9
Sual 2.
«Maliyyə nəzarətinin növləri və onu həyata keçirən orqanlar
Maliyyə nəzarətinin müxtəlif əsaslara görə bir neçə qrupa bölmək olar.
Nəzarətin keçirilmə vaxtından asılı olaraq maliyyə nəzarətinin
aşağıdakı növləri vardır:
1)ilkin
maliyyə nəzarəti;
2) cari
maliyyə nəzarəti.
3)
növbəti sonrakı maliyyə nəzarəti.
Qeyd
edək ki, nəzarətin bu cür qruplaşdırılması bütün nəzarət
orqanlarının fəaliyyəti üçün xarakterikdir.
İilkin maliyyə nəzarəti-pul fondlarının təşkili, bölüşdürülməsi və istifadə
edillməsi prosesindən əvvəl edilən nəzarətdir. İlkin nəzarət müəssisələrin
həmçinin dövlət və yerli özünüidarəçilik orqanlarının maliyyə planlaşdırılması
fəaliyyətində çox mühüm əhəmiyyətə malikdir. Bu nəzarət maliyyə planlarının
tərtib olunması, müzakirə və təsdiq edilməsi, idarə və təşkilatların gəlir və xərc
layihələrinin tutulması, büdcə layihələrinin, razılaşma sənədlərinin mətnlərinin
hazırlanması və s. bu kimi mərhələlərdə həyata keçirilir. Maliyyə nəzarətinin
bu
forması qanunların və normativ sənədlərin pozulmasını, maddi əmək və
maliyyə ehtiyatlarının qeyri- səmərəli şəkildə istifadəsinin qarşısını alır.
Jari
maliyyə nəzarəti-maliyyə təsərrrüfat əməliyyatlarının həyata
keçirilməsi prosesində yəni bilavasitə maliyyə planlarının icrası zamanı edilən
nəzarətdir. (Məsələn, dövlət qarşısında maliyyə öhdəliklərinin yerinə
yetirlməsinin gedişində, kapital qoyuluşunun gedişində, inzibati-təsərrüfat
xərclərinin maliyyələşdirilməsi üçün pul vəsaitlərinin alınması və istifadə
edilməsi prosesində və s.
Növbəti (sonradan) maliyyə nəzarəti-hesabat dövrünün və maliyyə ilinin
başa çatmasından sonra həyata keçirilir. Növbəti nəzarət zamanı büdcənin
ic
rası, müəssisələrin və təşkilatların maliyyə planlarının yerinə yetirilməsi
prosesində pul vəsaitlərinin xərclənməsinin qanunauyğunluğu, maliyyə
intizamına riayət olunmasının vəziyyəti yoxlanılır. Növbəti maliyyə nəzarəti
ilkin
maliyyə nəzarətinə əsaslanır. Belə ki, sonradan maliyyə nəzarəti maliyyə
əməliyyatları haqqında verilmiş ilkin nəzarət göstəriciləri əsasında hesablanır.
10
Mülkiyyət formalarından asılı olaraq maliyyə nəzarətinin üç növü
fərqləndirilir.
1.
dövlət nəzarəti.
2. ictimai
nəzarət.
3.
şəxsi nəzarət(müstəqil nəzarət).
Dövlət nəzarəti maliyyə nəzarətinin əsas forması olmaqla, əsasən
dövlət orqanları tərəfindən həyata keçirilir. Bu nəzarəti səlahiyyətli dövlət
orqanlarının nəzarət-təftiş şöbələri həyata keçirir. Dövlət nəzarəti dövlətin
tabeliyində olan müəssisələrin, idarələrin, təşkilatların istehsal və maliyyə
fəaliyyəti üzərində edilir.
İctimai maliyyə nəzarəti ayrı-ayrı fiziki şəxs qrupları tərəfindən
könülülük və bitərəflilik prinsipləri əsasında həyata keçirilir.
Bazar
iqtisadiyyatı şəraitində maliyyə nəzarətinin ən çox istifadə olunan
f
orması şəxsi nəzarətdir(müstəqil nəzarət). Şəxsi nəzarət xüsusi olaraq
ixtisaslaşdırılmış firma və xidmətlər tərəfindən həyata keçirilir.
Bunlardan
başqa ədəbiyyatda təsərrüfatdaxili maliyyə nəzarəti
növünündə olduğu göstərilir. Bu nəzarət müəssisələrin, təşkilatların və
idarələrin öz daxillərində və özlərinin iqtisadi-maliyyə xidmətləri tərəfindən
həyata keçirilir.
1
Xarakterinə görə maliyyə nəzarətinin 1) mütləq nəzarət və 2) təşəbbüslə
edilən nəzarət kimi növləri vardır.
Mütləq nəzarət-qanunvericilikdə nəzərdə tutulmuş nəzarətdir. Məsələn,
ali
hakimiyyət orqanı tərəfindən il ərzində hesabatın dinlənilməsi; səlahiyyətli
icra
dövlət orqanları tərəfindən edilən nəzarət, dövlət vergi xidimət orqanları
tərəfindən vergi ödəyicilərinin qərarəna əsasən yoxlama aparılması, və s.
Təşəbbüslə edilən nəzarətin mahiyyəti ondadır ki, bu nəzarət təsərrüfat
subyektlərinin özünün təşəbbüsü ilə edilir.
Maliyyə nəzarətini həyata keçirən oraqnlara görə maliyyə nəzarətini
aşağıdakı kimi təsnifləşdirmək olar.
1
Нурпаша Новрузов, Ханоьлан Щцсейнов «Малиййя» Дярслик. Кооперасийа» няшриййаты Бакы
,2007.
11
a)
dövlət hakimiyyətinin və yerli özünüidarəçiliyin nümayəndəli
orqanları tərəfindən edilən nəzarət.
b)
Azərbaycan
Respublikasının
Prezidentinin
administrasiyası
tərəfindən edilən nəzarət.
s)
ümumi səlahiyyətli icra hakimiyyəti orqanları tərəfindən edilən
nəzarət.
ç) maliyyə kredit orqanları tərəfindən edilən nəzarət.
d)
idarə və təsərrüfatdaxilı nəzarət.
e) ictimai
nəzarət.
ə) auditor nəzarəti.
Bu orqanlar
içərisində hüquqi əhəmiyyətinə görə əsas yeri dövlət
hikimiyyət orqanları tutur. Hazırda Azərbaycan Respublikasında belə
orqanlara Milli
Məclisi, NMR-in Ali Məclisini, yerlərdə iisə bələdiyyə orqanlarını
misal
göstərmək olar. Milli Məclis Azərbaycan Respublikasının dövlət
büdcəsini qəbul edir və həmin büdcənin icrası haqqında hesabatları
dinləməklə ümumi maliyyə nəzarətini həyata keçirir.
Bunlardan
əlavə, dövlət hakimiyyət orqanları müvafiq olaraq zəruri
hallarda istintaq,
təftiş və s. bu kimi kommisiyalar yarada bilər. Bütün dövlət və
digər təşkilatlar o cümlədən vəzifəli şəxslər bu kommisiyaların tələblərini
yerinə yetirməyə və onlara lazım olan materialları və mənbələri verməyə
borcludur.
Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə əsasən Ali
Məclis Hesablama Palatası yaratmışdır. Hesablama palatası Ali Məclisə
hesabat
verən və daimi fəaliyyət göstərən dövlət büdcə nəzarəti orqanıdır.
«Hesablama Palatası haqqında Azərbaycan Respublikası Qanununun
(02 iyul 1999-cu il) 2-ci
maddəsində göstərildiyi kimi Hesablama Palatasının
aşağıdakı funksiyaları vardır.
-
dövlət büdcəsinin layihəsinə rəy verir:
-
dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun
layihəsinə rəy verir;
-
rübdə bir dəfə dövlət büdcəsinin gəlirlərinin və xərclərinin icrası
haqqında Milli Məclisə məlumat verir;
12
-
tapşırıq əsasında dövlət büdcəsi ilə bağlı qanun layihələrinin, Milli
Məclisdə
təsdiq
edilən
Azərbaycan
Respublikasının
Beynəlxalq
Müqavilələrinin maliyyə ekspertizasını keçirir;
-
dövlət büdcəsi vəsaitələrinin xəzinə hesabına daxil olmasının və
istifadəsinin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edilmiş göstəricilərə
uyğunluğunu təhlil edir və Ali Məclisə məlumat verir;
-
Azərbaycan Respublikasının Mərkəzi Bankından və müvəkkil kredit
təşkilatlarından dövlət büdcəsinin gəlir və xərclərinin bank hesablarında
hərəkəti barədə məlumatlar alır, təhlil edir və təkliflər verir.
Hesablama
Palatası fəaliyyətini özünün iş planı əsasında həyata
keçirir. Bu iş planının formalaşmasında Azərbaycan Respublikası
Prezidentinin,
Azərbaycan
Respublikası
Milli
Məclisinin
daimi
kommisiyalarının sorğu və təklifləri nəzərə alınır.
Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali
Məclisinin və onun daimi kommisiyalarının sorğuları əsasında Hesablama
Palatasının maliyyə–büdcə ekspertizasını keçirmək, rəy hazırlamaq və təkliflər
vermək səlahiyyətləri vardır.
Hesablama
Palatası dövlət büdcəsinin gəlirlərini və xərclərini təhlil
edərkən zərurət yaranarsa muüəssisə və təşkilatlarda audit apara bilər.
Maliyyə–büdcə ekspertizası ilə bağlı yoxlamalar aparılması Hesablama
Palatasının Daxili Nizamnaməsi ilə tənzimlənir. Lakin, Azərbaycan
Resp
ublikası Prezidentinin və ya Azərbaycan Respublikası Ali Məclisinin
tapşırığı olmadan Hesablama Palatasının iş planından əlavə maliyyə–büdcə
ekspertizası aparılması qadağandır.
Hesablama
Palatasının əsas iş formaları təftiş və yoxlamadır. Təftiş və
yoxlama Hesablama
Palatasının auditorları tərəfindən aparılır.
Təftiş və yoxlamanı həyata keçirərkən Hesablama Palatasının vəzifəli
şəxsləri obyektlərin maliyyə təsərrüfat fəaliyyətlərinin yoxlanılmasının
nəticələrini yoxlama başa çatana və yekunları hesabat şəkilində
rəsmiləşdirilənədək elan edə bilməzlər.
Yoxlanılan obyektdə təsərrüfat, maliyyə, kommersiya və digər
sahələrdə dövlətə birbaşa və ya dolayısı ilə zərər vura bilən pozuntu halları
13
aşkar olunarsa Hesablama Palatası təşkilatının və ya müəssisənin
rəhbərliyinə icraçı mütləq olan göstərişlər verə bilər.
Əgər təşkilatın və ya müəssisənin rəhbərliyi həmin göstərişlərlə razı
deyildirsə məhkəmə qaydasında şikayət verilə bilər.
Hesablama
Palatasının fəaliyyəti barədə hər il Ali Məclisə hesabat
verilir
və «Azərbaycan Respublikası Milli Məclisinin Məlumatında» dərc
olunur.
Azərbaycan Respublikası Nazirlər Kabineti Dövlət büdcəsinin
layihəsinin tərtibini təşkil edir, həmçinin onun icrasını təmin edir. Bütün bu
funksiyaların həyata keçirilməsi zamanı hökumət Azərbaycan Respublikası
Mərkəzi Bankı ilə əlaqədə olur və Maliyyə Nazirliyi, Vergilər Nazirliyi.
İqtisadiyyat və Sənaye Nazirilyi və digər orqanlarla fəaliyyəti əlaqələndirir.
Dövlət büdcəsinin icrasına nəzarət funksiyası Azərbaycan Respublikasının
Naziirl
ər Kabineti tərəfindən Dövlət Xəzinadarlığına həvalə olunmuşdur.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi ümümdövlət maliyyə
nəzarəti sistemində xüsusi yer tutur. O, öz orqanları vasitəsilə maliyyə
nəzarəti üçün olan bütün forma və metodlardan istifadə etməklə maliyyə
nəzarətini həyata keçirir.
Maliyyə nəzarətini Maliyyə Nazirliyinin idarələri, şöbələri və digər
bölmələri tərfindən həmçinin, onun mərkəzi aparatının tərkibindəki xüsusi
orqan-
Dövlət Nəzarət Təftiş idarəsi tərəfindən həyata keçirilir.
Mali
yyə Nazirliyi tərəfindən həyata keçirilən maliyyə nəzarətinin əsas
istiqamətləri aşağıdakılardır: dövlət büdcəsinin və dövlət büdcədənkənar və
büdcə məqsədli fondların vəsaitələrinin məqsədyönlü şəkildə istifadəsi
üzərində nəzarət; dövlətin daxili və xarici borcları ilə əlaqədar xərclərə
nəzarət; dövlət qiymətli metallar və daşlar fondunun təşkili və saxlanılmasına
nəzarət; auditor yoxlamalarının keyfiyyətinə nəzarət; dövlət qeydiyyatına
alınmış lotereyalardan gələn gəlirə nəzarət, və s.
Maliyyə Nazirliyi nəzarət funksiyasını həyata keçirmək üçün büdcə və
büdcədən kənar fondlardan zəruri materialları tələb edə bilər. Əgər yoxlama
nəticəsində vəsaitələrin məqsədyönlü şəkildə istifadə olunmadığı aşkar
14
olunarsa
maliyyə intizamını pozmuş təşkilat cərimə edilə bilər. Yaxud onun
maliyyələşdirilməsi məhdudlaşdırıla bilər.
Maliyyə fəaliyyətinə nəzarət edən digər bir orqan Azərbaycan
Respublikasının Mərkəzi Bankıdır. Bu orqanın hüquqi statusu «Azərbaycan
Respublikasının Mərkəzi Bankı haqqında» 10 dekabr 2004-cü il tarixli Qanunu
ilə müəyən olunmuşdur. Eyni zamanda pul kredit siyasətinin həyata
keçirilməsində geniş hakimiyyət səlahiyyətlərinə malik olan, digər tərəfdən
müstəqil hüquqi şəxs kimi çıxış edən (dövlətlə, kredit təşkilatları ilə və digər
müştərilərlə mülki hüquqi əqdlər bağlaya bilər), Mərkəzi Bankının
qanunveric
iliyinə və ya Mərkəzi Bankının normativ aktlarına və göstərişlərinə
kredit
təşkilatları tərəfindən necə riayət olunmasının vəziyyətini yoxlaya bilər.
Pozuntu
halları aşkar olunduqda Milli Bank bu nöqsanların konkret müddət
ərzində aradan qaldırılması barədə məcburi göstərişlər verir.
Kredit
təşkilatı məcburi normativlərə müntəzəm əməl etmədikdə,
Mərkəzi Bankın göstərişlərini yerinə yetirmədikdə, hesabat təqdim etmədikdə
və ya yanlış məlumat təqdim etdikdə, əmanətçilərin və kreditorların mənafeləri
üçün təhlükəli vəziyyət yaratdıqda Mərkəzi Bank aşağıdakı sanksiyaları tətbiq
edə bilər:
-kredit
təşkilatını onun ödənilmiş nizamnamə kapitalının 1%-i həcmində
c
ərimə etmək;
-kredit
təşkilatı üçün məcburi normaları müəyyən müddətə dəyişdirmək;
-lisenziyada
nəzərdə tutulan bank əməliyyatlarından bəzilərinin
aparılmasını qadağan etmək və ya lisenziyanı ümumiyyətlə geri almaq;
-
onların rəhbərlərinin dəyişdirilməsini tələb etmək;
- kredit
təşkilatına öz filialını açmağı qadağan etmək.
Beləliklə, yuxarıda deyilənlərdən belə bir nəticəyə gəlmək mümkündür ki,
qanuveric
iliyə əsasən Azərbaycan Respublikasının kredit sisteminin idarə
edilməsi və bu fəaliyyətə maliyyə nəzarəti bütövlükdə Mərkəzi Bankı
tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının bank sistemi bank sistemini təşkil edən
digər kredit təşkilatlarının maliyyə nəzarəti sahəsindəki funksiyaları
əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalmışdır. Belə ki, müxtəlif mülkiyyət
15
formalarına əsaslanan kommersiya banklarının yaranması bank sisteminin
yenidən qurulmasını şərtləndirdi. Nəticədə bankların idarə, müəssisə və
təşkilatların üzərində nəzarətləri məhdudlaşmışdır. Kommersiya bankları öz
müştərilərinin fəaliyyəti üzərində inzibati qaydada nəzarət səlahiyyətlərini
həyata keçirə bilməzlər (əvvəllər dövlətə məxsus olan banklarda isə belə
səlahiyyət var idi).
Qüvvədə olan qanunvericiliyə görə banklar xidmət etdikləri idarə,
müəssisə və təşkilatlarda kassa əməliyyatlarının aparılması qaydalarına və
valyuta
qanunveric
iliyinə riayət edilməsinə nəzarət edirlər. Digər
münasibətlərdə banklar müqavilədə tərəflərdən biri kimi mülki hüquqi
əsaslarla nəzarəti həyata keçirə bilərlər.
Maliyyə nəzarətini həyata keçirən digər bir icra orqanı Azərbaycan
Respublikasının Vergilər Nazirliyidir. Vergilər Nazirliyinin yaradılmasında
məqsəd dövlətin, vergi siyasətinin realizəsinə nail olmaq və bütün
səviyyələrdən olan büdcələrə və büdcədənkənar fondlara ödəmələrin vaxtında
daxil
olması üzərində dövlət nəzarətinin gücləndirilməsindən ibarətdir.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 32-ci maddəsinin
məzmununa görə vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin
etmək məqsədilə vergi nəzarətini həyata keçirilər. Vergi nəzarəti vergi
ödəyicilərinin
və
vergitutma
ob
yektlərinin
uçotuna,
habelə
vergi
qanuveric
iliyinə riayət olunmasına vahid nəzarət sitemidir. Vergi nəzarətini isə
Azərbaycan Respublikasının Vergilər Məcəlləsində və Azərbaycan
Respublikasının Gömrük Məcələsində nəzərdə tutulmuş hallarda və qaydada
müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
Yerli
vergilərin (bələdiyyə vergilərinin) qanunvericiliyə uyğun olaraq
hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi
xidməti orqanları tərəfindən həyata keçirilir.
Vergi orrqanlar
ı vergi nəzarətinin vergi ödəyicilərinin və vergitutma
obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla,
vergi
ödəyiciləri və digər şəxslər arasında, gəlir əldə etmək üçün istifadə
olunan binalara
baxış keçirməklə və eləcə də Azərbaycan Respublikası Vergi
Məcəlləsi ilə müəyyən olunmuş digər formalarda həyata keçirilir.
16
Vergi
orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar
ola
bilər.
Kameral vergi
yoxlaması, vergi orqanı tərəfindən yerlərə getmədən
vergi
orqanında olan, vergi ödəyicisinin təqdim etdiyi vergi hesabatları habelə,
vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi
ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər, əsasında 30
gün müddətində həyata keçirilir.
Səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir.
Səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak yol və torpaq vergiləri üzrə
vergi
ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər
üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3
ildən çox olmayan fəaliyyətini əhatə edə bilər.
Səyyar vergi yoxlaması özü də növbəti və növbədənkənar ola bilər.
Növbəti səyyar vergi yoxlaması ildə bir dəfədən çox olmayaraq keçirilir
və 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda 90 günə qədər
artırıla bilər.
Növbədənkənar səyyar vergi yoxlaması aşağıdakı hallarda keçirilə bilər;
-
vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı
sənədləri müəyyən olunmuş müddətdə və bu barədə vergi orqanının
xəbərdarlığından sonra təqdim edilmədikdə;
-vergi
yoxlamasının nətcələri üzrə tərtib edilmiş aktda dürüst olmayan
və ya təhrif olunmuş məlumatlar aşkar etdikdə.
-
ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər
vergilərin, fizlərin, və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya
sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda
növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən
əməliyyatları üzrə aparıla bilər;
-
artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının
qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda;
-vergi
orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat
əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədildiyi
(
azaldıldığı) aşkar edildikdə;
17
-c
inayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya
hüquq-mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq
qərarı olduqda;
- Vergi
ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil
edilm
əsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkalıq fəaliyyətinə
xitam
verilməsi barədə müraciəti olduqda;
-
Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının
səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi
yoxlamas
ı aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin
rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi
ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamadıqdan imtina
edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Vergi yoxlaması
aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Bütün bu nəzarətdən başqa idarədaxili maliyyə nəzarəti də mövcuddur.
Bu
nəzarət nazirliklərin, komitələrin və digər icra hakimiyyəti orqanlarının
onların öz sisteminə daxil olan müəssisələrin, idarə və təşkilatların maliyyə
fəaliyyətlərinə özlərinin etdikləri nəzartdir. Onu isə onların strukturunda olan
nəzarət-təftiş bölmələri (idarələri, şöbələri, qrupları) həyata keçirir.
İdarədaxili nəzarət çərçivəsində isə təsərrüfatdaxili nəzarət keçirilir.
Dövlət orqanları və yerli özünüidarəçilik orqanlarının həyata keçirdikləri
maliyyə nəzarəti ictimai maliyyə nəzarəti ilə daha da dolğunlaşır.
İctimai maliyyə nəzarəti bilavasitə Azərbaycan Respublikasının
Konstitusiyasına əsaslanır. Məsələn, Konstitusiyanın 50-ci maddəsində
göstərilmişdir ki, «hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq,əldə
etmək, ötürmək, hazırlamaq və yaymaq azadlağı vardır» və «kütləvi
informasiya
vasitələrinin azad fəaliyyətinə təminat verilir». Eləcə də 57-ci
maddədə təsbit olunmuşdur ki, vətəndaşların dövlət orqanlarına şəxsən
müraciət etmək, habelə fərdi və kollektiv şəkildə yazılı müraciətlər göndərmək
hüququ vardır və hər bir müraciətə yazılı cavab verilməlidir. Bundan başqa
dövlət orqanları da nəzarət funksiyasını həyata keçirərkən ictimaiyyəti də cəlb
edə bilər.
18
Bazar
münasibətəlrinin formalaşması şəraitində auditor maliyyə
nəzarətinin inkişafı mühüm əhəmiyyət kəsb edir.
Audit-
əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə
məşğul olan təsərrüfat subyektlərində bu mühasibat uçotunun dəqiq və dürüst
aparılmasının, mühasibat və maliyyə hesablarının müstəqil yoxlanılmasıdır.
Audit
yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz
təşəbbusu ilə) ola bilr.
Auditor
nəzarəti 16 sentyabbr 1994-cü il tarixli «Auditor xidməti
haqqında Azərbaycan Respublikasının Qanunun»na əsasən tənzimlənir. Audit
nəzarəti auditorlar tərəfindən edilir.
Auditorlar
–maliyyə, uçot, nəzarət sahəsində yüksək ixtisaslaşmış
mütəxəssislər olmaqla, müstəqil mühasib-müfəttişləridir. Onlar dövlət
qulluqçuları hesab edilmirlər, və tam müstəqil fəaliyyət göstərən
mütəxəssislərdir.
Audit
nəzarəti iki yerə bölünür: firmadaxili audit və xarici audit.
Firmadaxili audit firma
rəhbərliyi səviyyəsində, filiallar səviyyəsində
fəaliyyət göstərən firmadaxili auditor xidməti tərəfindən həyata keçirilir.
Xarici audit
dövlət vergi orqanları və digər orqanlar, məssisələr,
banklar,
səhmdar, sığorta birlikləri və sairə ilə müqaviləyə uyğun olaraq xüsusi
auditor
firmaları tərəfindən yerinə yetirilir.
Qeyd olunan Qanunun 3-c
ü maddəsində göstərildiyi kimi auditor
xidmətinə müqavilə əsasında müəssisənin, təşkilatın maliyyə təsərrüfat
fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq da daxildir.
Auditor
xidmətindən istifadə edən təsərrüfat subyektlərinin rəhbərliyi
auditin
aparılması üçün zəruri olan sənədləri, reqistirləri və hesabatları
auditora
təqdim etməlidir və auditorların sorğusuna dair yazılı və şifahi
izahatlar
verməyə borcludurlar. Auditor yoxlamanını nəticələri aktla
rəsmiləşdirilir.
Dostları ilə paylaş: |