звука «е» и были использованы долгие гласные. А в
сравнении согласных – отсутствие в нашем современном языке, имеющегося
в «Дивани лугат ит тюрке» звука dh, и наоборот отсутствие в «Дивани лугат
ит тюрке» используемых в нашем современном языке фонем «с» и «q», а
также стало известно об использовании фонемы (nq), используемой в
«Дивани лугат ит тюрке» как независимой фонемы, только в западном
диалекте современного Азербайджанского языка. Здесь, также в результате
рассмотрения фонетических законов и процессов, отражающихся в «Дивани
лугат ит тюрке» стало известно о широком распространении замены звуков и
строгого подчинения сочетательному закону. Наряду со всем этим, было
закреплено использование в нашем современном языке некоторых звуков, ис-
пользуемых в «Дивани лугат ит тюрке», измененных в фонетическом плане.
Rəyçi: Mirvari İsmayılova
filologiya elmləri doktoru, professor
Filologiya məsələləri – №3, 2014
68
GÜLARƏ PƏNAHOVA
Sumqayıt Dövlət Universiteti
gulara.panahova@mail.ru
ŞİFAHİ NİTQİN İNKİŞAFININ AKTUAL PROBLEMLƏRİ
Açar sözlər: şifahi nitq, dil tədrisi, tədrisin yeni üsulları, söz ehtiyatı, psixoloji
problemlər.
Ключевые слова: устная речь, обучение языка, новые методы обучения,
словарный состав, психологические проблемы.
Key words: oral speech, language teaching, new methods of teaching, fund of
vocabulary, physiological problems.
İnsan nitqinin şifahi ifadəsinə şifahi nitq deyilir. Şifahi nitq məsələsi ingilis
dilinin tədrisində ən çətin və metodikada ən mübahisəli məsələlərdən biridir. Öl-
kəmizin xarici ölkələrlə sülh əlaqələrini möhkəmlətmək məqsədilə xarici dil
tədrisinin, ələxsus şifahi nitqin inkişafının xüsusi əhəmiyyəti vardır.
Qarşıya qoyulan yeni məqsədləri lazımınca həyata keçirmək üçün dil tədrisi
metodikasının istiqamətini şifahi nitqə yönəltmək lazımdır. Bu məqsədlər üçün
eksperimental iş aparmaq yeni-yeni üsullar tətbiq etmək məqsədəuyğundur.
Şifahi nitqin düzgün inkişaf etdirilməsi işində əsas məsələlərdən biri düzgün
tələffüz vərdişlərinin öyrədilməsidir. İngilis dilində şifahi nitqi inkişaf etdirmək üçün
daxil olan informasiyaların optimal dil materialları düzgün müəyyən edilməlidir. Şifahi
nitqin inkişafına başlamağın bəzi mübahisəli tərəfləri vardır. Belə ki, bir qrup metodist-
lər şifahi giriş kursu ilə başlamağı, digər bir qrup isə paralel olaraq yazı, oxu və şifahi
nitq aparmağı məsləhət görürlər. Əlbəttə, eyni dilin tədrisi zamanı müxtəlif fikirlərin
meydana çıxması işin düzgün həllinə mane olur.
Dil öyrənənlərin şifahi nitqinin inkişafı məsələsi çətin bir psixi-fizioloji
prosesdir. Onların baş-beynində olan dəyişikliklər siqnal sistemlərinin işlənməsi
məsələsi şifahi nitq zamanı nəzərə alınmalıdır. Şifahi nitq zamanı müəyyən ekstra-
linqivistik şərait yaranmalıdır ki, öyrənən danışa bilsin. Buraya yaranmış vəziyyət ,
situasiya, danışanın yaş və bilik səviyyəsini daxil etmək olar.
Şifahi nitq ikinci dil öyrənmənin və tədrisinin mühüm hissəsi olduğu
danılmazdır. Lakin onun əhəmiyyətinə baxmayaraq, çox illər şifahi nitqin tədrisi
lazımınca qiymətləndirilməmişdir və xarici dil, o cümlədən ingilis dili müəllimləri
şifahi nitqi təkrarlar və dialoqların əzbərlənməsi vasitəsilə tədris etmişlər.
Xarici dil öyrənənlərə aşağıdakı üsulları tövsiyə etmək olar:
1. Söz ehtiyatı.
2. Səs modellərini təqdim etmək.
3. Fikirləri mənalı və məntiqi ardıcıllıqla qurmaq.
4. Nitqin səlisliyini təmin edən amilləri aşılamaq.
Hal–hazırda bir çox mütəxəssislərin qeyd etdiyi kimi xarici dil öyrənənlərin
qarşısında duran əsas məqsəd tədris edilən dildən ünsiyyət vasitəsi kimi istifadə et-
mək bacarıqlarına yiyələnməkdir. Müxtəlif xarakterli tapşırıqların yerinə yetirilmə-
sində fəal iştirak etməyə cəlb etmək əsas şərtlərdən biridir. Belə fəaliyyət növlərin-
dən biri müzakirələrdir. Müzakirədə iştirak edən tələbələrə fikirlərini sərbəst şəkildə
Filologiya məsələləri – №3, 2014
69
demək təklif edilir. Bu zaman onlar mənimsənilməli olan leksik vahidlərə və qram-
matik strukturlardan istifadə etməyə yönəldilirlər.
Şifahi nitqin səmərəli şəkildə tədrisinə dair bəzi təkliflər:
1. Əməkdaşlıq, ikinci dili danışmaq üçün tələbələrə maksimal imkan
yaratmaq.
2. Auditoriyada müəllimin danışıq vaxtını azaltmaq, tələbələrin danışıq
vaxtını artırmaq.
3. Tələbələr danışarkən səhvlərini çox tez-tez düzəltməmək. Kənardan
müşahidə etmək, qeydlər götürmək. Səhvlər üzərində işləmək.
4. Düzəliş tələbəni nitqindən yayındırmamalıdır. Tələbələri daha çox
danışmağa təhrik etmək üçün belə suallar verilə bilər: “What do you mean? How
did you reach that conclusion?”
5. Tələbənin cavabına qiymət verərkən müsbət əlamətləri göstərmək. (1)
F.Ə.Seyidov şifahi nitqin inkişafı haqqında yazır: “Şifahi nitqə yiyələnmək
üçün ancaq sözləri bilmək kifayət deyil, şagird öyrəndiyi sözlərdən istifadə edib
cümlə qurmağı və bu sözləri cümlədə əlaqələndirməyi də bacarmalıdır. Təcrübədən
göründüyü kimi çox zaman dil öyrənənlər geniş söz ehtiyatına malik olmalarına
baxmayaraq, onlar öz fikirlərini xarici dildə sərbəst ifadə edə bilmirlər, yəni həmin
sözləri düzgün tələffüz etmir və onlardan cümlə qura bilmirlər. Buna görə də şifahi
nitq bacarıq və vərdişlərinə möhkəm yiyələndirmək üçün belə tədrisin ilk mərhələ-
sində fonetik, lüğət və qrammatika sahəsində verilən biliklər praktik məqsədə
yönəldilməli, bu biliklər şifahi nitq bacarıq və vərdişlərinə çevrilməlidir. Hər bir
müəllim buna həm dərsdə, həm də dərsdənkənar işlərin icrası zamanı nail ola
bilər”(2).
Doğurdan da söz və qayda bilmək hələ şifahi danışmalar üçün azdır. Bu sözlə-
rin, bu qaydaların ifadə tərzini öyrətmək çətin prosesdir. Bu prosesi düzgün öyrət-
mək üçün müəllim üsul və yollar axtarmalıdır. Şifahi nitqin düzgün inkişaf etdiril-
məsində psixoloji məsələlərə diqqət yetirmək lazımdır. А.Н.Соколов şifahi nitqin
inkişafında artikulyasiyaya xüsusi yer verərək yazır: “Xarici dildə səsin düzgün
artikulyasiya vərdişini yaratmadan həmin dildə danışmaq mümkün deyildir. Bu vər-
dişi yaratmadan öyrənən nəinki şifahi fəal nitqi, hətta oxuduğu mətni başa düşə bil-
məz (3).
Bu bir həqiqətdir ki, müəyyən informasiyaların verilməsində tələffüz mühüm
rol oynayır. Öz təbiəti etibarilə səslə nitq genetikaya əsasən birinci olur. Əvvəl
eşidilən səs əsasında söz yazıya çevrilir. Ona görə də şifahi nitq əvvəlcə eşitmə
vasitəsilə başlanmalıdır. Aparılmış eksperimentlər sübut etmişdir ki, oxudan şifahi
nitqə keçmək dili intensiv öyrətmək işinə maneçilik yaradır. Uzun illər şifahi nitqin
intensiv öyrədilməsi işi ilə məşğul olmuş S.B.Ablam dili praktik öyrətmək işində
şifahi nitqin inkişafını birinci dərəcəli iş hesab edir. O yazır: ”Müəllim öyrənənin
şifahi nitqini intensiv inkişaf etdirmək istəyirsə, o, bu işə aid xüsusi nitq çalışmaları,
dialoqlar hazırlamalı və onu şagirdlərə ifa etdirməlidir. Belə çalışma və dialoqlar
fəal nitqin yaranmasına köməklik göstərə bilər. Müasir dil metodistlərinin bir çoxla-
rı xarici dil materiallarını tədrisin ilk mərhələsindən başlayaraq intensiv öyrətməyi
məsləhət görürlər.
Filologiya məsələləri – №3, 2014
70
Psixoloqlar sübut etmişlər ki, nitq 2 cür olur: daxili nitq, xarici nitq. Daxili
nitq insan fikirləşən zaman təzahür edir. Həmin fikrin ifadəsinə isə xarici nitq de-
yilir. Məlumdur ki, şüur işləmədən nitq ifadə edilə bilməz. Nitq şüurun məhsuludur.
İngilis dili müəlliminin qarşısında duran mühüm problemlərdən biri də eşitmə
vasitəsi ilə dil öyrənəni şifahi nitqə alışdırmaqdır. Bu işi lazımı səviyyədə yerinə
yetirmək üçün onlara müəllim maraqlı hekayələr oxumalı məzmunu onlardan şifahi
soruşmalıdır. Şifahi nitqin inkişafında müasir metodlara üstünlük verilməlidir.
Audiolinqval metod müasir metod hesab olunur. Onun əsas xüsusiyyətləri :
1. Audiolinqval bacarığın-dinləyib anlama və danışığın inkişafı. Ona görə də
audio-linqval metod adlanır (audio lingual method).
2. Tərcümədən imtina olunur.
3. Qrammatikanın nümunələri əsasında tədrisi (by model, pattern, structures).
4. Əsil həyat ünsiyyət situasiyalarının geniş işlədilməsi.
5. Şifahi öyrənilmiş dil materialı əsasında oxu və yazının inkişaf etdirilməsi,
sonra yazılı nitq üçün səciyyəvi olan dil materialının öyrədilməsi. Məlumat almaq
üçün (oxu), məlumat vermək üçün (yazı).
