Aymən bəy: - Dini İslam İnstitutunda Ərəbcə təhsil almışam. İndi оrada охutmanam. İşim əlyazma kitabları öyrənməkdir. Ərəbcə əlyazmalardakı Türklərin böyük alimlərinin tərcümеyi-halını çıхarıb bir kitab halında çap еdəcəyəm.
Əli Şamil: - Aymən bəy, bayaq çоcuqlarınızın Türkmanca bildiyini söylədiniz. Dеmək, еvlərdə analarınız hələ də çоcuqlara ninni, layla dеyir. Yəqin ki, tоylarda, şənliklərdə də ana dilində mahnılar охuyursunuz. Оnlardan yadınızda qalanı varmı?
Aymən bəy: - Nəinki tоylarda, şənliklərdə, bir iş görəndə də öz-özümüzə zümzümə еdirik. Çöldə-bayırda tək оlanda gur səslə охuyuruq. Danışanda çохlu məsəllər işlədirik. Bizdə dеyərlər, “Bоş laf qarın dоyurmaz”, “Yоrğanınca ayağını sоn”, “Aldığın abdəst ürkütdüyün qurbağaya dəyməz”.
Babam aydır, mən хatırlayıram, - dеyərək Aymən bəy Yunis İmrənin “Allah dеyu-dеyu” şеirindən bir nеçə bənd söylədi. Başqa şеr və mahnıların yadından çıхdığını bildirdi.
Aşqabaddan geri döndükdən sonra Azərbaycan radiosunda hazırladığım “Qonaq eldən gələr” proqramında Colan Türkləri haqqında hazırladığım verilişdə İbrahim Saleh və Aymən Şabaninin diktafona yazdığım səslərindən də istifadə etdim. Radio verilişini dinləyən İsmayıl Umudlu məndən onun çalışdığı “Ayna” qəzetinə Colan Türkmanları haqqında məqalə yazmağımı istədi. Mən onun tapşırığını yerinə yetirdim və yazdığım “Colan Türkləri - qarabağlıların tale qardaşları” məqaləm “Ayna” qəzetinin 2002-ci il iyunun 28-də çap olunan 25-ci (667) sayının 9-cu səhifəsində nəşr edildi.
Bakı Dövlət Universitetinin professoru, filologiya elmlər doktoru Vaqif Sultanlı da nəşr etdiyi “Filoloji araşdırmalar” elmi jurnalı üçün “Colan Türkmanlarının folkloru və ədəbiyyatı” mövzusunda məqalə yazmağı sifariş verdi. Onun sifarişi ilə yazdığım “Colan Türklərinin folkloru” məqaləsi də “Filoloji araşdırmalar” jurnalının 2002-ci il 16-cı sayının 43-51-ci səhifələrində çap olundu. Həmin məqalə üzərində yenidən işləyib 2003-cü ildə AMEA Folklor İnstitunun “Dədə Qorqud” jurnalına təqdim etsəm də, baş redaktor “İsrail-Azərbaycan münasibətlərinə xələl gətirər” iddası ilə çap etmədi.
Azərbaycandan gedib Suriyada təhsil alan gənclərin ikisi ilə tanış idim. Onlara İbrahim Saleh və Aymən Şabaninin məndə olan ünvanlarını və telefon nömrələrini verdim. Xahiş etdim ki, görüşsünlər və onlardan vəd etdikləri folklor materiallarını, Colan Türkmanları ilə bağlı kitablar, məqalələr varsa onları alıb gətirsinlər. Azərbaycanlı gənclərdən biri yay tətilinə gələndə məni gördü. Dedi ki, İbrahim Salehin telefonu cavab vermədi. Sonralar oxuduğum bir məqalədə yazılmışdı: “Türkmanlar İslamiyeti unutmamaları için ilahiyat fakültelerinde eğitim alıyorlardı. Fakat mazun olduklarından itibaren, Türkmanların gelişmemesi için Esat istihbarat örgütü, bu hocaları baskı altında tutuyorlardı ve tehdid ediyorlardı. Bunun açık göstergesi Suriyede ve İslam aleminde tanınan Türkman din alimi Memduh Jolhanın bu örgüt tarafından öldürülmesidir” (Komurcu Riad, 2014:42).
Aymən Şabanini isə çox çətinliklə də olsa, bir neçə dəfə zəng vurduqdan sonra Türkmanların məscidində gördüm. Ondan İbrahim Salehi xəbər aldım. Qeyri-muəyyən cavab verdi. Bilmədim həbs olunub, yoxsa nəzarət altındadır. Aymən Şabani də sizə salam söylədi, vəd verdi, amma nə kitab, nə də folklor nümunələri verdi.
Həmin gənc bir də onu bildirdi ki, Aymən Şabani deyəsən düz adam deyil. Mən onunla görüşəndən sonra Suriyanın xüsusi xidmət orqanları mənə diqqəti artırdılar, bir neçə dəfə söhbətə tutdular. Ondan sonra bir daha Aymən Şabaniyə zəng vurmadım.
Aşqabatda görüşəndən sonra bir neçə dəfə mən də Dəməşqə (Şama) İbrahim Salehə və Aymən Şabaniə zəng vurdu. İbrahim Salehin telefonu susurdu. Aymən Şabani isə mehriban danışsa da, nə dəvətlərimi qəbil edib uluslararası toplantılara gəlirdi, nə də folklor materialı, Türkmanlarla bağlı kitablar, məqalələr, əlyazmaları göndərirdi.
Hişam Şabani ilə tanış olduqdan sonra ondan bir neçə dəfə Aymən Şabanini xəbər aldım. Əmizadə olduqlarını bildirsə də, haqqında yaxşı fikir söyləmədi.
Suriya Türkmanları ilə bağlı bilgilər toplayıb soydaşlarıma çatdırmaq üçün müxtəlif yollar axtarırdıq. İstər mənim, istərsə jurnalist və alim dostlarımızın məqsədi Azərbaycan ictimaiyyətinin diqqətini bu mövzuya yönəltmək idi. Lakin istədiyimizə nail ola bilmədik.
Colan Türkləri mövzusunda hazırladığım veriliş və məqalələr Türkiyədəki elmi dairələrin diqqətini çəlb etmişdi. Məqalələrimlə tanış olan Avrasiya Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Yaşar Kalafat iki məqaləm üzərində yenidən işləyib ona verməmi tapşırdı. Mən də onun tapşırığını yerinə yetirdim. Məqalələr “Colan Türklerinin kaderi” və “Azerbaycan ve azerbaycanlılar meselesi” adı ilə “21.Yüzyılda Türk Dünyası Jeopolitiği” toplusunda (Müzaffer Özdağa Armağan. Derleyenler: Prof. Dr. Ü. Özdağ, Dr. Y.Kalafat, M.S.Erol. III Cilt. Avrasya Stratejik Araştırmalar Merkezi Yayınları. Ankara, 2003, səh.139-145 və səh.183-192) çap olundu. Görünür, bu məqalə Türkiyədə daha çox diqqəti çəkdi. Mətbuatda, radio və televiziyada Colanla bağlı maraqlı yazılar və verilişlər hazırlandı. Avrasiya Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ümid Özdağ da, Yaşar Kalafat da sonralar yazdıqları məqalələrdə mənim yazılarımdan sitat verdilər, qaynaq göstərdilər. Türkiyədə bir neçə müəllif də Colan Türkmanları mövzusunda məqalələr yazdı.
Azərbaycanda da millətsevər qələm sahibi İdris Heydərov Suriyaya gedərək orada yaşayan Türkmanlar haqqında televiziya verilişi hazırladı.
Dostları ilə paylaş: |