3. Dabya kəndi (bu kənd Zabya da adlanır) Kadiriye kəndinin 3 kilometr Güneyindədir. Kəndin Doğusunda əl Rezzaniyye Türkman kəndi, Güneyində Selukiye Ərəb kəndi, Batısında Ahmediye Türkman kəndi yerləşir. Kənd vulkanik ərazidə tikildiyindən evlərin divarları vulkanik daşlardan, damları isə bişmiş kərpiç, kirəmit və sementdəndir. Kənd Roma yaşayış məskəninin xarabalığı üzərində tikilib.