Müasir ingilis dili söz sırasının əsas xüsusiyyəti ondan ibarətdir ki, o, rus və
Azərbaycan dilinə xas olan söz sırasına nisbətən xeyli sabitdir. İngilis dilində
sözlərin cümlədə sıralanması sabit olsa da dil öyrənənlər onu qarışdırırlar. Şifahi
danışıq zamanı cümlədə üzvlərin yeri düzgün olmadıqda nitq anlaşılmır. Müəllim
ilk dərslərdən başlayaraq öyrətməlidir ki, nəqli cümlədə əvvəl mübtəda sonra xəbər
və nəhayət ikinci dərəcəli cümlə üzvləri yerləşir: Məsələn: I have a brother. He has
an interesting book. My brother has a bag.
O.Musayev ingilis dilində söz sırasının şifahi nitq inkişafında olan rolundan
geniş bəhs edərək yazır: “Hər bir dildə olduğu kimi müasir ingilis dilinin söz sırası
vardır ki, bu da son nəticədə dilin sintaktik quruluşu deməkdir”. (4)
Bir çox alimlər (metodistlər) xarici dilin öyrənilməsində şifahi nitqin inkişa-
fında monoloji nitqə üstünlük verilir və qeyd edirlər ki, əgər dil öyrənən kəs oxudu-
ğunu nəql edə bilmirsə, demək başa düşməmişdir. M. Uestə görə nitq işin son mər-
hələsi kimi qiymətləndirilirdi. V.A.Şeqlova və B.Q.Skobin özlərinin “Şifahi nitqin
inkişafında nəqletmənin rolu” adlı vəsaitdə yazırlar; “Nəqletmə biliyin möhkəmlən-
məsində və şifahi nitqin inkişafında əsas vasitədir. (5)
Şifahi monoloq psixoloji cəhətdən bir növ yazılı nitqə yaxın olur. Bu fikrin
ifadəsi ilə müəyyən edilir. Dil öyrənən özündə fikirləşir bir mövzunu beynində həll
edir, onu yazıya da köçürə bilir. Dialoji nitq də şifahi nitqin inkişafına çox müsbət
təsir göstərir belə ki, istənilən qədər sual, cavab aparmaqla dialoqda iştirak edərkən
eşitmə yolu ilə fəallaşırlar.
Tədris müddəti 4 əsas “dərketmə termini” ilə bölüşdürülür.
1. Presentation dil materiallarının verilməsi və passiv dərk edilməsi;
2. Recognition- anlama və lakonik cavab vermə;
3. Repitition- təkrar, təqlid yolu ilə;
4. Reproduction- müəllimin suallarına cavab verməklə sərbəst danışmaq.
Son zamanlar xarici dil tədrisində əyani vəsaitlərdən istifadə məsələsinə diq-
qət daha da artmışdır. Görkəmli psixoloq B.V.Belyayev xarici dil tədrisinin psixolo-
giyası ilə uzun müddət məşğul olmuşdur. O, xarici dil tədrisində əyanilik məsələsi-
nə üstünlük verərək yazır: “Xarici dil tədrisini maraqlı edən əyanilikdən istifadə et-
Filologiya məsələləri – №3, 2014
71
mək özü də xüsusi məharət tələb edir. Əyaniliyi lazım olan zaman sinfə gətirmək
vacibdir. Hər yerdə, hər zaman əyanilikdən istifadə etmək dərsə mənfi təsir göstərə
bilər.” (6)
Aparılan müşahidələr sübut edir ki, ingilis dilinin tədrisinin bütün illərində
əyanilikdən səmərəli istifadə etmək yaxşı nəticə verir.
İngilis dili dərslərində əyaniliyin aşağıdakı növlərindən istifadə edilir.
a) Divar əyani vəsaitləri
b) Stolüstü əyani vəsaitləri
c) Ekran əyani vəsaitləri
a) Divar əyani vəsaitləri - əsasən cədvəllərdən və süjetli şəkillərdən ibarət
olur.
b) Stolüstü əyani vəsaitlər - müəllimin rəhbərliyi ilə partanın üzərində istifadə
edilir. Buraya əyani kartoçkalar, kiçik ölçülü əlifba kasassı, cürbəcür epilentlər
daxildir.
c) Ekran əyaniliyi - təlimin texniki vasitələrin köməyi ilə intensiv öyrətmədən
ibarətdir. Xarici dillərin tədrisində təlimin texniki vasitələrindən geniş istifadə
edilməsi qarşıya bir vəzifə kimi qoyulmuşdur.
Elm və texnikanın nəhəng addımlarla inkişafı, indi hər sahəyə müsbət təsir
göstərdiyi kimi, xarici dilin təliminə də, öz təsirini göstərmişdir. Tədris işini
intensivləşdirmək dərsi müasirləşdirmək məsələsindən danışarkən ilk növbədə müa-
sir vasitələrdən danışmalıyıq. Təlimin texniki vasitələri ilə uzun müddət məşğul
olmuş xarici dil metodisti prof.М.V.Lyaxovidski yazır: “Müəllim əməyini yüngül-
ləşdirən, şagirdlərin dərketməsini asanlaşdıran təlimin texniki vasitələri xarici dil
dərslərini də öz gözəlliyi ilə bəzəyir və maraqlı edir. Bu vasitələrdən indi istifadə
etməyən müəllimin dərsi çox sönük və maraqsız keçər. (7)
İngilis dilinin çətin tələffüz vərdişlərini linqafon kabineti, dil laboratoriyası
olmadan təsəvvür etmək çətindir. İngilis dilinin tədrisi işində böyük əhəmiyyəti
olan müasir üsullardan biri kompüter hesab edilir. Kompüterlər şifahi nitqin inkişa-
fında əvəzedilməz əhəmiyyətə malikdir. CD-disklərdən istifadə etməklə dərsi ma-
raqlı edə bilərik. Bu üsul nitq fəaliyyətini intensivləşdirən, gözəl və səlis danışmağa
şərait yaradır. Kompüter eşitmə və anlama bacarığını inkişaf etdirir. İngilis dilinin
öyrənilməsində əsas texniki vasitələrdən biri və başlıcasıdır, onun gücündən istifadə
edən ingilis dili müəllimi şifahi nitq sahəsində hər hansı bir uğur əldə edə bilər.
Video görüntülərlə də dilin inkişaf etdirilməsi yaxşı nəticə verə bilər, belə ki,
görmə yaddaşını inkişaf etdirmək üçün sadə bir üsuldur. İndi bir çox filmlər çəkil-
mişdir ki, bunlardan bütün fənlərin tədrisində istifadə etmək olar. Belə filmlər təbiət
təsvirlərinə, heyvanlar aləminə, şəhərlərə, uşaqların həyatına dair daha çox olur.
Müəllim bu film haqqında baxa-baxa özü ingilis dilində izahat verir. Bu iş bir neçə
dəfə təkrar edildikdən sonra, dil öyrənənlər kadrlara əsasən ingilis dilində öz bildik-
ləri qaydalara və lüğət ehtiyatına əsasən danışırlar. Texniki vasitələrdən istifadənin
bir üstün cəhəti də odur ki, müstəqil iş apararkən, evdə müəyyən çalışmanı yerinə
yetirərkən bunlardan istifadə etmək olar.
Filologiya məsələləri – №3, 2014
72
Ədəbiyyat
1. Ümummilli lider H.Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Xarici
dillərin tədrisinin aktual problemləri. ”Beynəlxalq elmi-praktiki konfransın
materialları. (Bakı, 6-7 may 2013-cü il), səh.65
2. F.Ə. Seyidov. Şagirdlərin şifahi nitqinin inkişaf etdirmə yolları, 1967., s.68
3. А.Н.Соколов. “Внутреняя речъ при изучении иностранных языков.
“Вопросы психологи” ,1960., cтр.62
4. O.İ.Musayev. Namizədlik dissertasiyası, 1960., səh.16-17
5. V.A.Şeqlova, B.Q.Skobin. Yuxarıda adı göstərilən əsər. M., 1963, səh.6
6. B.V.Belyayev. Xarici dil tədrisinə dair psixoloji oçerklər. M., 1969
7. М.В.Ляховидский. Технические средства в обучение иностранным языкам,
Киев, 1967
G.Panahova
Actual problems of the development of oral speech
Summary
In order to strengthen the peace relations among our country and foreign
countries it is of great importance to teach the foreign languages, especially the
development of oral speech. The problem of oral speech is one of the most difficult
thing in the teaching of the English language and the most questionable problem in
the method.
The article is devoted to some ways of teaching oral speech of the English
language. Different ways of developing the students’ dialogical speech skills, ma-
king up situations and questions by the help of audio-lingual and visual methods ha-
ve been analyzed in this article.
Г.Панахова
Актуальные проблемы в развитии устной речи
Резюме
Очень важна роль преподавания иностранного языка в укреплении
мирных связей нашей страны с зарубежными государствами. А развитие
устной речи имеет особое значение в этой области. Вопрос устной речи
является одним из самых сложных и спорных вопросов в методике.
Статья посвящена обучению устной речи английского языка, различным
способам развития навыков диалогической речи у студентов, составлению
ситуации и вопросов с помощью аудио-лингвиуальных и визуальных методов.
Rəyçi: Nigar Həsənova
filologiya üzrə fəlsəfə doktoru
Filologiya məsələləri – №3, 2014
73
SEVDA XƏLİLOVA
ADPU
sevda_azturk@hot/mail.com
ANTONİMLƏRİN ÜSLUBİ XÜSUSİYYƏTLƏRİ
Açar sözlər: antonim, vektorial antonim, qradiual antonim, konversiv, контекст,
üslub, антитеза
Ключевые слова: антоним, векториальный антоним, градуальный антоним,
конверсив, контекст, стилистика, антитеза
Key words: antonym, vectorial antonym, antonym a matter of degrees, conversion,
context, stylistic, antithesis.
Antonimlər son dövrlərə qədər yalnız leksik və leksik-qrammatik vahidlərin
qarşılaşdırılması zəminində öyrənilmişdir. Ümumiyyətlə sinonimlik, omonimlik və
antonimlik semantik kateqoriya kimi leksikologiyada sözlərin semantik qruplara
bölünməsi əsasında müəyyənləşdirilir. Antonimlərldə mənaya, omonimlərdə isə
məna və formaya görə müqayisə əsas götürülmüşdür. Omonimlərin təyini formanın
(eyni səs cildinin) nəzərə alınmasının vacibliyini üç semantik kateqoriyaya eyni
aspektdən yanaşma planına qismən ehtiyac yaratmışdır. Eyni səs tərkibinə malik ol-
mayıb yaxın məna və ya məna çalarları ilə fərqlənən sözlər sinonim adlandırılmış-
dır. Əslində tərifdə «müxtəlif səs cildi»nə maliklik əlaməti izafi sayıla bilər. Yəni
sinonimlər məna çaları ilə fərqlənən sözlərdir. Doğrudur, əlavə əlamət, yəni fərqli
səs cildi həm də polisemiya ilə sinonimliyi fərqləndirməyə xidmət göstərir. Anto-
nimlərdə əlavə əlamətin (eyniköklülük və fərqli köklülük) daxil edilməsi anlayışları
bir-birindən ayırmada heç bir əsaslı rol oynamır. Əvəzində antonimlərin təyini ilə
bağlı mübahisə doğurur. Bu məsələ antonim, omonim və sinonimlərin mətndə
funksionallığı, yəni mətndə işlənməsi cəhətlərinə də təsir göstərir.
Dedim: könül, içmə eşqin camını,
Içsən, dünya sənə dar olacaqdır. (Aşıq Ələsgər, 19)
Nələr gördüm, gəşt elədim dünyanı,
Hər bir işin qilü-qalı varıymış.
Yaxşı günün olurmuşsa yamanı,
Yaman günün yaxşı halı varıymış (Aşıq Ələsgər, 12)
Ələsgər, bilirsən qüdrətin sirrin,
Zülmətə işıq var, acıya şirin (Aşıq Ələsgər, 19)
Antonimlərin əsas üslubi funksiyaları əksliyi ifadə etmək, təbiət və sosial
hadisələri, insan xarakterini təzadlı təsvir etmək vasitəsi olmaqdır. Əksliklər, qar-
şılaşdırma mətnlərdə və eləcə də xüsusi sintaktik konstruksiyalarda – frazeologizm-
lərdə, zərb məsəllərdə və atalar sözlərində geniş istifadə olunur. Xalq deyimlərinin
məna tutumu, obrazlılığı, lakonikliyi çox zaman antonimlərə ifadəsini tapır. Klas-
Filologiya məsələləri – №3, 2014
74
siklərin, məşhur yazıçı və şairlərin əsərlərində yer alan qanadlı sözlərdə kifayət qə-
dər antonimlər işlənir.
Antonimlərin üslubi funksiyaları müxtəlif və rəngarəngdir. Bir sıra hallarda
antonimlər mətni təşkil edir, başqa hallarda əsər qəhrəmanlarının xarakterindəki
təzadlı məqamları açır, dəqiqləşdirici rol oynayırlar. Məsələn, içəri-çöl, sağ-sol, əv-
vəl-sonra kimi antonimlər mətndə zaman və məkan münasibətlərini aydınlaşdırır.
Zaman səciyyəli antonimlər hadisələrin ardıcıllığını təsvir etməkdə, zamanın müəy-
yən parametrlər üzrə qapanmasında, tamamlanmasında mühüm rol oynayır. Bədii
əsərdə müəllif eyni antonim cütünü müxtəlif məqamlarda ardıcıl işlətməklə təzadın
qabarıq, bir-biri ilə semantik bağlı, bir-birini tamamlayan mənzərəsini yaradır.
Məsələn,
Ürəyimin əsl yükü
sevinc imiş sən demə,
Kədərimin əsl kökü
sevinc imiş sən demə.
Kədərimi
çevirdim astar üzünə,
Sevincimi gördüm…(R.Rövşən səh.17)
Getdim,
o dünyaya dəydim, qayıtdım,
Getdim
qapısını döydüm, qayıtdım,
Gülə-gülə çıxdım dostlar üzünə,
Dostları
çevirdim astar üzünə,
Nə yaxşı ki, düşmən çıxan olmadı…(Ramiz Rövşən, 17)
Antonimlərin üslub funksiyalarını öyrənərkən çox zaman eyni bir qrammatik
və ya üslubi kateqoriyaya daxil olan sözlər qarşılaşdırılır. Bu zaman antonim cütün
tərkibindəki hər iki söz eyni kateqoriyaya aid olur. Məsələn, ingilis dilində truth-fib
sözləri antonim cüt yaratmır. Halbuki bu cütdəki sözlər əks anlayışları ifadə edir.
Truth sözü neytral üslubi laya aiddir, fib sözü isə slenq vahididir və başqa üslubi
kateqoriyaya mənsubdur.
Antonimlər bir çox üslubi fiqurların əsasında durur. Antonimlərin köməyi ilə
sözlərə xüsusi məna vermək, məntiqi vuruğunu aşkarlamaq olur. Cümlədə,
kontekstdə, mətndə leksik səviyyədə antonim olmayan sözlərin antonimliyi baş verə
bilər. Bir sıra sözlər kontekst daxilində antonimlik qazanır. Daha doğrusu, kontekst-
də antonimini tapır. Bu isə təzadın, ziddiyyətin, əksliyin mətn daxilində antonimlik
üçün yeganə göstərici olmadığını sübut edir.
Üslubi funksiyalar dil vasitələrinin mətndə qarşılıqlı təsiri və bu təsir nəti-
cəsində mətnin məzmunu ekspressiv, emosional, qiymətləndirmə və estetik in-
formasiyanın ötürülməsi ilə müəyyənləşir. Dil vasitələrinin üslubi funksiyalarına
praqmatik cəhəthdən yanaşıldıqda, müəllifin oxucuya təlqin etdiyi emosiya və mü-
nasibət, danışanın verilən məlumata, dinləyənə, hadisə və vəziyyətə münasibəti də
nəzərə alınır.
Filologiya məsələləri – №3, 2014
75
Üslubi funksiyaları reallaşdıran vasitələr oxucunun mətni təhrifsiz, düzgün
başa düşməsinə kömək edir. Antonimlər yüksək üslubi potensialı olan dil vasitələri-
dir. Antonimlər bir-biri ilə zidd mənalı sözlər cütü olduğundan onlar təzadlı mə-
qamların açılmasında, təzadlarla ötürülən məlumatı gücləndirməkdə, mətnin və fik-
rin ekspressivliyinin artırılmasında xüsusi rol oynayır.
Antonimlərin başqa bir xüsusiyyəti onlardan birinin istifadə olunması nəticə-
sində digərinin assosiativ canlanması ilə bağlıdır. Antonimlərin üslubi xüsusiyyətlə-
ri dilin estetik funksiyalarını yerinə yetirən müxtglif nitq fiqurlarında reallaşır. Bədii
dildə geniş yayılmış üslubi fiqurlardan biri antitezadır. Antiteza antonimlərin işlə-
nməsinə əsaslanır. Antiteza mahiyyətcə təzad təşkil edən söz obrazlarının qarşılaş-
dırılması üsludur. Bu üslub fiqurundan istifadə zamanı adlandırılan qarşılıqlı əks
anlayışlar bir kontekstdə qarşılaşdırılır.
Təzad semantik kateqoriyadır. Təzadlı fiqurlarda qarşılaşdıran zidd sözlərdən
biri fon rolunu oynayır və bu fonda işlənən digər sözün mənası daha aydın, daha
qabarıq dərk edilir.
Təzad bədii mətnin strukturunun təşkil və inkişaf etdirilməsinin kompozisiya-
nitq üsuludur (1, 200). Antiteza təzad fiqurudur. Antitezaya cəlb edilən bütün sözlər
bir-birinə qarşı qoyulur (2, 292). Antitezanın gücləndirilmə, intensivləşdirilmə üsul-
ları vardır. Antitezanın leksik ifadə vasitələri antonimlərdir. Antitezalar aforizm və
deyimlərdə, xalq yaradıcılığında geniş istifadə olunur.
Score twice before you cut once.
Desperate diseases call for desperate remedies.
Keep your mouth shut and your ears open (3, 5).
Antonimlər bədii mətndə canlı ifadə vasitələri kimi işlənir. Yazıçı, şair həyatı
təzadlarda görür. Belə təzadlar onun gerçəkliyi bir tam kimi dərk etməsi, götürməsi
və təsvir etməsidir. Əksliklər müxtəlif üslubi məqsədlərlə istifadə olunur. Həmin
məqsədlər sırasına keyfiyyətin son həddini göstərmək, təsəvvürü, obrazı gücləndir-
mək, ifadəni anktuallaşdırmaq, iki əks keyfiyyəti, halı, hərəkəti, təsdiqləmək, aralıq,
orta keyfiyyəti, xassəni bildirmək və s. bura daxildir. Eyni kontekstdə əks mənalı
sözləri qarşılaşdırmaqla ifadəlilik gücləndirilir.
«Yollar eniş-yoxuş,
bələn-bələndi,
Yollar
min ildir ki, gedib- gələndi,
Təzəydi, köhnəydi bilmədim,
Talada cığırlar qayiyələndi…» (M.Ismayıl, 23)
It was the masterful and incommunicable wisdom of etemity at the futility of
life and effort of life.
It moved with commengled mistrust and daring, cacitiosly observing the men.
Its attention fixed on the dogs.
What masterful treachery lurked behing that apparently harmless piese of
meat (C.London-Azı diş).
Antiteza əsər adlarında, publisist yazıların başlıqlarında çox istifadə olunur.
Filologiya məsələləri – №3, 2014
76
The Planeta Prize Occusations of Plagiarism (The New Yorker. 19.10.10).
Bir-biri ilə təzad təşkil edən, bir-biri ilə qarşılaşdırıla bilən predmetlərin inkar
edilməsi antiteziya əks üsuludur. Bu üsüldan istifadə zamanı müəyyən əlamətlərin
yoxluğunu daha ifadəli və canlı şəkildə ötürmək mümkündür.
No sun-no Moon!
No morn-no noon!
No-down- no dusk-
No proper time of day-
No sky -no earthly niew
No distance looking blue…(V.Oden)
Bu şerdə ardıcıl, oxşar, təkrarlanan inkar konstruksiyalarının sıralanması
payızın cansıxıcı mənzərəsini ifadəli şəkildə təsvir edir.
Antiteza müqayisə edilən anlayışların əksliyinə əsaslanan üslubi fiqurdur.
Antiteza sintaktik səviyyədə reallaşır. Antitezanı leksik əsası antonimlik, sintaktik
əsası isə paralelizmdir.
Antiteza qarşılaşdırılan və ya müqayisə edilən anlayışların məntiqi-məzmunu
səciyyəsi, konstruksiya tipi, əlaqənin varlığı və ya yoxluğu ilə gerçəkləşir (4, 69).
Antimetabola antonimliklə xiazmın birləşdirilməsindən alınan üslubi fiqurdur
(5, 43).
Antitezanın gücləndirilməsinin əsas iki üsulu vardır: 1)müxtəlif tipli
təkrarlar; 2)sintaktik paralelizm.
The Planeta Prize and Accusations of Plagiarism (The New Yorker, 19.10.10)
- prize - accusation.
Wrong carrot, wrong stick (Center for European Policy analysis, 20.12.10).
Müxtəlif tipli təkrarların köməyi ilə gücləndirilmə əsasında formalaşan
antiteza antimetabola adlandırılır. Antimetabola başlıqlarda geniş istifadə olunur.
Onlar publisistik və bədii mətnlərdə qeydə alınır. Müxtəlifsistemli dillərdə, o
cümlədən ingilis və Azərbaycan dillərində antimetabola üslubi fiqur kimi işləkdir.
Məsələn, Goodbye high finance. Hello family, fishing and folk songs (The
Observer, 13.09.09).
Antimetabola daha çox adresatın diqqətini cəlb etmək üçün istifadə edilir.
Onun ikinci funksiyası hadisənin kəskinliyini, gərginliyini qabartmaqdır.
Antonimlərin iştirakı ilə formalaşan sintaktik paralelizm antitezanı
gücləndirir, onu intensivləşdirir. Antitezanın iki kəmiyyət tipi vardır: 1)sadə;
2)mürəkkəb antiteza.
Iki və daha artıq antonim cütünün işlədilməsi ilə əmələ gələn antiteza
mürəkkəb antitezadır.
Teens calling less, texting more (USA Today, 14.10.10).
Əgər antitezada bir antonim cütü olarsa o, sadədir.
Losing Cobs, but Gaining a Planet (The New Yorker, 19.11.10).
Mürəkkəb antiteza ədəbiyyatda alloyzis və ya alloyza adlanır.
Antiteza sintaktik paralelizmə birləşdikdə onun mukabala adlandırılan növü
əmələ gəlir.
Transportation Slows Down from Cersey; Speeds up Toward Space (The New
Yorker, 16.10.10).
Filologiya məsələləri – №3, 2014
77
Antiteza daxili strukturuna görə də növlərə bölünür. Bu zaman antitezanın se-
mantik-morfoloci təhlili əsas götürülür. Bir köklü antitezalar ingilis dilində şəkilçi-
lərinin köməyi ilə əmələ gəlir. un-, dis-, mis - ( The spoken and unspoken word
(The New Yorker, 23.09.10))
Müxtəlifköklü antitezalarda antonim cüt formalaşdıran sözlər istifadə edilir.
Bu forma müxtəlifsistemli dillərdə özünü eyni şəkildə göstərir.
Big Problem, Small Package (Foreign Policy, 22.12.10).
Antitezanın növlərindən biri də sinkrizis adlandırılır. Sinkrizis iki simmetrik
cümlənin hər birində işlənən, antonim münasibətdə olan üzvlərlə yaranır (6, 268).
Marriage: Husbands Get Richer, Bachelors Get Screwed (Time, 20.01.10).
Qeyd etmək lazımdır ki, antonimlər əsasında yaranan amfiteza və akroteza
üslubi fiqurları da vardır. Bu üslubi fiqurlara münasibətdə fərqli fikirlər irəli
sürülür. Məsələn, T.Xazaqerov onları antitezanın növləri, L.Vvedenskaya isə
müsqətil üslubi fiqur hesab edir (6; 7).
Amfiteza tamı onun qütblərinə istinadla təsvir etmək üçün istifadə olunan
üslubi fiqurdur. Belə üslubi fiqurun yaranmasında tamamlama prinsipi əsasdır. Elə
antonim cütlər vardır ki, onlar müəyyən semantika üzrə bir-birinin tamamlayır. An-
tonim cütdəki iki söz bir yerdə tam təşkil edir. Amfitezanın komponenitləri tamın
mövcudluğunu səciyyələndirən vahidlər kimi çıxış edir (7. 206).
From top to bottom, how corruption infects Russia (The Independent,
3.12.10).
Akroteza antonimlə təsdiqi gücləndirmək üçün istifadə olunur. Məsələn, zəif
yox, güclü…
Awards, but No Charges, in Russia Cail-Death Probe (The Wall Street Jour-
nal, 11.11.10).
Antitezada isim, sifət, fel, zərf iştirak edir.
Mandelson: saviour or nemesis? (GQ, 29.05.10));
Wiki leak's Russian Cables: Bad for the Reset, Good for Putin? (Time,
02.12.10);
WTO to help Russia's image, hurt its manufacturers (Reuters, 16.12.10));
START soon, but not yet (The National Interest, 01.11.10)).
Antiteza qarşılaşdırılmasının əsas struktur tiplərindən biri sadə genişlənmiş cüm-
lələr, bağlayıcısız tabesiz mürəkkəb cümlələr, mürəkkəb genişlənmiş cümlələrdir.
Russia acts like a foe, but needs us as a friend (The Times, 23.12.10));
«Deficit Denial» Ends, Tram Service Resumes (The New Yorker,1.12.10);
US banks to post rise in profits, but investment income slumps (The Indepen-
dent, 17.10.10)).
Antiteza yalnız struktur-semantik baxımdan deyil, həm də mətnin üslubi və
kompozisiya təşkili cəhətdən də əhəmiyyət daşıyır. Nitq qarşılaşdırılmasının əsas
tipləri kimi bu zaman leksik, qrammatik və kompozisiya elementləri çıxış edir və
onlar mətnin bütün səviyyələrdə təşkilində istifadə olunur.
Publisistikada antiteza diqqətin cəlb edilməsi, problemin hərtərəfli nəzərdən
keçirilməsi, aktual olanın daha dərindən dərk edilməsi üçün istifadə olunur.
Publisistikada başlıq yazının oxunmasında və ya oxunmamasında həlledici rol
oynayır.
Filologiya məsələləri – №3, 2014
78
Başlıq mətn haqqında ilkin, vacib informasiyanı ötürür. Başlıq emosional ça-
lar daşıyır, oxucuda maraq oyadır, onun diqqətini cəlb edir. Başlıq antiteza əsasında
qurulduqda onun təsir dərəcəsi güclənir.
Antiteza başlıqların bir sıra növlərində çox istifadə olunur. Başlıq-sual, başlıq-
intriqa, başlıq-xronika, başlıq-rezüme formalarında antiteza daha çox rast gəlinir.
Is your dog's bowl half full or empty? How to tell a pessimist pet from an
optimist (Daily Mail, 12.10.10).
The ugly truth about the beautiful game (The Independent, 03.06.10).
«Deficit Denial» Ends, Tram Service Resumes (The New Yorker, 01.12.10).
Obama's double-or-nothing moment in the Middle East (The Washington
Post, 12.08.10).
Antonimlik oksümoron üslubi fiqurunda istifadə olunur. Bu fiqurun mahiyyəti
əksmənalı sözlərin birləşdirilməsi və ya qarşılaşdırılması təşkil edir. Məsələn. Ölü
canlar.
Yetər, qocalıqdan gənclik istəmə
Sevənlər payızda, qışa bürünməz.
Əsl güllər ilə kağız güllərin
Uzaqdan baxmaqla fərqi bilinməz. (N.Kəsəmənli)
Oksimoron başlıq və adlarda çox istifadə olunur. Antonimlik hadisəsi oksi-
moron üslubi fiqurunun da nüvəsini təşkil edir. Bu zaman əks sözlər birləşərək yeni
anlayış əmələ gətirir.
And faith unfaitful kept him falsely true (A.Tenngson)
Ingilis poeziyasında oksimoron XVI əsrdə E.Spenserin şerlərində geniş yer
almışdır.
And painful pleasure turns to pleasing pain.
V.Odenin şerlərində də bu üslubi fiqura müraciət edilmişdir.
With the farming of a verse
Make a vineyard of the curze
Sing of human unsiccess
In a rapture of distress. Burada a rapture of distress oksimorondur. Leksik
birləşmənin pozulması təzadlı semantik qarşılaşdırma yaradır. Rapture…distress
ümumi semə malik olduğu kimi, eyni zamanda əkslik semi yaradır. Hər iki söz
yüksək emosional gərginliklə səciyyələnir. Birinci halda bu, heyrət və fərəhlə
bağlıdırsa. Ikinci tərəf üçün dərd və bədbəxtliklə əlaqələnir. Hər iki söz bir-birinə
maksimum zidd olan emosiyaları ifadə etməklə bir-birinə yanaşır.
Antifrazis antonimlərin istehzalı çalar məqsədi yaratmaq üçün istifadə edildiyi
üslubi fiqurdur.
Danışıq dilində işlənən terribly smart, awfully beautiful tipli oksimoronlarda
birinci komponentin leksik denotativ mənasını itirib ekspressivliyi gücləndirmə
vasitəsinə çevrildiyinə görə semantik uzlaşma olmur (8, 1).
Məntiqi və leksik əksliklərin qarşılaşdırılması üslubiyyatda təsirli vasitələrdən
biridir. Bu vasitələr oxucunun ziddiyyətli, təzadlı hadisələri qavramasına kömək
edir.
Filologiya məsələləri – №3, 2014
79
Antonimlərin üslubi funksiyaları təzadın ifadəsi ilə məhdudlaşmır. Bu
vasitələr bir halda mətni struktur təşkil edir, başqa halda əsərin qəhrəmanlarının
xarakterini açır, üçüncü halda dəqiqləşdirici funksiyanı yerinə yetirir. Mətndə
inside-outside, right-left məkan münasibətlərini ifadə edir. Zaman mənalı
antonimlər hadisələrin ardıcıllığını bildirir: at the begining -in the end.
Qəhrəmanların xarakterini açarkən keyfiyyətcə əks anlayışlardan istifadə
olunur. Dost-düşmən, kasıb-varlı.
Əks hadisələrin başlanğıcının bildirən antonimlər daha geniş dairəni əhatə
etməyə imkan verir.
It was the best of times, it was the warst of times, it was the age of wisdom, it
was the age of fodishness, we had everything before us, we had nothing before us…
(Diccens. A tale of Two Cities).
Bəzi antonim cütlər nitqdə leksik birləşmə kimi, istifadə olunurlar. Məsələn,
uşaq da, gənc də, böyük də, balaca da, tez ya gec və s. Onların nitqə işlənməsi nitq
konnotasiyası yaradır. Nitq antonimlərinin qarşılaşdırılması zamanı bəzən istehza
çaları əmələ gəlir.
Where it the begining of that end by which the beginning ends?
Antonimlərin bədii mətndə üslubi məqsədlə istifadə olunması yalnız antonim
cütə daxil olan hər iki sözün mətnə gətirilməsində özünü göstərmir. Bəzən antonim
cütün bir elementini işlətməklə üslubi funksionallıq əmələ gəlir. Antonimlərin
mətndə istifadə olunması üslubi motivləşməlidir.
Beləliklə, antonimlərin üslubi funksiyalarının rəngarəng və müxtəlif olması
aydınlaşır. Antonimlər əksliyi ifadə edir, hadisələrin zidd mahiyyətini açır, onların
danışıqda işlənməsi ifadəliliyi, obrazlılığı, emosionallığı gücləndirir. Antonimlərin
qarşılaşdırılması əsərin qəhrəmanlarının xarakterini açır, mətni təşkil edir, hadisələr
ardıcıllığını, məkan və zaman miqyasını göstərir.
Ədəbiyyat
1. Караулов Ю.Н. Русский язык. Энциклопедия.-Москва, 1999
2. Гальперин И.Р. Стилистика английского языка. Москва, 1981
3. Crystal D, Devy D. Investigating English Style. London 1989
4. Бахтин М.М. Вопросы стилистики на уроках русского языка в
школе//русская словесность. 1994, №2.
5. Кожина М.Н. Стилистика русского языка. Москва, 1993
6. Хазагеров Т.Г. Общая риторика. Словарь риторических приемов. – Ростов-
на-Дону, 1999.
7. Введенская Л.А. Стилистические фигуры, основанные на антонимах //
Краткие очерки по русскому языку.– Курск, 1966. – Вып. 2.
8. Арнольд И.В. Стилистика современный английский язык. Москва:
Флинта, 2002
Filologiya məsələləri – №3, 2014
80
Севда Халилова
Стилистические особенности антонимов
Резюме
В статье рассматриваются вопросы употребления антонимов в литера-
турной и публицистических стилях, анализируются способы возникновения
таких стилистических фигур, как антитеза и ее различные виды, а также
оксюморон и хиазм. Уточняются роль стилистических фигур в организации
текста на материале английского и азербайджанских языков. В ходе исследо-
вания была выявлена, что употребление антонимов раскрывает сущность
контрастных отношении между предметами и явлениями. Оппозиция слов
составлявщая антонимичная пара дает возможность более глубокому
проникновении во внутренний мир героев, обеспечивает эмоционально-
экспрессивность, выразительность, а также образность речи.
Dostları ilə paylaş: |