Азярбайъан милли елмляр академийасы



Yüklə 4,55 Mb.
səhifə38/50
tarix02.01.2022
ölçüsü4,55 Mb.
#2782
1   ...   34   35   36   37   38   39   40   41   ...   50
SURİYA BU GÜN
Üç ilə yaxındır ki, dünyanın ən məşhur televiziya kanal­ları, radioları, qəzet və jurnalları az qala hər gün Suriyada gedən döyüşlərdən söz açır. Azərbaycan radio-televiziyası, qəzetləri də mövzunu gündəmdə saxlayır. Nə yazıq ki, onların yazıları ilə Gürcüstan, Ermənistan, Avropa ölkələrinin media­sının ya­zıları o qədər də seçilmir. Yəni Suriyadakı Türkman­ların taleyi gündəmə gətirilmir, Azərbaycan oxucusuna, dinlə­yicisinə, ta­ma­şaçısına çatdırılmır. Ara-sıra verilən yazılara hökümət də, siyası partiyalar da, ictimai təşkilatlar da ciddi reaksiya vermir.

Suriyada 2011-ci ilin yanvarında Bəşər Əsəd rejiminə qarşı başlayan etiraz dalğası getdikcə gücləndi. Martın 18-də Deradakı üsyan Bəşər Əsəd rejimin lərzəyə saldı. Artıq aprel ayının sonlarından hökümət etiraz dalğasını əsgəri güc və ağır silahlarla yatırmağa girişdi.

Ölkə daxilindəki etiraz hərəkatı silahlı qarşıdurmaya gə­ti­rib çıxardı. BMT Təhlükəsizlik Şurası Suriyada dinc əhalini ağır silahlarla, havadan təyyarələrin atdığı mərmilərlə məhv edən höküməti durdurmaq üçün qəti tədbirlər görmək istədi. Lakin BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələr­dən Rusiya Federasiyası və Çin buna qarşı çıxdı (Türk­menoğlu Ali, 2014:39).

Bəşər Əsəd rejimini əsasən Ərəb Ələviləri, yəni Bəşər Əsə­din mənsub olduğu Nusayrilər, Dürzilər, İsmaililər və Türk­­manların bir qismi müdafiə edir (http://www.academia.edu/4593946/Suriyenin_Rotasi_ve_Turkmenler).

Suriyadakı savaş qonşu ölkələrə – Orta Doğuya öz tə­sirini göstərdi. Bəşər Əsəd rejimi bu savaşda təkcə tanklardan, top­lardan, təyyarələrdən yox, kütləvi qırğın silahlarından, kimyəvi silahlardan da istifadə etdi. Uluslararası təşkilatlar işə qarışdıq­dan sonra Bəşər Əsəd rejimi kimyəvi silahların ləğ­vinə razı­laşdı, lakin savaş ara vermədi. Ali Türkmənoğlunun fikrincə, dünyanın böyük güclərinin Suriya rejiminə qarşı bilərəkdən sərt tədbir görməməsinin səbəbi var. O yazır: “Suriya krizini okuduğumda şu kanıya varıyorum: Beşar Esat devrilmeyecek, ABD (ABŞ - Ə.Ş.) ve Batı tarafından, beş ve ya on senelik bir yönetim ömrü biçilecek. İrakın kuzeyinde olduğu gibi Suriyede de Kürtler için bölgesel yönetim ilan edilecek. Suriyadakı Sünnilerin yoğun yaşadığı bölge uçuşa yasak bölge ilan edile­cek. Esad yönetimi belki de sadece baş­kent Şamda etkili kılı­nacak ve Suriye parçalara ayrılarak si­yonist İsrail için bir tehdit olmakdan çıkacak” (Türkmenoğlu Ali, 2014:39).

Suriya bölünməsə belə, İsrailə təsir göstərəcək gücdə de­yil. İsrail Colanı işğal etdikdən sonra Suriya ilə arada möh­kəmləndirilmiş sərhəd xətti yaradıb. Quşun da səkə bilməyə­cəyi bu sərhəd mühafizə qurğuları boyu İsrailin zirehli ma­şınları durmadan hərəkət edir. 2014-cü il martın 18-də sərhəd boyu hərəkət edən İsrail zirehli maşını minaya düşmüşdür. Bu İsrailin işğalı altında olan Colan bölgəsində baş vermişdir. İsrail hökuməti onun nəzarəti altında olan bölgəyə minanı kimin yerləşdirdiyini aydınlaşdırmadan Suriyanı sucladı və martın 19-da İsrail aviasiyası Suriya ərazisindəki bir neçə hərbi obyektləri bombaladı. İsrail hərbi təyyarəçilərinin hədə­fində Suriyadakı rejimin hərbi qərargahı, artilleriya taqımı, eləcə də hərbi təlim mərkəzi olub. Dəməşq bildirib ki, İsrail ordusu Suriya ordusunun Kuneytra rayonundakı mövqeləri artilleriya və hava zərbələrinə məruz qalıb. Bu hücum nəti­cəsində Əsədə bağlı bir hərbçi həlak olub, 7-si yaralanıb (http://news.lent.az/news/159772).

Suriyada iç savaş başlayandan İsrail dəfələrlə Suriyanı təhdid edib. Amma Suriyadan Türkiyə ərazisindəki yaşayış məskənlərinə dəfələrlə mərmilər atılsa da, insanlar ölsələr, yaralansalar və maddi ziyana uğrasalar da, Türkiyə tərəfi belə sərt addım atmağa cürət etməyib.

Gazi Universitetinin Doç.Dr.Mehmet Akif Okur “Türk Yurdu” dərgisində “2011-ci ildə iç savaş başlayandan sonra öl­kədə 130 min insanın öldüyünü, 900 min insanın müha­ci­rətə getməli, ev-eşiyini, mal-mülkünü atıb qaçmalı olduğunu, 25 min nəfərin isə savaşan tərəflər arasında mühasirədə qaldığını” yazır (Okur Mehmet Akif, 2014:15, sayı 317).

Komurcu Riad yazır: “Bu sebepten dolayı Esat gücleri Türkman köylerini bombalamış ve Türkmanların Türkiyeye göç etmesine sebep olmuştur. Şu anki durum itibarıyla, başta Bayır-Bucak Türkmanları, Hamus, bunun yanı sıra Halep Türkmanlarından yaklaşık 40 köy Türkmen bölgesinden köç etmişdir. (Riad Komurcu, 2014:42).

Türkiyə mətbuatında isə son günlər çap olunan yazı­larda göstərilir ki, Suriyada savaş sonucu 150 mindən çox adam öldü, 1,5 milyondan çox adam İordaniyaya, Livana, İraqa və Türkiyəyə qaçqın düşdü.

Suriyadan 1953-cü ildə Türkiyəyə gələrək, Hatayda yer­ləşmiş bir Türkman ailəsinin övladı, hazırdan MHP Mersin Mil­lətvəkili Mehmet Şandır bir müsahibəsində Suriyadakı savaş­da 200 min Türkmənin öldürüldüyünü söyləyir. (Atasoy Fah­ri, 2014:51). Suriye Demokratik Türkmen Hareketi Başkanı, Colan bölgəsindəki Kadriye kəndində anadan olmuş Abdulke­rim Ağa isə savaş nəticəsində Türkiyəyə Suriyadan 100 min nəfərdən çox Türkman köçdüyünü bildirir. (Atasoy Fahri, 2014:46).

Suriyada savaş yalnız hakimiyyəti təmsil edənlərlə mü­xa­lif qüvvələr arasında getmir, müxalif qüvvələr bir-birlərilə də toqquşmaqdan çəkinmirlər. Suriyanın Quzeyində Kürd partiyası PYD-nin (Kürdçə


Yüklə 4,55 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin